Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi (təlim nəşri)  |  fevral 2014

 Arxivimizdən

İman hasil edən 100 illik film

İman hasil edən 100 illik film

«Burada Rassel qardaş özünə daha çox oxşayır, nəinki həyatda» (1914-cü ildə «Fotodram»ın tamaşaçılarından biri).

BU İL Müqəddəs Kitabın Allahın Kəlamı olduğuna iman hasil etmək üçün ərsəyə gəlmiş «Yaradılış fotodramı»nın təqdimatının 100 illiyidir. Təkamülə inamın, tənqidin və skeptisizmin çoxlarının imanını yeyib bitirdiyi bir dövrdə «Fotodram» Yehovanı Yaradan kimi ucaltdı.

Müqəddəs Kitab Tədqiqatçılarının rəhbəri Çarlz T. Rassel Müqəddəs Kitab həqiqətlərinin yayılması üçün ən effektiv və sürətli üsullar axtarırdı. Düzdür, artıq otuz ildən çox idi ki, Müqəddəs Kitab tədqiqatçıları çap edilmiş materialların gücündən istifadə edirdilər. Lakin indi onların diqqətini yeni üsul — kinokadrlar cəlb etdi.

KİNOKADRLAR VASİTƏSİLƏ ÇATDIRILAN MÜJDƏ

1890-cı illərdə səssiz kinokadrlar ictimaiyyətə təqdim edilmişdi. 1903-cü ilin əvvəlində Nyu–York şəhərinin bir kilsəsində dini film nümayiş etdirilmişdi. Rassel 1912-ci ildə «Fotodram»ı hazırlamağa başlayanda kino sənayesi hələ ilkin mərhələdə idi. O başa düşürdü ki, Müqəddəs Kitab həqiqətlərini bu yolla çatdırmaq onları təkcə çap edilmiş materiallar vasitəsilə çatdırmaqdan daha çox nəticələr verə bilər.

Səkkiz saatlıq «Fotodram», adətən, dörd dəfəyə göstərilirdi, Müqəddəs Kitaba əsaslanan 96 qısa nitq o vaxtlar tanınmış natiq və səlis səsi olan insan tərəfindən səsləndirilmişdi. Səhnələrin çoxunu klassik musiqi müşayiət edirdi. Peşəkar operatorlar səsləri rəngli slaydlara və Müqəddəs Kitabın tanış hekayələrinin səhnələşdirildiyi filmə uyğunlaşdıraraq yazılmış səsləri və musiqini fonoqrafda səsləndirirdilər.

Yerli yığıncaqlardan olan biletpaylayanlar «Fotodram»ın şəkilləri təsvir olunan milyonlarla pulsuz buklet paylamışdılar

Filmin çox hissəsi və əksər şüşə slaydlar ödənişli studiyalarda hazırlanmışdı. Filadelfiyadan, Nyu–Yorkdan, Parisdən və Londondan olan peşəkar rəssamlar şüşə üzərində slaydları və lentləri kadr-kadr çəkirdilər. Bet-Elin rəsm şöbəsinin əməkdaşları da bu işdə çox çalışırdılar, çox vaxt sınmış slaydları əvəz edirdilər. Alınmış kadrlardan əlavə,  Bet-El ailəsinin üzvləri Yonkersin (Nyu–York) yaxınlığında İbrahim, İshaq, eləcə də İbrahimin oğlunu qurban gətirməsinə maneə olan mələyin rollarında çəkilmişdilər (Yar. 22:9—12).

Təlim almış operatorlar 26 fonoqraf plastinkasından və 500 şüşə slayddan ibarət 3200 metr uzunluğu olan filmi heyrətamiz dəqiqliklə tərtib etmişdilər

Rassel qardaşın əməkdaşı mətbuata bildirdi ki, informasiyanın bu cür ötürülməsi «saysız-hesabsız insanda Müqəddəs Yazılara daha çox maraq oyadacaq, nəinki bundan əvvəl dini biliklərin çatdırılması üçün edilən başqa bir şey». Bəs din xadimləri ruhani cəhətdən ac kütlənin tələbatını ödəmək üçün edilən bu yeniliyi təqdirəlayiq hesab edəcəkdilərmi? Əksinə, «Fotodram»ı tamamilə tənqid edən Xristian dünyasının başçıları camaatı ona baxmaqdan çəkindirmək üçün hətta hiyləyə və abırsız fəndlərə əl atırdılar. Məsələn, bir dəfə başçılar əlbir olub işığı kəsmişdilər.

