Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) OKTYABR 2014

Padşahlığa imanını sarsılmaz et

Padşahlığa imanını sarsılmaz et

«İman ümid edilən şeylərin mütləq yerinə yetəcəyinə olan [əminlikdir]» (İBR. 11:1).

1, 2. Padşahlığın Allahın bəşəriyyətə dair niyyətini yerinə yetirəcəyinə əminliyimizi nə artıracaq və nə üçün? (Məqalənin əvvəlindəki şəklə bax.)

YEHOVANIN ŞAHİDLƏRİ olan bizlər çox vaxt Allahın Padşahlığının bütün problemlərin yeganə həlli olması barədə danışırıq. İnsanların diqqətini Müqəddəs Yazılardakı bu vacib həqiqətə yönəldirik. Bundan savayı, Padşahlığın gətirəcəyi xeyir-dualara olan ümid bizə qəlb rahatlığı verir. Bəs Padşahlığın real olduğuna və məqsədinə çatacağına nə dərəcə də əminik? Padşahlığa olan möhkəm imanımız nəyə əsaslanır? (İbr. 11:1).

2 Külli-İxtiyar Allah bu Padşahlığı xilqətlə bağlı niyyətini gerçəkləşdirmək üçün qurub. Allahın idarə etməyə tam haqqı çatdığı üçün bu Padşahlıq möhkəm bünövrə üzərində qurulub. Onun padşahı, hakimiyyət şərikləri, onların səlahiyyətləri bu Padşahlığın vacib cəhətləridir və bütün bunlar əhdlər vasitəsilə qanuni olaraq təyin olunub. Bu qanuni sazişlərin tərəflərindən biri ya Allah olub, ya da Oğlu İsa Məsih. Bu əhdlər üzərində düşünmək Allahın niyyətinin əslində necə yerinə yetəcəyini anlamağa və Onun  gördüyü tədbirin nə dərəcə də sarsılmaz olduğunu görməyə kömək edəcək. (Efeslilərə 2:12 ayəsini oxu.)

3. Bu və növbəti məqalədə nəyi araşdıracağıq?

3 Müqəddəs Kitabda İsa Məsihin idarə etdiyi Padşahlıqla bağlı altı əsas əhddən söz açılır. Onlar 1) İbrahim peyğəmbərlə bağlanan əhd, 2) Qanun əhdi, 3) Davudla bağlanan əhd, 4) Melxisedeqə bənzər kahin üçün bağlanan əhd, 5) yeni əhd və 6) Padşahlıq əhdidir. Gəlin hər bir əhdin Padşahlığa hansı aidiyyatı olduğunu, eləcə də Allahın yer və bəşəriyyət üçün niyyətinin yerinə yetməsinə necə xidmət etdiyini nəzərdən keçirək. (« Allah niyyətini necə gerçəkləşdirəcək?» adlı çərçivəyə bax.)

ALLAHIN NİYYƏTİNİN NECƏ GERÇƏKLƏŞƏCƏYİNİ GÖSTƏRƏN VƏD

4. «Yaradılış» kitabına əsasən, Allah insanlarla bağlı hansı üç şərti bildirmişdi?

4 Yehova insanların yaşaması üçün gözəl planet yaratdıqdan sonra onlarla bağlı üç şərti bildirdi: 1) Allah insanları Öz surətində yaradacaqdı, 2) onlar yer üzünü Cənnətə çevirəcək və saleh nəsilləri ilə dolduracaqdılar və 3) qadağan olunmuş xeyirlə şəri bilmə ağacından yeməyəcəkdilər (Yar. 1:26, 28; 2:16, 17). Başqa heç bir şərt yox idi. Allah insanı yaratdıqdan sonra Onun niyyətinin yerinə yetirilməsi üçün yerdə qalan iki şərtə tam əməl etmək lazım idi. Bəs onda nə üçün əhdlərin bağlanmasına ehtiyac yarandı?

5, 6. a) Şeytan Allahın niyyətini necə pozmağa çalışdı? b) Yehova Şeytanın üsyanına Eden bağında necə cavab verdi?

