Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ YANVAR 2013

Müqəddəs Yazılara aid suallara cavablar

Müqəddəs Yazılara aid suallara cavablar

Allahın adı nədir?

Ailə üzvlərimizin hər birinin şəxsi adı var. Bəs Allahın adının olması fikri ağlabatandırmı? Müqəddəs Kitabda Allahın bir çox titulları qeyd olunur. Məsələn, Külli-İxtiyar, Ali Hökmdar, Yaradan, lakin Onun şəxsi adı var. (Vəhy 4:11 ayəsini oxu.)

Məsələn, Müqəddəs Kitabın orijinal əlyazmalarında Məzmur 83:18 ayəsində Allahın şəxsi adına rast gəlmək olar. Həmin ayədə deyilir: «Qoy insanlar bilsin ki, adı Yehova olan Sən yer üzərində tək Uca Allahsan».

Allahın adını çəkmək nəyə görə vacibdir?

Allah istəyir ki, biz Onun şəxsi adını çəkək. Adətən, sevdiyimiz insanlarla, məsələn, dostlarımızla söhbət edəndə həmişə, xüsusilə də onlar bunu bizdən xahiş edəndə onların adını çəkirik. Allaha dua edərkən məgər Onun adını çəkmək düzgün olmazdı? İsa peyğəmbər də Xudavəndin adını çəkməyə təşviq edirdi. (Matta 6:9; Yəhya 17:26 ayələrini oxu.)

Ancaq Allahın dostu olmaq üçün yalnız adını bilmək kifayət deyil. Biz Onun haqqında daha çox bilməliyik. Məsələn, Allahın varlığı haqda nə bilirik? Onunla yaxın münasibət qurmaq mümkündürmü? Siz bu sualların cavabını Müqəddəs Kitabdan tapa bilərsiniz.