Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ OKTYABR 2013

 ÜZ QABIĞINDA | ALLAHIN KƏLAMI NƏDƏN BƏHS EDİR?

Bütün millətlər üçün xoş xəbər

Bütün millətlər üçün xoş xəbər

İsa peyğəmbərin dirilməsi şagirdlərini əminliklə və böyük şövqlə təbliğ etməyə təşviq etdi. Həvari Pavel, əsas etibarilə, Kiçik Asiyada və Aralıq dənizində səyahət edərək orada yığıncaqlar yaradır və məsihçiləri amansız təqiblərə və mənəvi təzyiqlərə qarşı möhkəm durmağa təşviq edirdi. Bu cür çətinliklərə baxmayaraq, bir çox insanlar Məsihin davamçısı olurdu.

Pavel özü də həbs olunmuşdu. Ancaq hətta burada belə o, yığıncaqları məktublar vasitəsilə ruhlandırır və məsləhət verirdi. O, daha böyük təhlükə — dönüklük barədə xəbərdarlıq etmişdi. Allahdan ilham alaraq həvari Pavel bilirdi ki, məsihçi yığıncağına həqiqəti təhrif edən «amansız canavarlar» daxil olacaq və şagirdləri aldadaraq ardlarınca aparacaqlar (Həvarilərin işləri 20:29, 30).

Dönüklük birinci əsrin sonlarında başladı. Həmin vaxt dirildilmiş İsa Məsih həvari Yəhyaya gələcəyimizlə bağlı vəhy vermişdi. Yəhya sonradan yazmışdı ki, nə düşmənlər, nə də yalançı müəllimlər Allahın Yer kürəsinə və bəşəriyyətə dair niyyətini tam həyata keçirməsinə maneçilik törədə bilməz. Hər millət, qəbilə, dil və xalq Allahın Padşahlığı haqda xoş xəbəri eşidəcək (Vəhy 14:6). Yer üzündə Cənnət bərpa olacaq və Allahın iradəsini yerinə yetirən hər kəs bu xeyir-duaları dadacaq.

Bəs bu sizin üçün xoş xəbərdirmi? Əgər belədirsə, onda Müqəddəs Kitabda Allahın bəşəriyyətə dair niyyəti və bunun sizə bu gün və gələcəkdə hansı faydanı gətirəcəyi barədə öyrənə bilərsiniz.

Siz Müqəddəs Kitabı www.jw.org/az-latn saytından oxuya bilərsiniz. Allahın Kəlamı nə üçün etibarlı bir kitab olduğu və oradakı praktiki məsləhətləri ailəmizdə və şəxsi həyatımızda necə tətbiq edə biləcəyimiz haqda bu veb-saytda yerləşən «Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?», «İlahi müjdə» broşüraları və «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabı ilə yanaşı digər nəşrləri də oxuya bilərsiniz. Daha çox məlumat əldə etmək üçün Yehovanın Şahidlərinə müraciət edə bilərsiniz.

«Həvarilərin işləri» və «Vəhy» kitablarına, eləcə də «Efeslilərə məktub», «Filipililərə məktub», «Koloslulara məktub», «Filimona məktub», «Yəhyanın birinci məktubu»na əsaslanıb.