5 Şeytan İblis alçaqcasına Allahın niyyətini pozmağa çalışdı. O, bunu asanlıqla təsir edə biləcəyi şərti, yəni insanlardan itaətkarlıq tələb edən yeganə şərti pozmağa çalışmaqla etdi. O, ilk qadın olan Həvvanı xeyirlə şəri bilmə ağacı ilə bağlı qadağanı pozmağa şirnikləndirdi (Yar. 3:1—5; Vəhy 12:9). Belə etməklə, Şeytan Allahın bütün yaratdıqları üzərində hökmranlıq etmək hüququnu sual altına aldı. Daha sonra isə Şeytan Allahın sadiq bəndələrinin ayağına xudbin niyyətlər yazdı (Əyy. 1:9—11; 2:4, 5).

6 Bəs Yehova Şeytanın üsyanına necə cavab verəcəkdi? O, üsyankarları məhv etməklə qaldırılan üsyana son qoya bilərdi. Amma belə etsəydi, Onun Adəmlə Həvvanın itaətkar nəslinin yer üzünü doldurması ilə bağlı əzəli niyyəti puça çıxardı. Buna görə də üsyankarları yerindəcə yox etmək əvəzinə, Yaradan güclü bir peyğəmbərlik etməklə Şeytanın cavabını verdi. Edendəki vəd Yehovanın sözlərinin xırdalığına qədər yerinə yetəcəyinə zəmanət idi. (Yaradılış 3:15 ayəsini oxu.)

7. Edendəki vəd ilan və onun balası ilə bağlı bizi nəyə əmin edir?

7 Edendəki vəd vasitəsilə Yehova ilana və onun balasına, yəni Şeytan İblisə və Allahın hökmranlıq etmək hüququ ilə bağlı məsələdə Şeytanın tərəfini tutacaq kəslərə hökm çıxardı. Və bu hökmü icra etmək səlahiyyətini səmavi qadının övladına verdi. Beləcə, Edendəki vəd yalnız üsyana təhrik edənin və onun bütün işlərinin məhv ediləcəyini yox, bunun necə baş verəcəyini göstərdi.

8. Qadının və övladının kimliyi haqda nə deyə bilərik?

8 Bəs qadının övladı kim olmalı idi? Bu övladın ilanın başından vurması, yəni ruhani varlıq olan Şeytan İblisi məhv etməsi göstərir ki, o, özü də ruhani  varlıq olmalı idi (İbr. 2:14). Deməli, övladı dünyaya gətirəcək qadın da ruhani varlıq olmalı idi. Edendəki vəddən sonra təxminən 4000 il ərzində ilanın balası sürətlə çoxaldığından qadını və onun övladını müəyyən etmək mümkün deyildi. Bu illər ərzində övladın müəyyən edilməsi və onun vasitəsilə Şeytanın bəşəriyyətə vurduğu zərərin aradan qaldırılacağına xidmətçilərini əmin etmək üçün Yehova bir neçə əhd bağladı.

ÖVLADI MÜƏYYƏNLƏŞDİRƏN ƏHD

9. İbrahimlə hansı əhd bağlanmışdı və bu, nə zaman qüvvəyə mindi?

9 Şeytana hökm çıxarıldıqdan təxminən iki min il sonra Yehova qəbilə başçısı İbrahimə Ur şəhərindəki (Mesopotamiya) evini tərk edib Kənan diyarına getməyi əmr etdi (Həv. iş. 7:2, 3). Yehova ona dedi: «Öz torpağından, qohumlarının arasından, ata evindən çıx, sənə göstərəcəyim torpağa get. Səndən böyük bir millət törədəcəyəm, sənə xeyir-dua verəcəyəm, adını ucaldacağam və bərəkət qaynağı olacaqsan. Sənə xeyir-dua verənlərə xeyir-dua verəcəyəm, sənə lənət edənləri lənətləyəcəyəm. Yer üzünün bütün tayfaları sənin vasitənlə xeyir-dua alacaq» (Yar. 12:1—3). Bu sözlər İbrahimlə bağlanan əhdlə bağlı ilk yazılı məlumatdır. Amma Yehovanın ilk dəfə bu əhdi İbrahimlə nə zaman bağladığı dəqiq məlum deyil. Bir o məlumdur ki, bu əhd eramızdan əvvəl 1943-cü ildə İbrahim 75 yaşında Xaranı tərk edib Fərat çayını keçdiyi vaxt qüvvəyə mindi.

10. a) İbrahim Allahın vədlərinə iman etdiyini necə göstərdi? b) Yehova qadının övladı ilə bağlı hansı təfərrüatları açıqladı?

