Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) NOYABR 2015

Oxucuların sualları

Oxucuların sualları

Qədim Əriha şəhərinin uzun müddət mühasirədə qalmadan zəbt olunduğuna hansı sübut var?

Yuşə 6:10—15, 20 ayələrinə əsasən, İsrail qoşunları altı gün gündə bir dəfə Əriha ətrafında dövrə vurmuşdular. Ancaq yeddinci gün şəhərin ətrafında yeddi dəfə dövrə vurmuşdular və Allah Ərihanın nəhəng divarlarını yerlə yeksan etmişdi. Onda israillilər şəhərə daxil olub onu ələ keçirmişdilər. Beləliklə, Allahın Kəlamı Ərihanın qısa müddət mühasirədə olduğunu deyir. Bəs arxeoloji qazıntılar bunu təsdiq edir?

Qədim zamanlarda, adətən, hücum edən qoşun qala şəhəri mühasirədə saxlayırdı. Mühasirənin nə qədər sürməsindən asılı olmayaraq, qaliblər şəhərin var-dövlətini, olan-qalan azuqəsini talan edirdilər. Lakin arxeoloqlar Ərihanın xarabalıqlarında böyük ərzaq ehtiyatları tapmışdılar. «Müqəddəs Kitabın arxeoloji icmalı»nda bununla bağlı deyilir: «Xarabalıqda gil qablardan başqa ən çox tapılan şey taxıl idi... Bu, Fələstin arxeologiya tarixində nadir bir haldır. Bir-iki küpün tapılması mümkün idi, amma bu qədər çoxlu taxılın tapılması istisna haldır».

Müqəddəs Yazılara əsasən, israillilərin Əriha şəhərində olan taxılı talan etməməsinin səbəbi var idi. Bunu Yehova onlara buyurmuşdu (Yuş. 6:17, 18). İsraillilər bahar fəslində, biçindən dərhal sonra hücum etmişdilər. Buna görə də şəhərdə taxıl ehtiyatı bol idi (Yuş. 3:15—17; 5:10). Ərihada çoxlu taxılın qalması göstərir ki, mühasirə Müqəddəs Kitabda deyildiyi kimi, qısa müddət davam etmişdi.