Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ İYUL 2013

 ÜZ QABIĞINDA: Dinlərə etibar etmək olarmı?

İnsan öz dinini nə üçün yoxlamalıdır?

İnsan öz dinini nə üçün yoxlamalıdır?

Təsəvvür edin ki, ağır xəstəsiniz və əməliyyat olunmalısınız. Təbii ki, sizi əməliyyat edəcək cərraha tam etibar etmək istəyərdiniz, çünki həyatınız onun əlində olacaq. Bu halda yaxşı olmazdımı ki, cərrahın indiyə qədər etdiyi əməliyyatlarla maraqlanasınız?

Eynilə də, dininizi diqqətlə təhlil etməyiniz müdrik hərəkət olardı. Əgər hansısa dinə mənsubsunuzsa, mahiyyət etibarilə, ruhani həyatınız onun əlindədir və sizin gələcəyiniz bundan asılıdır.

Allahın Kəlamında qoyulan meyar bizə dinə obyektiv yanaşmağa kömək edir. Orada deyilir: «Hər ağac gətirdiyi meyvəsindən tanınar» (Luka 6:44). Siz müəyyən bir dinə və ya məzhəbə nəzər saldıqda onun gətirdiyi bəhrələr haqda nə deyə bilərsiniz? Həmin dinin başçıları pula həddən artıq önəm vermirlər ki? Dinin üzvləri müharibə və əxlaqla bağlı Allahın Kəlamında qoyulan qayda-qanunlara uyğun yaşayırlar? Ümumiyyətlə, hansısa din etibarımıza layiqdirmi? Biz sizə növbəti məqalələri oxumağı təklif edirik.

«Hər ağac gətirdiyi meyvəsindən tanınar» (Luka 6:44).