10 Yehova bağladığı əhdi İbrahimə  dəfələrlə təkrarlayır və get-gedə daha çox məlumat verirdi (Yar. 13:15—17; 17:1—8, 16). İbrahim oğlunu qurban verməyə hazır olmaqla Yehovanın vədlərinə sarsılmaz iman göstərdiyi üçün Allah verdiyi vədlə bu əhdin möhürünü qoydu. (Yaradılış 22:15—18; İbranilərə 11:17, 18 ayələrini oxu.) İbrahimlə bağlanan əhd qüvvəyə mindikdən sonra Yehova tədricən qadının övladı ilə bağlı vacib təfərrüatları açıqladı. Övlad İbrahimin nəslindən gəlməli, bir nəfərdən ibarət olmamalı, padşahlıq etməli, bütün düşmənləri məhv etməli və çoxları üçün xeyir-dua olmalı idi.

İbrahim Allahın vədlərinə sarsılmaz iman göstərdi (10-cu abzasa bax)

11, 12. Müqəddəs Kitab İbrahimlə bağlanan əhdin geniş miqyasda yerinə yetdiyini necə göstərir və bu, bizim üçün nə deməkdir?

11 İbrahimlə bağlanan əhd onun nəsli Vəd edilmiş diyarı alanda hərfi mənada yerinə yetdi. Lakin Müqəddəs Kitab göstərir ki, bu əhd ruhani mənada da yerinə yetməlidir (Qalat. 4:22—25). Həvari Pavel Allahdan ilham alaraq bu əhdin geniş miqyasda həyata keçməsi ilə bağlı izah etmişdi ki, İbrahimin nəslinin əsas hissəsi Məsih, ikinci dərəcəli hissəsi isə 144 000 nəfərdən ibarət olan ruhla məsh olunmuş məsihçilərdir (Qalat. 3:16, 29; Vəhy 5:9, 10; 14:1, 4). Övladı dünyaya gətirən qadın isə «səmavi Yerusəlim» — sadiq ruhani varlıqlardan ibarət Allahın təşkilatının göydəki hissəsidir (Qalat. 4:26, 31). İbrahimlə bağlanan əhddə vəd edildiyi kimi qadının övladı bəşəriyyət üçün xeyir-dualar gətirəcək.

12 Bu əhd səmavi Padşahlığın real olacağına, Padşahın və onun hakimiyyət şəriklərinin Padşahlığı miras alacaqlarına zəmanət verir (İbr. 6:13—18). Bu əhd nə vaxta qədər qüvvədə qalacaq? Yaradılış 17:7 ayəsində deyildiyi kimi bu, «əbədi əhd»dir. Həmin əhd Məsihin idarə etdiyi Padşahlıq Allahın düşmənlərini tam məhv edənə və bütün bəşər ailəsinə bol xeyir-dualar gətirənə qədər qüvvədə qalacaq (1 Kor. 15:23—26). Ancaq bu əhdin gətirəcəyi xeyir-dualar əbədi olacaq. İbrahimlə bağlanan əhd bir daha göstərir ki, Yehova saleh insanların «yer üzünü [bürüməsi]» ilə bağlı niyyətini həyata keçirməkdə qəti qərarlıdır (Yar. 1:28).

PADŞAHLIĞIN ƏBƏDİ DURACAĞINA ZƏMANƏT VERƏN ƏHD

13, 14. Davudla bağlanan əhd Məsihin hakimiyyəti ilə bağlı nəyə zəmanət verir?

13 Edendəki vəd və İbrahimlə bağlanan əhd vurğulayır ki, Yehovanın Padşahlığı vasitəsilə təzahür etdirdiyi ali hakimiyyəti tamamilə Onun salehlik normalarına əsaslanır (Məz. 89:14). Bəs bu Padşahlıq nə vaxtsa dağılacaq? Digər qanuni əhd zəmanət verir ki, bu, əsla baş verməyəcək.

14 Gəlin görək Yehova Davudla bağlanan əhd vasitəsilə qədim İsrailin padşahı Davuda hansı vədi vermişdi. (2 Şamuel 7:12, 16 ayələrini oxu.) Yehova bu əhdi Davud Yerusəlimdə padşahlıq etdiyi zaman bağlamışdı və ona vəd etmişdi ki, Məsih onun nəslindən gələcək (Luka 1:30—33). Bununla Yehova övladın nəsil şəcərəsini konkretləşdirdi və göstərdi ki, Davudun varisi Allahın Padşahlığında taxta əyləşməyə «haqq sahibi» olacaq (Yez. 21:25—27). İsanın vasitəsilə Davudun taxtı «sabit qalacaq». Həqiqətən də, Davudun nəsli «taxtda əbədi qalacaq,  taxtı... günəş kimi duracaq» (Məz. 89:34—37). Bəli, Məsihin hakimiyyəti heç vaxt dağılmayacaq, onun işləri əbədi qalacaq!

