Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) APREL 2015

Ağac kəsilsə, yenə cücərər?

Ağac kəsilsə, yenə cücərər?

LİVANDA bitən möhtəşəm sidr ağacı hara, əyri-üyrü zeytun ağacı hara. Onları bir-birinə tay tutmaq olmaz. Amma zeytun ağacının qeyri-adi bir özəlliyi var: o, çox dözümlüdür. Bəzi zeytun ağaclarının 1000 yaşı var. Zeytun ağacı gövdəsi məhv olsa da, şaxələnən kökü sayəsində yenidən əmələ gələ bilər. Nə qədər ki kökü sağdır, ağac yenidən cücərəcək.

Əyyub peyğəmbər inanırdı ki, ölsə də, yenidən yaşayacaq (Əyy. 14:13—15). O, bir ağacı nümunə çəkərək Allahın onu yenidən həyata qaytarmağa qadir olduğuna əminliyini bildirmişdi. Çox ehtimal ki, o, zeytun ağacından danışırdı. Peyğəmbər demişdi: «Hətta ağac üçün ümid var, kəsilsə, yenə cücərər». Güclü yağış sərt quraqlığa son qoyanda zeytun ağacının qurumuş kötüyündə yenidən fidanlar baş qaldıra bilər və ağac «cavan bitki kimi qol-budaq atar» (Əyy. 14:7—9).

Bağban kəsilmiş ağacın köklərinin yenidən cücərməsini səbirsizliklə gözlədiyi kimi, Yehova Allah da həyata gözlərini yummuş xidmətçilərini və digər insanları diriltməyin intizarındadır (Mət. 22:31, 32; Yəh. 5:28, 29; Həv. 24:15). Gözəl həyatda yaşamaq üçün dirilən bu insanları qarşılamaq necə də xoş olacaq!