1914-cü il yaxınlaşdıqca B. M. K. T. B. bütün dünyada şahidlik etmək üçün bütün güclərini səfərbər etdilər. «Yaradılış fotodramı» işıq üzü gördü. Bu layihəyə çoxlu vaxt, zəhmət və vəsait sərf edildi

Bu işdə iştirak edənlər, həmçinin yaxalarına İsanın uşaqlıq şəkli təsvir olunan «Sülh» nişanı taxmışdılar. Bu nişan onu taxana «sülh oğlu» olmağı xatırladırdı

Buna baxmayaraq, «Fotodram»a pulsuz baxmaq üçün gələn tamaşaçıların əlindən teatrlarda iynə atsan yerə düşməzdi. Birləşmiş Ştatların 80-ə yaxın şəhərində hər gün «Fotodram» nümayiş etdirilirdi. Heyran qalmış tamaşaçıların əksəriyyəti birinci dəfə idi ki «danışan filmə» baxırdılar. Sürətləndirilmiş şəkillər vasitəsilə tamaşaçılar cücənin dimdiyinin qabıqdan necə çıxdığını və gülün ecazkar şəkildə necə açdığını izləyirdilər. Müasir elmi məlumatlar Yehovanın ecazkar müdrikliyini bəyan edir. Məqalənin girişində xatırlandığı kimi, «Fotodram»ın əvvəlində Rassel qardaşı səhnədə görən tamaşaçılardan birinə hətta elə gəlmişdi ki, natiq «Rassel qardaşa daha çox oxşayır, nəinki Rassel qardaş özünə».

ÜQƏDDƏS KİTAB ÜZRƏ MAARİFLƏNDİRMƏ İŞİNDƏ YENİ MƏRHƏLƏ

«Onda ulduzların yaradılmasından tutmuş Məsihin Minillik Hökmranlığının möhtəşəm sonuna kimi bütün hadisələrin şəkilləri cəmlənib» (1914-cü ildə 14 yaşında olan F. Stuart Barnes).

Müəllif və kinoşünas Tim Dirks «Fotodram»ı «sinxronizasiya edilmiş səsləri (yazılmış nitq), hərəkətli kadrları və gözoxşayan parlaq rəngli slaydları olan ilk sənədli film» kimi təsvir etmişdi. «Fotodram»dan əvvəl çəkilmiş filmlərdə bu texnikaların bəziləri istifadə edilsə də, bunların hamısı eyni vaxtda heç bir filmdə olmamışdı, xüsusilə də Müqəddəs Kitabla bağlı filmlərdə. Və bu filmin yalnız birinci ilində Şimali Amerika, Avropa, Avstraliya və Yeni Zelandiyada, ümumilikdə, təxminən doqquz milyon tamaşaçı onu seyr etmişdi!

«Fotodram» ilk dəfə 1914-cü ilin yanvarın 11-də Nyu–York şəhərində nümayiş etdirilmişdi. Bundan yeddi ay sonra, sonralar Birinci Dünya müharibəsi adlanan fəlakət başladı. Ancaq bütün dünyadan insanlar bu «Fotodram»a baxmaq üçün toplaşmağa davam edirdilər, Padşahlığın gətirəcəyi xeyir-duaları seyr etmək onlara qəlb rahatlığı verirdi. 1914-cü ildə «Fotodram» qədər möhtəşəm film olmamışdı.

«Fotodram»ın iyirmi nəfərdən ibarət heyəti qruplar halında bütün Şimali Amerikada fəaliyyət göstərib