Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) MAY 2014

Kimə necə cavab verəcəyini bil

Kimə necə cavab verəcəyini bil

«Qoy sözləriniz həmişə... ürəkaçan olsun ki, kimə necə cavab verməyi biləsiniz» (KOLOS. 4:6).

1, 2. a) Düşünülmüş suallar verməyin vacibliyini göstərən nümunə danış. (Məqalənin əvvəlindəki şəklə bax.) b) Nə üçün qəliz mövzular haqda mülahizə yürütməkdən qorxmamalıyıq?

UZUN illər öncə bir məsihçi bacı imanına şərik olmayan əri ilə Müqəddəs Kitab əsasında müzakirə aparırdı. Onun əri əvvəllər Xristian kilsələrindən birinin üzvü olmuşdu. Söhbət əsnasında bacının əri dedi ki, o, Üç üqnuma inanır. Ərinin Üç üqnum təlimini tam başa düşmədiyini hiss edən bacı nəzakətlə ondan soruşdu: «Sən inanırsan ki, Allah da Allahdır, İsa da Allahdır, müqəddəs ruh da Allahdır, amma üç yox, bir Allah var?» Maraqlıdır, əri: «Xeyr, mən buna inanmıram!» — deyə cavab verdi. Nəticədə, onlarda Allahın əslində kim olduğu barədə maraqlı söhbət alındı.

2 Bu nümunə göstərir ki, nəzakətli, yaxşı düşünülmüş suallar vermək çox vacibdir. Buradan, həmçinin önəmli bir nəticə çıxara bilərik: biz Üç üqnum, cəhənnəm odu və Yaradanın mövcudluğu kimi qəliz mövzular haqda mülahizə yürütməkdən qorxmamalıyıq. Əgər Yehovaya və Onun verdiyi təlimə güvənsək, həmsöhbətimizin ürəyinə təsir edəcək inandırıcı cavab verə bilərik (Kolos. 4:6). Gəlin görək, səriştəli təbliğçilər  bu cür mövzuları necə izah edirlər. Biz üç sahəni nəzərdən keçirəcəyik: 1) insanı söhbətə cəlb etmək üçün necə suallar verə bilərik? 2) Müqəddəs Kitab ayələri üzərində necə mülahizə yürüdə bilərik? 3) Fikrimizi izah etmək üçün nümunələrdən necə istifadə edə bilərik?

SÖHBƏTƏ CƏLB EDƏN SUALLAR VER

3, 4. Suallar vermək nəyə görə vacibdir? Nümunə çək.

3 Suallar bizə insanın nəyə inandığını öyrənməyə kömək edir. Bunu bilmək nəyə görə vacibdir? Süleymanın məsəlləri 18:13 ayəsində deyilir: «Eşitməzdən qabaq cavab vermək səfehlik və rüsvayçılıqdır». Müəyyən mövzuya dair Müqəddəs Kitabın nöqteyi-nəzərini bildirməzdən öncə, yaxşı olardı ki, ilk növbədə, həmsöhbətimizin nəyə inandığını müəyyənləşdirək. Əks halda, biz onun heç vaxt inanmadığı bir şeyi təkzib etməyə vaxt itirə bilərik (1 Kor. 9:26).

4 Tutalım, biz kiminləsə cəhənnəm odu haqda söhbət edirik. Əksəriyyət cəhənnəmin hərfi mənada işgəncə yeri olduğuna inanmır. Çoxu inanır ki, cəhənnəmə düşmək Allahını tanımamağın nəticəsidir. Lakin biz belə deyə bilərik: «Cəhənnəm haqda müxtəlif fikirlər mövcuddur, maraqlıdır, bəs siz bu barədə nə düşünürsünüz?» Həmin insanın fikrini öyrəndikdən sonra Müqəddəs Kitabın bu mövzu ilə bağlı dediklərini başa salmaq daha asan olacaq.

5. Suallar insanın inandığı şeylər barədə nəyi müəyyən etməyə kömək edə bilər?

5 Həmçinin düünülmüş suallar vermək insanın filan şeyə nə üçün inandığını öyrənməyə kömək edəcək. Məsələn, xidmətdə rastlaşdığımız insan Allaha inanmadığını deyə bilər. İlk baxışdan bizə elə gələ bilər ki, o, təkamül nəzəriyyəsi kimi elmi ideologiyaların təsiri altındadır (Məz. 10:4). Lakin, ola bilsin, bəzi insanlar gördükləri və ya başlarına gələn bədbəxt hadisələrə görə Allaha inamlarını itiriblər. Onlar əzab-əziyyətli dünyada sevən Allahın mövcud olması fikri ilə razılaşa bilmirlər. Buna görə də həmsöhbətimiz Allahın mövcudluğuna şübhə etdiyini deyirsə, soruşa bilərik: «Siz həmişə bu fikirdə olmusunuz?» Əgər insan «yox» cavabı verərsə, onda həmin insandan Allahın varlığına şübhə etməsinin səbəbini soruşa bilərik. Verdiyi cavabın sayəsində biz ona ruhani cəhətdən necə kömək edə biləcəyimizi müəyyənləşdirəcəyik. (Süleymanın məsəlləri 20:5 ayəsini oxu.)

