Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ OKTYABR 2013

Müqəddəs Yazılara aid suallara cavab

Müqəddəs Yazılara aid suallara cavab

Ölən əzizlərimizi yenə görə biləcəyikmi?

Yatan insan nə iş görür, nə də ki bir şey hiss edir. Buna görə də ölümü yuxuya bənzətmək olar. Bununla belə Yaradan ölən insanları yenidən həyata qaytara bilər. Buna sübut olaraq Allah İsa peyğəmbərə bir neçə insanı həyata qaytarmaq üçün diriltmək səlahiyyəti vermişdi. (Vaiz 9:5; Yəhya 11:11, 43, 44 ayələrini oxuyun.)

Hansı mənada ölüm yuxuya bənzəyir?

Allah vəd edib ki, yaddaşında olan bütün insanları Cənnətdə dirildəcək. Təyin etdiyi vaxtda ölüləri diriltməyə yalnız Allah-Taala qadirdir. Üstəlik, həmin vaxtı Yaradan həsrətlə gözləyir. (Əyyub 14:14, 15 ayələrini oxuyun.)

Dirilmə necə olacaq?

Allah ölən insanları dirildəndə onlar dost-tanışlarını, ailə üzvlərini tanıyacaqlar. Ölən insanın bədəni çürüsə də, Allah həmin adamı yeni bədəndə yaratmağa qadirdir. (1 Korinflilərə 15:35, 38 ayələrini oxuyun.)

Çox az sayda insan göydə yaşamaq üçün dirildiləcək (Vəhy 20:6). Dirildilən insanların əksəriyyəti yer üzündə bərpa olunacaq Cənnətdə yaşayacaqlar. Bu, həmin insanlar üçün əbədi həyatın başlanğıcı olacaq. (Məzmur 37:29; Matta 5:5; Həvarilərin işləri 24:15 ayələrini oxuyun.)