Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ YANVAR 2014

Bilirsinizmi?

Bilirsinizmi?

İsa peyğəmbərin dövründə məbəddə ianələr necə edilirdi?

Məbədin xəzinəsi «Qadınlar həyəti» adlanan yerdə yerləşirdi. Bir kitabda deyilir: «“Süleymanın eyvanı” sayılan yerdə ardıcıl olaraq divara söykənmiş ianə qutuları qoyulmuşdu» («The Temple—Its Ministry and Services»).

Bu qutuların yuxarı hissəsi dar, aşağı hissəsi isə geniş olduğu üçün onları kərənaya bənzədirdilər. Hər qutunun hansı təqdiməyə aid olduğunu üstündəki yazıdan müəyyən etmək olardı. Oradakı pullar xüsusi məqsədlər üçün idi. İsa peyğəmbər elə həmin «Qadınlar həyəti»ndə oturub insanlara göz gəzdirəndə kasıb bir dul qadının ianə etdiyini gördü (Luka 21:1, 2).

Bir və ikinci qutular bu və ötən ilin məbəd vergisi üçün nəzərdə tutulmuşdu. Üçdən yeddiyə kimi qutulara qumru quşunun, göyərçinin, odunun, buxurun və qızıl qabların dəyərini atırdılar. Əgər kiminsə ianə edəcəyi pul bunların dəyərindən çox idisə, onda o, qalan pulu digər qutulardan birinə atırdı. Səkkizinci qutuya günah qurbanı üçün nəzərdə tutulan pulu atırdılar. Doqquzdan on ikiyə kimi olan qutulara isə təqsir və quşlar qurbanının, eləcə də Nəzirilər və cüzamlıların gətirməli olduqları qurbanların dəyəri atılırdı. On üçüncü qutu isə könüllü ianə üçün idi.

Müqəddəs Kitabı qələmə alan Luka nə dərəcədə dəqiq idi?

Luka öz adını daşıyan müjdəni və «Həvarilərin işləri» kitabını qələmə alıb. Özünün də dediyinə görə o, bu kitabları yazarkən «hər şeyi lap başdan dəqiqliklə araşdırıb». Ancaq bəzi alimlər buna şübhə ilə yanaşır (Luka 1:3). Bəs Lukanın yazdıqları nə dərəcədə dəqiq idi?

Lukanın istinad etdiyi tarixi faktları yoxlamaq elə də çətin deyil. Məsələn, o, Romada xidmət edən insanların vəzifələrini sadalayır: Filipidəki mülki məmurlar, Salonikidəki şəhər rəhbərləri, Efesdəki oyun və bayram təşkilatçıları (Həvarilərin işləri 16:20; 17:6; 19:31). Həmçinin Luka vilayət hakimi Hirod Antipanı və Kiprin valisi Sergi Pavelin də adını çəkir (Həvarilərin işləri 13:1, 7).

Lukanın vəzifə adlarını çəkməsi diqqətəlayiq bir məqamdır. Çünki Romanın ərazilərinin statusu dəyişdikcə oranın başçılarının da vəzifə adları dəyişirdi. Brüs Metsqer adlı Müqəddəs Kitab alimi belə deyir: «Hər dəfə “Həvarilərin işləri” kitabını oxuyanda orada gətirilən adların zaman və ərazi baxımından üst–üstə düşdüyünü müşahidə edirik». Alim Uilyam Remsi Lukanı «ən mükəmməl tarixçi» adlandırır.