6. Sual verdikdən sonra nə etməliyik?

6 Sual verdikdən sonra biz insanın cavabını dinləməli və hisslərinə hörmətlə yanaşmalıyıq. Məsələn, kimsə deyə bilər ki, sevən Yaradanın mövcudluğuna inamını başına gələn bədbəxtlik ucbatından itirib. Allahın mövcud olduğunu sübut etməyə çalışmazdan öncə, yaxşı olardı, onun dərdinə şərik olaq və bildirək ki, üzləşdiyimiz bədbəxtliklərə «Niyə?» sualını verməyimiz normaldır (Habaq. 1:2, 3). Göstərdiyimiz səbir və məhəbbət onu daha çox öyrənməyə təşviq edə bilər *.

MÜQƏDDƏS KİTAB AYƏLƏRİ ÜZƏRİNDƏ MÜLAHİZƏ YÜRÜT

Nələrin sayəsində xidmətimizi daha keyfiyyətli edə bilərik? (7-ci abzasa bax)

7. Xidmətimizin keyfiyyəti nədən asılıdır?

7 Gəl indi Müqəddəs Kitab ayələri üzərində necə mülahizə yürüdə biləcəyimizi araşdıraq. Axı Müqəddəs Kitab xidmətdə istifadə etdiyimiz əsas vəsaitdir. Onun sayəsində biz «tam səriştəli, hər cür yaxşı işə tamamilə hazır ola bilər»ik (2 Tim. 3:16, 17). Xidmətimizin  keyfiyyəti oxuduğumuz ayələrin sayından yox, onlara əsasən necə mülahizə yürütməyimizdən və izah etməyimizdən asılıdır. (Həvarilərin işləri 17:2, 3 ayələrini oxu.) Nümunə üçün gəlin üç vəziyyəti araşdıraq.

8, 9. a) İsanın Allaha bərabər olduğuna inanan insanla mülahizə yürütməyin üsullarından biri hansıdır? b) Bu mövzu ilə bağlı başqa hansı üsulla mülahizə yürütmək olar?

8 Vəziyyət 1. Xidmətdə İsanın Allaha bərabər olduğuna inanan insanla rastlaşırıq. Hansı ayə üzərində mülahizə yürüdə bilərik? Ondan İsanın Yəhya 6:38 ayəsində yazılmış sözlərini oxumağı xahiş edə bilərik. Orada yazılıb: «Mən özümün yox, məni göndərənin iradəsini yerinə yetirmək üçün göydən gəlmişəm». Bu ayəni oxuduqdan sonra, soruş: «Əgər İsa Allahdırsa, onda onu göydən kim göndərib? Elə çıxmır ki, ondan böyük Kimsə var? Məgər göndərən göndəriləndən daha üstün deyil?»

9 Həmçinin Filipililərə 2:9 ayəsini oxuya bilərik. Həvari Pavel orada İsanın dirildilməsindən sonra Allahın nələr etdiyi barədə yazıb. Ayədə deyilir: «Allah onu [İsanı] daha yüksək mövqeyə ucaltdı və ona bütün adlardan üstün bir ad bəxş etdi». Həmin adamın bu ayədə deyilənləri başa düşməsinə kömək etmək üçün soruşa bilərik: «Əgər İsa ölümündən qabaq Allaha bərabər idisə və Allah sonradan onu daha yüksək mövqeyə ucaltdısa, belə çıxır ki, o, Allahdan daha yüksək mövqeyə qaldırıldı? Məgər kimsə Allahdan yüksəkdə ola bilər?» Əgər həmsöhbətin Allahın Kəlamına hörmət edirsə və səmimi insandırsa, bu cür mülahizə onu bu barədə daha çox araşdırmağa təşviq edə bilər (Həv. iş. 17:11).

10. a) Cəhənnəm oduna inanan insanla necə mülahizə yürüdə bilərik? b) Cəhənnəm odu ilə bağlı başqa hansı üsulla mülahizə yürütmək olar?

