Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) MAY 2014

Mənim yeməyim Allahın iradəsini yerinə yetirməkdir

Mənim yeməyim Allahın iradəsini yerinə yetirməkdir

Sənə daha çox nə sevinc gətirir? Ailə qurmaq, oğul-uşaq sahibi olmaq və ya dostluq münasibətləri? Çox ehtimal ki, öz əzizlərinlə bir süfrə arxasında çörək kəsmək sənə zövq verir. Ancaq Yehovanın xidmətçisi kimi sənə Allahın iradəsini yerinə yetirmək, Onun Kəlamını araşdırmaq və xoş xəbəri təbliğ etmək xüsusilə zövq verməlidir.

Qədim İsrailin padşahı Davud Yaradanı mədh edərək oxuyurdu: «Ey Allahım, Sənin iradəni yerinə yetirmək mənə zövq verir, Qanunun qəlbimdədir» (Məz. 40:8). Üzləşdiyi çətinliklərə və təqiblərə baxmayaraq, Davud Allahın iradəsini yerinə yetirməkdən zövq alırdı. Sözsüz ki, Yehovaya ibadətdən zövq alan yeganə bəndə Davud olmayıb.

Həvari Pavel Məzmur 40:8 ayəsindəki sözləri Məsihə aid edərək yazmışdı: «Məsih dünyaya daxil olanda Allaha belə demişdi: “Sən qurban və təqdim istəmədin, lakin mənə bədən hazırladın. Yandırma və günah qurbanları Sənə məqbul deyildi. Onda mən dedim: “Ey Allahım, budur, Müqəddəs Yazılarda haqqımda yazıldığı kimi, Sənin iradəni yerinə yetirməyə gəlmişəm”» (İbr. 10:5—7).

İsa yer üzündə olduğu müddətdə ətraf-aləmi müşahidə edir, insanlarla dostluq edir, onlarla duz-çörək kəsirdi (Mat. 6:26—29; Yəh. 2:1, 2; 12:1, 2). Ancaq onu ən çox maraqlandıran və ona zövq verən səmavi Atasının iradəsini yerinə yetirmək idi. İsa özü demişdi: «Mənim yeməyim məni göndərənin iradəsini yerinə yetirmək və Onun işini tamamlamaqdır» (Yəh. 4:34; 6:38). Şagirdlər Müəllimləri İsadan əsil xoşbəxtliyin sirrini öyrəndilər. Onlar Padşahlıq haqda xoş xəbəri insanlara böyük sevinclə, canla-başla çatdırırdılar (Luka 10:1, 8, 9, 17).

«GEDİN VƏ... ŞAGİRD HAZIRLAYIN»

İsa şagirdlərinə əmr etmişdi: «Gedin və bütün millətlərin içində şagird hazırlayın, onları Ata, Oğul və müqəddəs ruh naminə vəftiz edin, sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin. Mən bu dövrün yekununa kimi həmişə sizinləyəm» (Mat. 28:19, 20). Bu əmrə tabe olmaq özünə istənilən yerdə insanlara təbliğ etməyi,  maraq göstərənlərə yenidən baş çəkməyi və onlarla Müqəddəs Kitabı araşdırmağı daxil edir. Bu işlə məşğul olmaq bizə böyük sevinc gətirir.

Məhəbbət bizi laqeyd münasibətə baxmayaraq, xoş xəbəri təbliğ etməyə təşviq edir

Xidmətdən zövq almağımız insanların xoş xəbərə hay verib-verməmələrindən yox, bizim xidmətə olan münasibətimizdən asılıdır. Laqeyd münasibət və etirazlarla qarşılaşmağımıza rəğmən, nə üçün xoş xəbəri təbliğ etməyə və şagird hazırlamağa davam etməliyik? Çünki bununla biz Allaha və insanlara məhəbbətimizi əks etdiririk. Axı həm özümüzün, həm də ətrafımızda olan insanların həyatı təhlükə altındadır (Yez. 3:17—21; 1 Tim. 4:16). Gəlin çətin ərazilərdə xidmət etməkdən usanmayan bacı-qardaşlara kömək edən bəzi məqamları araşdıraq.

