Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi  |  iyul 2013

Müharibə məsələsində dinə etibar etmək olarmı?

Müharibə məsələsində dinə etibar etmək olarmı?

Alberto on ilə yaxın orduda xidmət edib. O xatırlayır: «Keşiş bizə xeyir-dua verib deyirdi: “Allah sizinlədir”. Mənə qəribə gəlirdi: “Necə olur ki, mən adam öldürməyə gedirəm, Allah isə mənimlədir, halbuki Müqəddəs Kitabda deyilir: “Qətl etmə”».

İkinci Dünya müharibəsi zamanı hərbi-dəniz qüvvələrində xidmət edən Rey bir dəfə keşişdən soruşmuşdu: «Siz gəmiyə gəlib Allahdan bizim üçün qələbə diləyirsiniz. Məgər düşmənlərimiz də belə etmir?» Keşiş isə dedi ki, biz bəndələr Allahın işlərini dərk edə bilmərik.

Əgər bu cavab sizi qane etmirsə, əmin olun ki, başqalarını da qane etmir.

ALLAHIN KƏLAMI NƏ ÖYRƏDİR?

İsa peyğəmbər demişdi ki, Allahın ən böyük əmrlərindən biri «yaxınını özünü sevdiyin kimi sev» əmridir (Mark 12:31). Peyğəmbər «yaxın» dedikdə insanın yaxınlığında yaşayan və ya eyni millətindən olan adamımı nəzərdə tuturdu? Xeyr. O, davamçılarına demişdi: «Aranızda məhəbbət olsa, hamı biləcək ki, siz mənim şagirdimsiniz» (Yəhya 13:34, 35). Bu insanların arasındakı məhəbbət o qədər güclü olacaqdı ki, bu, onların səciyyəvi cəhətinə çevriləcəkdi. Onlar başqalarının canlarını almağa yox, başqaları uğrunda öz canlarını verməyə hazır olacaqdılar.

Keçmişdə Allaha düzgün ibadət edənlər peyğəmbərin bu sözlərinə uyğun yaşayırdılar. Bu insanlar haqda «Din ensiklopediyası»nda deyilir: «Onlar başqalarının qanına bais olmurdular və məhz bu səbəbdən Roma ordusunda xidmət etməkdən imtina edirdilər».

YEHOVANIN ŞAHİDLƏRİ HAQDA NƏ DEMƏK OLAR?

Yehovanın Şahidləri demək olar ki, dünyanın hər yerində yaşayırlar və hətta onlardan elələri var ki, aralarında münaqişə olan millətlərə mənsubdurlar. Lakin Yehovanın Şahidləri səciyyəvi xüsusiyyətləri olan məhəbbəti var gücləri ilə qoruyub saxlamağa çalışırlar.

Dinlərin başında duranlar camaatı Allahın buyurduğu kimi fədakarcasına sevməyi öyrədirlərmi?

Misal üçün, 1994-cü ildə Ruandada hutu və tutsi tayfaları arasında etnik münaqişə tüğyan etdiyi bir vaxtda Yehovanın Şahidləri tamamilə bitərəf mövqe tutmuşdular. Çox vaxt Şahidlər həyatlarını böyük riskə ataraq digər tayfadan olan iman qardaşlarını gizlədirdilər. Tutsi tayfasından olan qardaşlarını gizlədən hutu tayfasından iki Şahid tutulanda hutu interaxamve döyüşçüsü demişdi: «Tutsilərə canlarını qurtarmağa kömək etdiyinizə görə ölməlisiniz». Əfsuslar olsun ki, onların hər ikisi də qətlə yetirildi (Yəhya 15:13).

Necə fikirləşirsiniz, Yehovanın Şahidlərinin hərəkətləri Allahın Kəlamında fədakar məhəbbətlə əlaqədar deyilən sözlərə uyğun gəlir?