10 Vəziyyət 2. Qatı dindar insan pislərin cəhənnəm odunda işgəncə çəkməyəcəyi fikri ilə barışa bilmir. Ola bilsin, onun cəhənnəm odu təliminə inanmasının səbəbi pislərin cəzalanmasını istəməsidir. Bu cür fikirdə olan insanla necə mülahizə yürüdə bilərik? Birincisi, biz onu əmin edə bilərik ki, pis insanlar öz cəzalarını mütləq alacaqlar (2 Salon. 1:9). Sonra biz ona oxuması üçün Yaradılış 2:16, 17 ayələrini göstərə bilərik, orada günahın cəzasının ölüm olduğu açıqlanır. Sonra vurğulaya bilərik ki, Allah cəhənnəm odunda işgəncə vermək barədə heç nə deməyib. Həmçinin soruşa bilərik: «Əgər Adəmlə  Həvvanı əbədi işgəncə gözləyirdisə, onları bu barədə xəbərdar etmək düzgün olmazdı?» Sonra Yaradılış 3:19 ayəsini oxumaq olar. Həmin sözlər Adəmlə Həvva günah edəndən sonra deyilmişdi. Lakin cəhənnəm odu haqda bir kəlmə belə deyilməmişdi. Əksinə, Adəmə deyilmişdi ki, o, torpağa qayıdacaq. Biz soruşa bilərik: «Əgər Adəm odlu cəhənnəmə gedəcəkdisə, onda ona torpağa qayıdacağını demək nə dərəcə də düzgün idi?» Həmsöhbətin götür-qoy etməyi bacarırsa, bu sual onu bu barədə daha dərindən fikirləşməyə təşviq edəcək.

11. a) Ruhun ölməzliyinə inanan insanla mülahizə yürütməyin üsullarından biri hansıdır? b) Ruhun ölməzliyinə inanan insanla başqa hansı üsulla mülahizə yürütmək olar?

11 Vəziyyət 3. Xidmətdə ölümdən sonra ruhun yaşadığına inanan insanla rastlaşırıq. Bu cür inancı olan insan Müqəddəs Kitab ayəsini öz bildiyi kimi başa düşə bilər. Məsələn, tutalım, biz ona Məzmur 146:4 ayəsini oxuyuruq. (Ayəni oxu.) Həmin insana elə gələ bilər ki, bu ayə ölməz ruh təlimini dəstəkləyir. Biz onunla necə mülahizə yürüdə bilərik? Əlavə ayələr oxumaqdansa, biz diqqəti bu ayədəki əsas məqamlara cəmləyə bilərik. Orada deyilir ki, onların «niyyətləri... yox olar». Soruşa bilərik: «Əgər insanın ruhu ölməzdirsə, onda niyyətləri yox olmamalıdır, elə deyil?» Ehtimal ki, o, bununla razılaşacaq. Sonra vurğulaya bilərik: insanın niyyətləri yox olursa, deməli, ölümdən sonra ruhu da yaşamağa davam etmir. Buna görə də ruhun bədəni canlandıran həyat nəfəsi olduğunu demək məntiqlidir (Yar. 2:7).

NÜMUNƏLƏRDƏN İSTİFADƏ ET

12. İsa nə üçün nümunələr çəkirdi?

12 İsa təbliğdə suallar verməklə yanaşı, nümunələr də çəkirdi. (Matta 13:34, 35 ayələrini oxu.) İsanın çəkdiyi nümunələr onu dinləyənlərin niyyətlərini üzə çıxarırdı (Mat. 13:10—15). Nümunələr həmçinin İsanın təlimini təsirli və yaddaqalan edirdi. Bəs biz təbliğdə nümunələrdən necə istifadə edə bilərik?

13. Allahın İsadan üstün olduğunu nümunə əsasında necə göstərə bilərik?

13 Çox vaxt, ən yaxşısı, sadə nümunələr çəkməkdir. Məsələn, Allahın İsadan üstün olduğunu izah edəndə növbəti nümunəni çəkə bilərik. Biz vurğulaya bilərik ki, həm Allah, həm də İsa öz aralarındakı münasibəti ailə münasibəti ilə müqayisə etmişdir. Allah İsanı «Oğul», İsa da Allahı «Ata» adlandırırdı (Luka 3:21, 22; Yəh. 14:28). Sonra belə bir sual verə bilərik: «Mənə iki nəfərin eyni mövqedə olduğunu sübut etmək üçün ailənin hansı üzvlərini nümunə çəkərdiniz?» Həmin insan «qardaşları», hətta «əkizləri» deyə bilər. Onda biz deyə bilərik ki, bu lap düzgün müqayisədir. Sonra soruşa bilərik: «Əgər hər ikimiz də bu nümunə ilə razılaşırıqsa, bəs onda nəyə görə Böyük Müəllim olan İsa eyni bənzətmədən istifadə etməmişdi? Əksinə, İsa Allaha: «Ata», — deyə müraciət edir, Onu özündən böyük və daha çox səlahiyyət sahibi kimi təsvir edirdi».