KAHİNLİK VƏZİFƏSİNİ TƏMİN EDƏN ƏHD

15—17. Melxisedeqə bənzər kahin üçün bağlanan əhdə əsasən, övlad daha hansı rolu icra edəcək və nə üçün?

15 İbrahimlə və Davudla bağlanan əhddən görünür ki, qadının övladı padşah vəzifəsini icra edəcək. Ancaq bütün millətlərin tam xeyir-dualanması üçün bu vəzifə kifayət deyil. Bunun üçün bəşəriyyət günahdan təmizlənib Yehovanın vahid ailəsinə daxil olmalıdır. Bu tələblərin təmin edilməsi üçün övlad kahin mövqeyində də fəaliyyət göstərməlidir. Dahi Yaradanımız bunu digər bir qanuni saziş — Melxisedeqə bənzər kahin üçün bağlanan əhd vasitəsilə təmin etdi.

16 Yehova Davud padşah vasitəsilə açıqlamışdı ki, O, İsa ilə ikiməqsədli şəxsi əhd bağlayacaq. Birincisi, İsa düşmənlərini məğlub edənə qədər Allahın sağında oturacaq. İkincisi, «Melkisedeq vəzifəli əbədi bir [kahin]» olacaq. (Məzmur 110:1, 2, 4 ayələrini oxu.) Bəs nəyə görə məhz «Melkisedeq vəzifəli»? Çünki İbrahimin nəsli Vəd edilmiş diyara ayaq basmazdan hələ uzun illər öncə Səlim padşahı Melxisedeq (Melkisedeq) «Allah-Taalanın kahini» kimi xidmət edirdi (İbr. 7:1—3). O, bu vəzifəyə birbaşa Yehova tərəfdən seçilmişdi. İbranicə Müqəddəs Yazılarda yalnız onun padşah və kahin kimi xidmət etdiyindən bəhs edilir. Üstəlik, onun nə sələfi, nə də xələfi olmadığı üçün onu «əbədilik kahin» adlandırmaq olar.

17 İsa Məsih Yehovanın onunla bağladığı şəxsi əhdin sayəsində birbaşa kahin təyin olunub və o, «Melxisedeqə bənzər əbədi [kahin]» olacaq (İbr. 5:4—6). Bu əhd aydın göstərir ki, Yehova bəşəriyyətlə bağlı əzəli niyyətini həyata keçirmək üçün Öz üzərinə qanuni öhdəçilik götürüb və bunu Padşahlıq vasitəsilə edəcək.

PADŞAHLIĞA QANUNİ ƏSAS VERƏN ƏHDLƏR

18, 19. a) Araşdırdığımız əhdlər Padşahlıqla bağlı nəyi açıqladı? b) Növbəti məqalədə nə araşdırılacaq?

18 Araşdırdığımız əhdlərin Padşahlıqla necə bağlı olduğunu və bu Padşahlığın həmin qanuni sazişlərə necə əsaslandığını öyrəndik. Edendəki vəddən gördük ki, Yehova yer kürəsi və bəşəriyyətlə bağlı niyyətini qadının övladı vasitəsilə gerçəkləşdirəcək. İbrahimlə bağlanan əhddən isə bu övladın kimliyini və hansı vəzifəni icra edəcəyini araşdırdıq.

19 Davudla bağlanan əhddən övladın əsas hissəsinin nəsil şəcərəsi və Padşahlığın görəcəyi işlərin əbədi qalması üçün ona bütün yer üzünü idarə etmək səlahiyyəti verildiyi məlum oldu. Melxisedeqə bənzər kahin üçün bağlanan əhddən isə bu əhdin övlada kahin vəzifəsini icra etməyə əsas verdiyini öyrəndik. Ancaq İsa bəşəriyyəti kamilliyə təkbaşına çatdırmayacaq. Çünki həm padşah, həm də kahin kimi xidmət etməyə təyin olunan başqaları da var. Bəs onlar haradan seçiləcəkdilər? Bu sual növbəti məqalədə cavablanacaq.