Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ OKTYABR 2013

 ALLAHA YAXINLAŞIN

Yehova sizi ürəkdən bağışladı

Yehova sizi ürəkdən bağışladı

«Bağışlaya bilməyən insan üstündən keçəcəyi körpünü öz əlləri ilə dağıdır». 17-ci əsrdə yaşamış Britaniya tarixçisi Edvard Herbertin bu sözləri başqalarını nəyə görə bağışlamağın vacib olduğunun bir səbəbini vurğulayır: gec-tez sən də nə vaxtsa bağışlanmağa ehtiyac duya bilərsən (Matta 7:12). Ancaq bağışlamağa daha tutarlı səbəbimiz var. Həvari Pavelin Koloslulara 3:13 ayəsində dediyi sözlərə diqqət yetirək. (Ayəni oxu.)

Qeyri-kamil olduğumuz üçün biz hərdən kimisə əsəbiləşdirə və ya onun xətrinə dəyə bilərik, eynilə, kimsə də həmin şeyi bizə qarşı edə bilər (Romalılara 3:23). Bəs qeyri-kamil insanlarla sülhü necə qorumaq olar? Allahdan ilham alaraq həvari Pavel səbirli olmağı və bağışlamağı tövsiyə edir. Bu məsləhət iki min il bundan əvvəl faydalı olduğu kimi, indi də faydalıdır. Gəlin onun bu sözləri ilə daha yaxından tanış olaq.

«Bir-birinizə qarşı həmişə səbirli olun». «Həmişə səbirli olun» kimi verilən yunan sözü dözümlülük və ya hövsələli olmaq mənasını daşıyır. Bir mənbədə deyilir ki, məsihçilər bu xüsusiyyəti «onları əsəbiləşdirən insanların xüsusiyyət və hərəkətlərinə dözməyi arzulamaqla» göstərirlər. «Bir-birinizə qarşı» ifadəsi isə dözümlülüyün qarşılıqlı olduğunu göstərir. Məsələn, bizim də başqalarını qıcıqlandıran səhvlərimizin olduğunu nəzərə alsaq, onda digərlərində xoşumuza gəlməyən şeylərin aramızı vurmasına yol verməyəcəyik. Bəs əgər kimsə bizə qarşı günah işlədibsə, onda necə?

«Bir-birinizi ürəkdən bağışlayın». Bir alimin sözlərinə əsasən, «ürəkdən bağışlayın» kimi tərcümə olunan yunan sözü «sadəcə günahından keçmək yox, mərhəmət göstərmək deməkdir». Digər bir mənbədə isə deyilir ki, bu ifadə «yaxşılıq etmək, lütf göstərmək» mənasını verə bilər. Kimdənsə incikliyimiz olsa belə, səmimi qəlbdən bağışlamaqla mərhəmətli olduğumuzu göstərmiş oluruq. Nəyə görə biz bu cür davranmalıyıq? Çünki elə bir vaxt gələ bilər ki, biz də kiminsə bizə mərhəmət göstərməsinə ehtiyac duyarıq.

«Yehova sizi ürəkdən bağışladığı kimi, siz də bir-birinizi ürəkdən bağışlayın». Başqalarını bağışlamağın ən ümdə səbəbi Yehovanın bizi ürəkdən bağışlamasıdır (Mikeya 7:18). Bir anlığa Yehovanın tövbə edən insana qarşı göstərdiyi lütf üzərində düşünün. Bizdən fərqli olaraq, Yehova günah işlətmir. Bundan əlavə, Özünün bağışlanmağa ehtiyacı olmadığını bilsə də, Yehova tövbə edən insanı ürəkdən və birdəfəlik bağışlayır. Həqiqətən də, Yehova tövbə edən insanları bağışlamaqda ən gözəl nümunədir!

Yehova tövbə edən insanları bağışlamaqda ən gözəl nümunədir!

Yehovanın mərhəməti bizi Ona yaxınlaşdırır və Onun kimi davranmağa təşviq edir (Efeslilərə 4:32—5:1). Yaxşı olardı ki, özümüzə növbəti sualı verək: «Yehovanın mənə mərhəmət göstərdiyi bir halda, mənə qarşı günah işlədən və ürəkdən peşman olan qeyri-kamil insanı necə bağışlamayım?» (Luka 17:3, 4).

MÜQƏDDƏS KİTABDAN NÖVBƏTİ FƏSİLLƏRİ OXUYUN

Qalatiyalılara 1 2 Timoteyə 4