Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ İYUL 2013

Əxlaq məsələsində dinə etibar etmək olarmı?

Əxlaq məsələsində dinə etibar etmək olarmı?

«Təhsil aldığım kollecdə bir çox tələbələr özlərini dindar adlandırırdılar, — tibb işçisi olan Silviya deyir. — Lakin onlar imtahan zamanı min oyundan çıxır və narkotik qəbul edirdilər. Onların həyat tərzində dindarlıqdan əsər-əlamət yox idi».

Mahir adında bir kişi deyir: «İş yoldaşlarım zəng edib yalandan deyirlər ki, xəstədirlər. Onlar dindar olduqlarını iddia etsələr də, əməlləri bunu göstərmir. Onlar üçün din başqalarına nümayiş etdirmək məqsədilə evə qoyulan, ancaq istifadə edilməyən mebel kimidir».

Din əksər insanların əxlaqına heç zərrə qədər də təsir göstərmir. Çoxları üzdən özlərini Allah adamı kimi göstərirlər, əslində isə Allahın yolu ilə getmirlər (2 Timoteyə 3:5). Onların din rəhbərləri nə onlara yaxşı nümunə qoyur, nə də ki əxlaqlı həyat tərzi sürmələri üçün Müqəddəs Kitabdan lazımi məsləhətləri verirlər. Buna görə də çoxlarının fikrincə, onların necə həyat tərzi sürmələri Allahı qətiyyən maraqlandırmır.

ALLAHIN KƏLAMI NƏ ÖYRƏDİR?

Müqəddəs Kitabda Allahın hisslərə sahib olduğu və bizim hərəkətlərimizin Ona dərin təsir bağışladığı göstərilir. Qədim zamanlarda israillilərin Allaha qarşı qiyam qaldırması Onu kədərləndirirdi (Məzmur 78:40). Amma insan pis əməllərinin daşını atıb səmimi-qəlbdən haqq yolu ilə getməyə başlayanda Allahın dərgahında böyük sevinc yaşanır (Luka 15:7). İnsan Allah-Taalanın gözəl xüsusiyyətlərini dərk edəndə Ona məhəbbəti artır və o, Allahın bəyəndiyi şeyləri sevir, nifrət etdiklərinə isə nifrət edir (Amos 5:15).

YEHOVANIN ŞAHİDLƏRİ HAQDA NƏ DEMƏK OLAR?

Solt-Leyk-Sitidə (ABŞ, Yuta ştatı) çıxan bir qəzetdə deyilirdi ki, Yehovanın Şahidləri «ailə tellərini möhkəmləndirir və cəmiyyət üçün dürüst, zəhmətkeş vətəndaşlar yetişdirirlər». Qəzetdə həmçinin əlavə edilmişdi: «Təşkilatın üzvləri ciddi əxlaq dəyərlərinə riayət edir. Onlar inanırlar ki, siqaret çəkmək, spirtli içkilərdən sui-istifadə etmək, narkotik qəbul etmək, əxlaqsız davranış və homoseksualizm insanın Allahla münasibətini pozur» («Deseret News»).

Din başçıları insanlara Allahın qoyduğu əxlaq normalarına uyğun yaşamağı öyrədirlərmi?

Allah haqqında öyrənmələri Şahidlərə hansı faydanı gətirir? Məqalənin əvvəlində adı çəkilən Silviya deyir: «Tibb sahəsində fırıldaqçılıq adi haldır. “Hamı necə, mən də elə” deyib davranmağa nə var ki. Ancaq Yehova * Allahın bu kimi işlərə necə baxdığını bilmək mənə düzgün davranmağa kömək edir. Mən həm xoşbəxtəm, həm də içim rahatdır». Silviya əmindir ki, bunun səbəbi Allahın qanunlarına uyğun yaşamasıdır.

^ abz. 9 «Yehova» Allahın Müqəddəs Kitabda açıqlanan adıdır.