HƏR FÜRSƏTDƏN İSTİFADƏ ET

Xidmətdə münasib suallardan istifadə etmək gözəl nəticələr verir. Bir səhər Amalya bacı parkda bir kişinin qəzet oxuduğunu görür. Ona yaxınlaşıb ürəkaçan bir xəbər oxuyub-oxumadığı ilə maraqlanır. Həmin kişi oxuduqlarının ancaq qanqaraldan şeylər olduğunu bildirəndə Amalya deyir: «Mən sizə Padşahlıq haqda xoş xəbər gətirmişəm». Kişi maraqlanır və Müqəddəs Kitabı araşdırmağa razılaşır. Beləcə, Amalya parkda üç nəfərlə Müqəddəs Kitab öyrənməsinə başlayır.

Janis bacımız da iş yerində təbliğ etmək fürsətini əldən vermirdi. Mühafizə xidmətinin işçisi və iş yoldaşı «Gözətçi qülləsi»ndə dərc edilən məqaləyə maraq göstərəndə Janis müntəzəm olaraq onlara jurnal gətirməyi təklif etdi. O, «Gözətçi qülləsi» və «Oyanın!» jurnallarının müxtəlif mövzulara toxunmasından heyrətə gəlmiş digər iş yoldaşına da jurnallar gətirirdi. Sonra, başqa bir iş yoldaşı da jurnallar istəmişdi. Janis deyir: «Yehovanın xeyir-duası necə də boldur!» Nəticədə, onun 11 iş yoldaşı jurnallarımızı müntəzəm oxumağa başladı.

MÜSBƏT ƏHVAL-RUHİYYƏDƏ OL

Bir səyyar nəzarətçi məsləhət görürdü ki, təbliğçilər evdən-evə xidmət zamanı ev sahibi ilə sağollaşanda sadəcə gələn dəfə gələcəklərini deməsinlər. Əksinə, onlar soruşa bilərlər: «İstəyərdiniz, sizə Müqəddəs Kitab öyrənməsinin necə keçirildiyini göstərim?» Və ya «Söhbətimizi davam etdirmək üçün nə vaxt və neçədə gələ bilərəm?» Səyyar nəzarətçi bildirdi ki, onun əməkdaşlıq etdiyi bir yığıncağın üzvləri bu üsulla bir həftədə 44 Müqəddəs Kitab öyrənməsinə başladı.

Maraqlanan adama tez bir zamanda, hətta bir-iki günə təkrar başçəkmə etsək, yaxşı nəticə verə bilər. Çünki bununla biz səmimi insanların Müqəddəs Kitabı başa düşmələrinə kömək etmək istədiyimizi göstərəcəyik. Yehovanın Şahidləri ilə Müqəddəs Kitab öyrənməsinə başlamasının səbəbini bir qadın belə izah edir: «Onlar mənə səmimi maraq və məhəbbət göstərdikləri üçün öyrənməyə razılaşdım».

İnsanlardan soruşmaq olar: «İstəyərdiniz, sizə Müqəddəs Kitab öyrənməsinin necə keçirildiyini göstərim?»

 Pioner Xidməti Məktəbini bitirdikdən qısa müddət sonra Madayi 15 Müqəddəs Kitab öyrənməsinə başladı. Hələ 5 nəfərdən çox öyrənəni digər təbliğçilərə ötürdü. Öyrənənlərdən bəziləri yığıncaq görüşlərinə müntəzəm gəlməyə başladı. Bacımıza bu qədər insanla öyrənmə başlamağa nə kömək etdi? O, məktəbdə maraq göstərənləri əldən buraxmamağın vacibliyi dərk etdi. Bir çoxlarına həqiqətə gəlməyə kömək etmiş bir bacı deyir: «Mən bir şeyi anladım ki, Yehovanı tanımaq istəyən insanlara kömək etməyin açarı müntəzəm təkrar başçəkmə etməkdir».

Vaxt itirmədən təkrar başçəkmə etməyimiz Müqəddəs Kitabla maraqlanan insana səmimi yanaşdığımızı göstərəcək

Təkrar başçəkmələr etmək və Müqəddəs Kitab öyrənmələrinə başlamaq əməlli-başlı səy tələb edir. Lakin alacağın xeyir-dualar çəkdiyin zəhmətdən qat-qat çox olacaq. Özümüzü Padşahlığın təbliği işinə həsr etməklə biz başqalarına «həqiqət barəsində dəqiq biliyə» yiyələnməyə kömək edirik, bu da onlara xilasa yetişməyə kömək edə bilər (1 Tim. 2:3, 4). Biz isə bundan sonsuz məmnunluq və zövq duyacağıq.