Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) YANVAR 2014

Onlar özlərini könüllü olaraq təqdim edirlər — Qərbi Afrikada

Onlar özlərini könüllü olaraq təqdim edirlər — Qərbi Afrikada

Kot-d’İvuarın kasıb məhəllələrindən birində böyüyən Paskal yaxşı həyat həsrətində idi. Həvəskar boksçu kimi o, həmişə idman ulduzu və zəngin olmağın yollarını axtarıb. Təxminən 20 yaşında Paskal belə bir nəticəyə gəldi ki, o, buna Avropada nail ola bilər. Ancaq xaricə səyahət üçün sənədləri olmadığından o, Avropaya qeyri-qanuni yolla getməli idi.

1998-ci ildə 27 yaşı olanda Paskal səyahətinə başlayır. O, sərhəddən Qanaya keçir, sonra isə Toqo və Benin ərazisini qət edərək, nəhayətdə, Nigerin Birnin-Konni şəhərinə gəlib çıxır. Yolun ən təhlükəli hissəsi hələ qarşıda idi. O, şimala getmək üçün yük maşının üstündə Böyük səhranı keçməyi, sonra isə Aralıq dənizinə çatanda gəmiyə minib Avropaya üzməyi planlaşdırmışdı. Ancaq Nigerdə onu yolundan saxlayan iki şey baş verdi.

Birincisi, onun pulu qurtarmışdı. İkincisi, o, Noe adlı pionerə rast gəlmiş və onunla Müqəddəs Kitabı araşdırmağa başlamışdı. Öyrəndikləri Paskalın ürəyinə təsir etmiş və həyata baxışlarını dəyişmişdi. İndi o, qarşısına maddi məqsədlər yox, ruhani məqsədlər qoymuşdu. 1999-cu ilin dekabr ayında Paskal vəftiz olundu. Yehovaya minnətdarlığını bildirmək üçün o, 2001-ci ildə Nigerdə — həqiqəti öyrəndiyi şəhərdə pioner xidmətinə başladı. O, öz xidməti barədə belə sözlər deyir: «Mən həyatda ən yaxşı şeyə nail olmuşam!»

AFRİKADA XİDMƏTİN GƏTİRDİYİ XOŞBƏXTLİK

Ann-Rakel

Paskal kimi, bir çoxları fikir vermişlər ki, ruhani şeyləri həyatlarında birinci yerə qoyanda daha çox məmnunluq əldə edirlər. Bu kimi məqsədlərə nail olmaq üçün bəziləri Avropanı tərk edərək Afrikaya, Padşahlığın təbliğçilərinə daha çox ehtiyac olan əraziyə köçmüşlər. Əslində, Avropadan olan 17—70 yaşlarında təxminən 65 Şahid daha çox tələbat olan əraziyə — Benin, Burkina-Faso, Niger, Toqo kimi Qərbi Afrika ölkələrinə köçüb *. Onları bu cür böyük dəyişikliyə nə təşviq edib və onlar üçün bütün bunlar nə ilə nəticələnib?

Danimarkadan olan Ann-Rakel nəql edir: «Valideynlərim Seneqalda xüsusi təyinatlı müjdəçi kimi xidmət edirdilər. Onlar bu xidmət növü barədə elə şövqlə danışırdılar ki, mən də xüsusi təyinatlı müjdəçi olmaq istəyirdim». Ann-Rakel təxminən 15 il bundan əvvəl, 20 yaşlarında Toqoya köçdü və jestdilli  yığıncaqda xidmət etməyə başladı. Onun köçməsi başqalarını nəyə təşviq etdi? O deyir: «Məndən sonra balaca bacımla anam da Toqoya köçdü».

Albert-Fayet və Orel

Fransadan olan 70 yaşında evli qardaş Orel deyir: «Beş il bundan əvvəl təqaüdə çıxanda belə bir seçim etməli oldum: Fransada sakit həyat sürərək Cənnətin gəlməsini gözləyim, yoxsa xidmətimi genişləndirim». Orel ikinci variantı seçdi. Təxminən üç il bundan əvvəl o, həyat yoldaşı Albert-Fayetlə birlikdə Beninə köçdü. Orel deyir: «Özümüzü burada Yehovaya xidmətə həsr etməyimiz həyatımızda verdiyimiz ən gözəl qərardır». O, gülümsəyərək əlavə edir: «Sonradan öyrəndik ki, ərazimizin yarısı mənə Cənnəti xatırladan dəniz sahilindədir».