14. Hansı nümunə göstərir ki, Allahın insanları Şeytanın əli ilə cəhənnəmdə cəzalandırması fikri məntiqsizdir?

14 Başqa bir nümunəyə diqqət yetirək. Bəziləri inanır ki, Şeytan cəhənnəmin «ağasıdır». Nümunə vasitəsilə valideyn Allahın İblisin əli ilə insanlara odlu cəhənnəmdə işgəncə verməsi fikrinin nə qədər məntiqsiz olduğunu anlaya bilər. Biz belə deyə bilərik: «Təsəvvür edin ki, övladınız ipə-sapa yatmır və özünü həddən artıq pis aparır. Siz nə edərdiniz?» Yəqin valideyn deyəcək ki, uşağına  qulaqburması verərdi. Çox ehtimal ki, o, dəfələrlə uşağını pis əməldən çəkindirməyə çalışardı (Sül. məs. 22:15). Valideyndən soruşa bilərik: «Bəs əgər övladınız sizə məhəl qoymursa, onda nə edərdiniz?» Əksər valideynlər cəzalandırmaqdan başqa çıxış yolu qalmadığını deyərdi. Onda biz soruşa bilərik: «Bəs əgər bilsəydiniz ki, uşağınız kiminsə pis təsiri ucbatından bu hala düşüb, onda necə?» Şübhəsiz, hər bir valideyn həmin insana çox qəzəblənərdi. Nümunənin mənasını izah etmək üçün biz valideyndən soruşa bilərik: «Uşağınıza pis təsir göstərən həmin adamdan uşağınızı cəzalandırmasını xahiş edərdiniz?» Sözsüz, cavab «xeyr» olacaq. Onda, aydın məsələdir ki, Allah insanları pis əməllərə sürükləyən Şeytana onları cəzalandırmağı tapşırmazdı.

TARAZLI YANAŞ

15, 16. a) Nə üçün Padşahlıq xəbərini hamının qəbul edəcəyini gözləməməliyik? b) Xidmətdə səmərəli olmaq üçün xüsusi qabiliyyət lazımdırmı? İzah et. (Həmçinin « Cavab verməyə kömək edən alət» adlı çərçivəyə bax.)

15 Başa düşürük ki, təbliğ etdiyimiz insanların hamısı Padşahlıq haqqındakı xoş xəbərlə razılaşmayacaq (Mat. 10:11 — 14). Biz nə qədər məntiqli suallar versək də, yaxşı mülahizə aparsaq da və gözəl nümunələr çəksək də, qəbul etməyən etməyəcək. Hər şeydən əlavə, belə münasibət yer üzündə yaşamış ən böyük Müəllim olan İsa Məsihə qarşı da olmuşdu (Yəh. 6:66; 7:45—48).

16 Digər tərəfdən, xüsusi qabiliyyətimiz olmasa da, xidmətdə səmərəli ola bilərik. (Həvarilərin işləri 4:13 ayəsini oxu.) Allahın Kəlamı bizi əmin edir ki, «ürəyində əbədi həyata düzgün meyli olanların hamısı» xoş xəbəri qəbul edəcək (Həv. iş. 13:48). Buna görə də gəlin təkmilləşək, özümüzə, eləcə də Padşahlıq haqda xoş xəbəri təbliğ etdiyimiz insanlara tarazlı yanaşaq. Gəlin Yehovanın təqdim etdiyi bütün təlim üsullarından tam yararlanaq və əmin olaq ki, bu həm bizə, həm də bizə qulaq asanlara fayda gətirəcək (1 Tim. 4:16). Bəli, Yehova «kimə necə cavab» verməyi bizə öyrədir. Həmçinin növbəti məqalədə görəcəyik ki, xidmətdə uğurlu olmağın üsullarından biri «qızıl qanun» adlanan prinsipə əməl etməkdir.

^ abz. 6 «Gözətçi qülləsi»nin 2009-cu il 1 oktyabr sayındakı «Ateist yaradanın varlığına inana bilərmi?» adlı məqaləyə (rus.) bax.