Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ İYUL 2013

Pul məsələsində dinə etibar etmək olarmı?

Pul məsələsində dinə etibar etmək olarmı?

Çoxuşaqlı ana olan Estel * həmişə kilsəyə gedirdi. O, keşişə deyəndə ki, Müqəddəs Kitab haqda öyrənmək istəyir, keşiş heç bir tədbir görmədi. Estel də qərara gəldi ki, daha kilsəyə getməsin. O deyir: «Günlərin bir günü kilsə rəhbərlərindən mənə məktub gəldi. Sözlərinin canı o idi ki, gedə bilməsəm də, heç olmasa pul göndərim. Bu an fikirləşdim: “Deməli, onları mənim gedib-getməməyim yox, pulum maraqlandırır”».

Angelina adlı dindar bir qadın deyir: «Getdiyim kilsədə hər ibadət zamanı üç dəfə səbət ötürülürdü, hər dəfə də biz ora pul atmalıydıq. Onlar həmişə pul istəyirdilər. Öz-özümə deyirdim: “Belə Allah adamı olar?”».

Sizin ərazinizdəki dinlər pul yığmaq üçün bu kimi üsullara əl atırlarmı? Bəs Allahın Kəlamı bunumu öyrədir?

ALLAHIN KƏLAMI NƏ ÖYRƏDİR?

Allahın elçisi olan İsa peyğəmbər demişdi: «Təmənnasız almısınız, təmənnasız da verin» (Matta 10:8). Müqəddəs Kitabdakı kəlamlar dəyəri biçilməzdir və hər kəs üçün əlçatan olmalıdır.

Bəs birinci əsrdə Allahın xidmətçiləri ibadətlə bağlı xərcləri necə ödəyirdilər?

İanə edən hər bir insan könülsüz və ya məcburi deyil, ürəyində qət etdiyi kimi verirdi, çünki «Allah sevinclə verəni sevir» (2 Korinflilərə 9:7). Allahın keçmişdə yaşamış bir xidmətçisi yazırdı: «Həm Allahın xoş xəbərini təbliğ edirdik, həm də aranızdan heç kimi xərcə salmamaq üçün gecə-gündüz işləyirdik» (1 Saloniklilərə 2:9). Bu həvari Allaha xidmət etmək, eləcə də özünü dolandırmaq üçün çadır tikməklə məşğul olurdu (Həvarilərin işləri 18:2, 3).

YEHOVANIN ŞAHİDLƏRİ HAQDA NƏ DEMƏK OLAR?

Adətən, Yehovanın Şahidləri ibadət görüşlərini Padşahlıq zalı adlanan sadə tikililərdə keçirirlər. Bəs xərclər necə ödənilir? Bəzi dinlərdə olduğu kimi, ibadət zamanı nə pul yığılır, nə də nəzir üçün müraciət olunur. Əksinə, Allahın Kəlamına əsaslanan ruhani mövzuları dinləyən və dəyərləndirən hər kəs zalda yerləşən qutuya imkanı yol verən qədər könüllü ianə ata bilər.

Din necə maliyyələşdirilməlidir?

Aydındır ki, bu jurnalın çap edilib çatdırılması pulsuz başa gəlmir. Bununla belə, siz jurnalın səhifələrində kommersiya xarakterli reklamlara və ya pul üçün müraciətlərə rast gəlməyəcəksiniz. Jurnalda Allahın Kəlamındakı həqiqətlər ön plana çəkilir.

Necə fikirləşirsiniz, Yehovanın Şahidlərinin maliyyələşdirilmə məsələsində tutduqları mövqe peyğəmbərin sözlərinə və keçmişdə yaşamış Allahın xidmətçilərinin nümunəsinə uyğun gəlir?

^ abz. 2 Bu silsilə məqalələrdə bəzi adlar şərtidir.