Klodomir və həyat yoldaşı Lisyan 16 il bundan əvvəl Fransadan Beninə köçüblər. Əvvəl-əvvəl onlar öz ailələri və Fransadakı dostları üçün çox darıxırdılar və qorxurdular ki, yeni həyatlarına alışa bilməyəcəklər. Ancaq qorxmağa dəyməzdi. Bu xidmət onlara böyük sevinc gətirdi. Klodomir deyir: «Bu 16 il ərzində bizim, ən azı, ildə bir nəfərin həqiqətə gəlməsinə kömək etmək imkanımız olub».

Lisyan və Klodomir həqiqəti öyrətdikləri bir neçə nəfərlə

Coanna və Sebastyan

Fransadan olan ər-arvad Sebastyan Coanna 2010-cu ildə Beninə köçüblər. Sebastyan deyir: «Buradakı yığıncaqda görüləsi o qədər iş var! Burada xidmət etməklə, sanki, sürətləndirilmiş teokratik təlim kursu keçirsən!» Bəs insanlar təbliğ zamanı necə hay verirlər? Coanna deyir: «İnsanlar həqiqətə susayıblar. Hətta təbliğdə olmayanda belə insanlar bizi küçədə saxlayıb Müqəddəs Kitabla bağlı suallar verir və ədəbiyyat alırlar». Bəs onların köçmələri ailə münasibətlərinə necə təsir göstərdi? Sebastyan qeyd edir: «Bu, bizim nikahımızı möhkəmləndirib. Bütün günü həyat yoldaşımla xidmətdə olmaqdan zövq alıram».

Erik və arvadı Keti Beninin şimalında əhalinin seyrək məskunlaşdığı ərazidə pioner kimi xidmət edirlər. Onlar təxminən on il bundan əvvəl, hələ Fransada yaşayanda təbliğçilərə tələbat olan ərazidə xidmət etmək barədə məqalələr oxumağa və tammüddətli xidmətçilərlə söhbət etməyə başlamışdılar. Onlarda başqa ölkəyə köçmək istəyir yarandı və onlar 2005-ci ildə köçdülər. Onların gözünün qabağında heyrətamiz artım baş verdi. Erik deyir: «İki il əvvəl Tanqieta şəhərindəki qrup cəmi 9 təbliğçidən ibarət idi, indi isə orada 30 təbliğçi var. Bazar günləri görüşə 50—80 nəfər adam gəlir. Belə bir artımı müşahidə etmək bizi fərəhləndirir!»

Keti və Erik

 ÇƏTİNLİKLƏRİN ÖHDƏSİNDƏN GƏLİRİK

Bencamin

Tələbat olan ərazidə xidmət edən bəziləri hansı çətinliklərlə üzləşir? 33 yaşlı Bencamin Ann-Rakelin qardaşıdır. 2000-ci ildə o, Danimarkada bir xüsusi təyinatlı müjdəçiyə rast gəlmişdi, həmin müjdəçi Toqoda xidmət edirdi. Bencamin xatırlayır: «Mən xüsusi təyinatlı müjdəçiyə pioner olmaq istədiyimi bildirəndə o, mənə dedi: “Bilirsən, sən Toqoda pioner kimi xidmət edə bilərsən”». Bencamin bu barədə fikirləşdi. O deyir: «Həmin vaxt mənim heç 20 yaşım yox idi, ancaq iki bacım artıq Toqoda xidmət edirdi. Buna görə də ora getmək mənə çətin gəlmədi». Nəhayət, o köçdü. Bununla belə, onun çətinlikləri oldu. Bencamin izah edir: «Mən fransızca bir söz belə bilmirdim. Ünsiyyət edə bilmədiyim üçün ilk altı ay ərzində yaman əziyyət çəkdim». Ancaq vaxt keçdikcə o, dili mənimsəməyə başladı. İndi Bencamin Benindəki Bet-Eldə xidmət edir: orada o, kuryer işləyir və kompüter şöbəsində kömək edir.

Mari-Anyes və Mişel

Yuxarıda haqlarında bəhs edilən Erik və Keti Beninə köçməmişdən əvvəl, Fransada əcnəbidilli ərazidə xidmət edirdilər. Bəs Qərbi Afrikada fərqli olan nə idi? Keti deyir: «Yaşamaq üçün münasib yer tapmaq asan deyildi. Aylarla biz elektrik və su sistemi olmayan evdə yaşamağa məcbur olduq». Erik əlavə edir: «Yaşadığımız məhəllədə gecəyarısına kimi başçatladan musiqinin səsi kəsilmirdi. Bu kimi şeylərə səbirlə yanaşmağa və uyğunlaşmağa məcbur idik». Onların hər ikisi etiraf edir: «Böyük hissəsi təbliğ olunmamış ərazidə xidmət etməyin gətirdiyi sevinc bütün çətinliklərə dəyər».

