Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ OKTYABR 2013

 Müqəddəs kitab həyatları dəyişir

«İnsanlar mənə nifrət edirdi»

«İnsanlar mənə nifrət edirdi»
  • ANADAN OLDUĞU İL: 1978

  • ÖLKƏ: ÇİLİ

  • KEÇMİŞDƏ: QƏDDAR İNSAN

KEÇMİŞİM.

Mən Çilinin paytaxtı Santyaqoda böyümüşəm. Orada narkotik, quldur dəstələri və cinayətkarlıq adi hal almışdı. Mənim beş yaşım olanda atam qətlə yetirilmişdi. Bundan sonra anam bir kişi ilə yaşamağa başladı. O elə qəddar idi ki, həm anamı, həm də məni daima döyürdü. O illərin izləri hələ də qəlbimdən silinməyib.

Bu mühitdə böyümək məni qəddarlaşdırdı. Mən ağır metal musiqini dinləyir, həddən artıq spirtli içki içir və hərdən bir narkotik qəbul edirdim. Narkotik alverçiləri ilə tez-tez dalaşdığım üçün onlar məni bir neçə dəfə öldürməyə cəhd göstərmişdilər. Bir dəfə rəqib quldur dəstəsi məni öldürmək üçün pis ad qazanmış muzdlu bir qatil tutmuşdu. Yalnız bıçaq zərbəsi alaraq canımı ölümün pəncəsindən güc-bəla ilə qurtardım. Başqa bir vaxt narkotik alverçiləri başıma tapanca dayayıb məni asmaq istədilər.

1996-cı ildə Karolina adlı bir qadınla tanış oldum və 1998-ci ildə biz evləndik. Birinci oğlum dünyaya gələndən sonra ögey atamın bizə yaşatdığını öz ailəmə yaşadırdım. Etdiyim bu zülmə görə özümü qınayırdım. Buna görə də kömək üçün reabilitasiya mərkəzinə müraciət etdim. Müalicə alsam da, bunun xeyrini görmədim. Ən adi bir şeyə görə özümdən çıxırdım. Hirsimi cilovlaya bilmirdim. Ailəmi incitməmək üçün çox çalışırdım, amma alınmırdı. Buna görə də özümü öldürməyə cəhd göstərdim. Yaxşı ki, bu, baş tutmadı.

Uzun illər ateist olmuşam, lakin Allaha ehtiyac duyurdum. Bu səbəbdən bir müddət protestant məzhəbinə qoşuldum. Həmin vaxtlar həyat yoldaşım Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənirdi. Şahidləri görən gözüm yox idi və dəfələrlə onları təhqir etmişəm. Buna baxmayaraq, onlar hər dəfə gözləmədiyim halda mənimlə mülayim davranırdılar.

Bir gün Karolina Məzmur 83:18 ayəsini Müqəddəs Kitabımdan oxumağımı xahiş etdi. Orada Allahın adının Yehova olduğu aydın şəkildə deyilirdi. Mən çox təəccübləndim, çünki mənsub olduğum dində allah haqqında öyrənsəm də, Yehova haqqında bir söz belə deyilməmişdi. 2000-ci ilin əvvəlində  mən də Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə başladım.

MÜQƏDDƏS KİTAB HƏYATIMI DƏYİŞDİ.

Ruhani cəhətdən inkişaf etdikcə Yehovanın rəhmli və bağışlayan Allah olduğunu bilmək mənə qəlb rahatlığı gətirdi. Məsələn, Çıxış 34:6, 7 ayələrində deyilir ki, Yehova rəhmli, lütfkar, hədsiz səbirli, bol məhəbbətli, sədaqətli, minlərlə nəsillərə məhəbbətini göstərən, cəzanı, qanunsuzluğu və günahı bağışlayan Allahdır.

Yehovanın rəhmli və bağışlayan Allah olduğunu bilmək mənə qəlb rahatlığı gətirdi

Bununla belə öyrəndiklərimi tətbiq etmək çox çətin idi. Düşünürdüm ki, qəzəbimin öhdəsindən heç vaxt gələ bilməyəcəyəm. Hər dəfə ruhdan düşəndə Karolina məni ruhlandırırdı. O mənə xatırlatdı ki, etdiyim cəhdlərin heç biri Yehovanın gözündən yayınmır. Həyat yoldaşımın mənə dəstək olması, hətta ümidsizliyə qapıldığım anlarda belə Yehovanı razı salmaq istəyimi gücləndirdi.

Günlərin bir günü mənə Müqəddəs Kitabı öyrədən Alexandro qardaş Qalatiyalılara 5:22, 23 ayələrini oxumağımı xahiş etdi. Bu ayələrdə deyilir ki, «məhəbbət, sevinc, sülh, səbir, yaxşılıq, xeyirxahlıq, iman, həlimlik, təmkin» Yehovanın müqəddəs ruhunun bəhrəsidir. Alexandro izah etdi ki, mənim bu xüsusiyyətləri inkişaf etdirməyim öz gücüm sayəsində yox, Yehovanın müqəddəs ruhunun sayəsində mümkündür. Bu həqiqət mənim düşüncəmdə köklü dəyişikliklər etdi.

Bir müddətdən sonra Yehovanın Şahidlərinin böyük görüşlərinin birində iştirak etdim. Burada gördüyüm nizam-intizam, səliqə-səhman və əməkdaşlıq ruhu məni əmin etdi ki, mən həqiqi dini tapmışam (Yəhya 13:34, 35). 2001-ci ilin fevral ayında vəftiz olaraq özümü Allaha həsr etdim.

MƏNƏ FAYDASI.

Yehova Allah mənim kimi qəddar birisini sülhpərvər bir insana çevirdi. O məni düşdüyüm bataqlıqdan çıxartdı. İnsanların mənə nifrət etməsinə baxmayaraq, mən onları qınamıram. İndi mən həyat yoldaşım və iki oğlumla bərabər Yehovaya dinc və sakit şəkildə xidmətimdən fərəh duyuram.

Mənim dəyişildiyimi görən qohumlarım və köhnə dostlarım gözlərinə inana bilmirlər. Hətta onlardan bəziləri Müqəddəs Kitab həqiqətləri ilə maraqlanırlar. Yehova Allah haqqında dəyərli bilikləri başqalarına öyrətmək mənim üçün böyük şərəfdir. Müqəddəs Kitab həqiqətlərinin insanların həyatını dəyişdirdiyinin şahidi olmaq necə də xoşdur!