Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ YANVAR 2014

 ÜZ QABIĞINDA | ÖLÜMƏ ÇARƏ VARMI?

Bəşəriyyətin ölümlə «əlbəyaxa» mübarizəsi

Bəşəriyyətin ölümlə «əlbəyaxa» mübarizəsi

İMPERATOR SİN Şİ XUANDİ

TƏDQİQATÇI PONS DE LEON

Ölüm qorxulu düşməndir. Biz var-gücümüzlə onunla mübarizə aparırıq: əziz adamımızı itirəndə ya heç cür bununla barışa bilmirik, ya da ki, gənc yaşlarımızda ölümlə üzləşəcəyimizi ağlımızın ucuna belə gətirmirik.

Çətin ki, qədimdə yaşayan fironlar kimi, ölməzlik axtarışında olan çox adam tapılsın. Onlar ölümün üzərində qələbə çalmaq üçün həm öz, həm də minlərlə qulların həyatını qurban veriblər. Tikdikləri ehramlar onların göstərdikləri cəhdlərin, eyni zamanda da uğursuzluğun göstəricisidir.

Çin imperatorları da ölməzlik arzusunda idilər. Fironlardan fərqli olaraq, onlar buna dirilik suyu vasitəsilə nail olmaq istəyirdilər. İmperator Sin Şi Xuandi əbədi yaşamaq üçün öz əlkimyagərlərinə sehirli içki hazırlamağı əmr etmişdi. İş ondadır ki, onların hazırladığı məhlulların tərkibində zəhərli civə var idi. Elə bu sehirli içkilərdən biri də imperatorun həyatına son qoydu.

Deyilənə görə, eramızın 16-cı əsrin ispan tədqiqatçısı Xuan Pons de Leon cavanlıq çeşməsini tapmaq üçün Karib dənizini ələk-vələk etmişdi. Bunun sayəsində o, Floridanı (ABŞ) kəşf etdi. Ancaq bir neçə il sonra hindularla toqquşma zamanı öldürüldü. Beləcə, onun cavanlıq çeşməsi axtarışı boşa çıxdı.

İstər fironlar, imperatorlar, istərsə də tədqiqatçılar — hamısı ölməzliyə nail olmaq arzusunda idilər. Əl atdıqları üsullar gülünc görünsə də, yenə də onları qınamaq olmaz. Çünki, demək olar ki, hər bir insan əbədiyyən yaşamağın həsrətindədir.

ÖLÜM MƏĞLUB OLACAQMI?

Nəyə görə biz ölümlə barışmırıq? Müqəddəs Kitab bunun səbəbini izah edir. Orada bütün Kainatın Yaradanı olan Yehova * Allah haqda deyilir: «Allah hər şeyi öz vaxtında gözəl yaratdı və əbədiyyəti də insanların ürəyinə qoydu» (Vaiz 3:11).  Biz yer üzündəki gözəllikləri 70—80 il yox, əbədiyyən seyr etmək istəyirik (Məzmur 90:10). Bu, insanların əzəli istəyidir.

Allah boş yerəmi əbədiyyəti insanların ürəyinə qoyub? Bu, qeyri-mümkündür. Əksinə, O, bizim əbədi yaşamağımız üçün ölüm üzərində qələbə çalacaq. Müqəddəs Kitabda dəfələrlə ölümün aradan qaldırılması və əbədi həyatla bağlı Allahın vədi barədə danışılır. (« Ölüm üzərində qələbə» adlı çərçivəyə baxın.)

İsa peyğəmbər aydın şəkildə demişdi: «Əbədi həyata qovuşmaq üçün Sən — yeganə həqiqi Allah və Sənin göndərdiyin İsa Məsih haqqında daima öyrənmək lazımdır» (Yəhya 17:3). Ölümlə aparılan «əlbəyaxa» mübarizəmiz boşuna deyil. İsa peyğəmbər demişdi ki, ölüm üzərində qələbə mümkündür. Bunu Allah edəcək.

^ abz. 9 Yehova Müqəddəs Yazılara əsasən Allahın adıdır.