60-a yaxın yaşları olan fransalı Mişel Mari-Anyes beş il öncə Beninə köçüblər. Onlar əvvəl-əvvəl təlaş içində idilər. Mişel deyir ki, bəzi insanlar onların köçməsinin təhlükəli olduğunu düşünürdülər. O əlavə edir: «Əgər Yehovanın bizi dəstəklədiyini bilməsək, qorxuya qapılardıq. Buna görə də biz Yehova üçün və Onun dəstəyi sayəsində köçmüşdük».

ÖZÜNÜ NECƏ HAZIRLAMALI?

Tələbat olan ərazidə xidmət etmək işində təcrübəli olanlar vurğulayırlar ki, insan hər şeyi qabaqcadan planlaşdırmaqla, uyğunlaşmağı öyrənməklə, büdcədən kənara çıxmamaqla və Yehovaya arxalanmaqla özünü bu xidmət növünə hazırlaya bilər (Luka 14:28—30).

Yuxarıda xatırlanan Sebastyan deyir: «Coanna və mən köçməmişdən qabaq əyləncə xərclərini azaltmaqla və bədxərclik etməməklə iki il ərzində  pulumuzu yığmışdıq». Onlar Avropada il ərzində bir neçə ay işləyirlər ki, ilin qalan hissəsini Benində pioner xidmətlərini davam etdirə bilsinlər.

Mariya-Teresa

Mariya-Teresa Qərbi Afrikanın tələbat olan ərazilərinə köçən 20-yə yaxın subay bacıdan biridir. O, əvvəllər Fransada avtobus sürücüsü işləyib; lakin 2006-cı ildə o, Nigerdə pioner kimi xidmət etmək üçün birillik icazə aldı. Tez bir zamanda başa düşdü ki, o, məhz bu cür yaşamaq istəyir. Mariya-Teresa deyir: «Fransaya qayıtdıqdan sonra, müdirimə iş qrafikimi dəyişmək istədiyimi dedim, o da etiraz etmədi. İndi mən may ayından avqusta kimi Fransada avtobus sürücüsü işləyirəm, sentyabrdan aprelə kimi isə Nigerdə pionerlik edirəm».

Safira

Padşahlığı həyatlarında birinci yerə qoyanlar Yehovanın onları qalan hər şeylə təmin edəcəyinə etibar edə bilərlər (Mat. 6:33). Nümunə üçün: gəlin Benində pioner kimi xidmət edən və 30-a yaxın yaşı olan fransalı subay bacı Safiranın başına gələn bir hadisəyə baxaq. 2011-ci ildə o, Fransaya qayıtmışdı ki, növbəti ili (altı ayı) Afrikada özünü təmin etmək üçün kifayət qədər pul qazansın. Safira bölüşür: «Cümə günü axırıncı iş günüm idi, ancaq gələn ilə kifayət qədər pul qazanmaq üçün daha on gün də işləməli idim. Fransada isə cəmi iki həftəm var idi. Mən vəziyyətimlə bağlı Yehovaya dua etdim. Çox keçməmiş əmək birjasından zəng edib soruşdular ki, ikihəftəlik bir nəfəri əvəz edə bilərəm, ya yox». Bazar ertəsi Safira əvəz edəcəyi adamın ona təlim keçməsi üçün həmin iş yerinə getdi. O deyir: «Həmin qadının ongünlük Pioner Xidməti Məktəbinə getməli olan məsihçi bacımız olduğunu biləndə çox təəccübləndim! Müdiri öz yerinə adam tapmamış bacını işdən buraxmırmış. Mənim kimi, o da Yehovaya yalvararaq kömək istəyibmiş».

ƏSİL MƏMNUNLUQ MƏNBƏYİ

Bəzi bacı-qardaşlar Qərbi Afrikada uzun illər xidmət etdikdən sonra həmin yer onlar üçün doğma evə çevrilmişdir. Digərləri orada bir neçə il qaldıqdan sonra öz ölkələrinə geri qayıtmışlar. Ancaq əvvəllər tələbat olan ərazidə xidmət edənlər həmin illər ərzində əldə etdikləri təcrübədən bu gün də yararlanırlar. Onlar həyatda əsil məmnunluğu Yehovaya xidmətin gətirdiyini öz təcrübələrindən öyrənmişlər.

^ abz. 6 Fransız dilində danışılan bu dörd ölkənin hər birinin fəaliyyətinə Benin filialı nəzarət edir.

Əlavə məlumat

Xüsusi təyinatlı müjdəçilər

What special training is provided for those who devote their full time to the Kingdom-preaching work?