Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ OKTYABR 2013

 ÜZ QABIĞINDA | ALLAHIN KƏLAMI NƏDƏN BƏHS EDİR?

Biz necə yaranmışıq?

Biz necə yaranmışıq?

«Yaradılış» Müqəddəs Yazıların ilk kitabıdır və burada Kainatın başlanğıcından bəhs olunur. Orada deyilir: «Başlanğıcda Allah göyləri və yeri yaratdı» (Yaradılış 1:1). Bitkiləri və heyvanları yaradandan sonra Ulu Tanrı ilk insanlar olan Adəmlə Həvvanı yaratdı. Heyvanlardan tamamilə fərqli olaraq, onlar həm Allahın xüsusiyyətlərini əks etdirə bilirdilər, həm də iradə azadlıqları var idi. Beləcə, onlar etdiyi hər bir hərəkətin məsuliyyətini daşıyırdılar. Allah istəyirdi ki, bütün insanlar əmin-amanlıq içində əbədiyyən yaşasın. Əgər onlar Yaradanın əmrlərinə riayət etsəydilər, onda bəşəriyyətlə bağlı Allahın niyyətinin həyata keçməsində onların da payı olacaqdı.

Lakin Allahın mələklərindən biri öz eqoist məqsədlərini həyata keçirmək üçün insanlardan istifadə etdi. O, «Düşmən» mənasını verən Şeytan adını aldı. Şeytan ilan vasitəsilə Həvvanı aldadaraq dedi ki, Allahın rəhbərliyi olmadan daha yaxşı yaşaya bilər. Adəm və Həvva onun sözlərinə uyaraq Yaradanları ilə münasibətlərini korladılar. Yanlış seçimləri ucbatından ilk valideynlərimiz əbədi həyatı itirdilər və bütün insanlara günahı, qeyri-kamilliyi və heç cür canımızı qurtara bilmədiyimiz ölümü ötürdülər.

Amma Külli-İxtiyar Allah dərhal hərəkətə keçdi. O, Adəmin nəslinə əbədi həyatı qazanması üçün bir şans verdi. Allah Şeytanın, Adəm və Həvvanın törətdiyi bütün zülm və sitəmləri aradan qaldıracaq bir «övlad»ın olacağını qabaqcadan bildirmişdi (Yaradılış 3:15). Bu «övlad»ın kim olacağını zaman göstərəcəkdi.

«Övlad» gələnə qədər Şeytan durmadan Allahın bu xoş niyyətinə mane olmağa çalışırdı. Günah və pislik işıq sürəti ilə dünyaya yayıldı. Xudavənd Rəbb daşqın vasitəsilə bütün pisləri məhv etmək qərarına gəldi. Allah saleh bəndəsi Nuha özünün və ailəsinin, həmçinin heyvanların xilas olması üçün qutu formasında böyük gəmi tikməyi buyurdu.

Daşqından düz bir il sonra Nuh peyğəmbər və ailəsi gəmidən pislikdən təmizlənmiş yer üzünə çıxdılar. Ancaq «övlad» hələ də gəlməmişdi.

Yaradılış 1-dən 11-dək fəsillərinə, Yəhuda 6, 14, 15 Vəhy 12:9 ayələrinə əsaslanıb.