Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ APREL 2014

Müqəddəs Yazılara aid suallara cavab

Müqəddəs Yazılara aid suallara cavab

İsa Məsih gələcəkdə nələr edəcək?

Eramızın 33-cü ilində İsa peyğəmbər edam edildi, dirildi və göyə qayıtdı. Xeyli müddətdən sonra ona taxt-tac verildi (Daniel 7:13, 14). Gələcəkdə İsa bir Padşah kimi yer üzündə sülhü bərqərar edəcək və yoxsulluğu aradan götürəcək. (Məzmur 72:7, 8, 13 ayələrini oxuyun.)

İsa Məsih yer üzündəki haqsızlığı təmizləyəcək

Bəşəriyyət üzərində padşahlıq etmək hüququnu alan bir şəxs kimi, İsa Məsih möhtəşəm işləri həyata keçirəcək. Allahın ona verdiyi güc sayəsində o, insanları kamilliyə doğru aparacaq. Onlar bir daha qocalıb-ölməyəcəklər və yer üzündə xoşbəxt yaşayacaqlar. (Yəhya 5:26—29; 1 Korinflilərə 15:25, 26 ayələrini oxuyun.)

İsa Məsih hal-hazırda hansı işlə məşğuldur?

O, hal-hazırda həqiqi davamçılarının həyata keçirdiyi ümumdünya təbliğ işinə rəhbərlik edir. Onun davamçıları adamlara baş çəkir və Allahın Padşahlığının görəcəyi işlərdən danışırlar. İsa vəd etmişdi ki, Allahın Padşahlığı insan hakimiyyətlərinə son qoyana qədər o, öz davamçılarına dəstək olacaq. (Matta 24:14; 28:19, 20 ayələrini oxuyun.)

Əsil davamçılarından ibarət olan yığıncaqlar vasitəsilə İsa insanlara ən yaxşı həyat yolunu göstərir. O, bu pis sistemi dağıdıb yer üzündə Allahın vəd etdiyi Cənnəti bərpa edənə qədər onlara rəhbərlik edəcək. (2 Peter 3:7, 13; Vəhy 7:17 ayələrini oxuyun.)