Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) YANVAR 2014

Balaca olanda verdiyim qərar

Balaca olanda verdiyim qərar

Balaca olanda

1985-ci ildə cəmi on yaşım olanda Kolumbus şəhərindəki (Ohayo, ABŞ) məktəbimizə Kambocadan uşaqlar gəldi. Oğlanlardan biri ingilis dilində cəmi bir neçə söz bilirdi. O, şəkillər çəkərək mənə işgəncə verilən, öldürülən, eləcə də qaçıb canlarını qurtaran insanlar barədə dəhşətli hadisələr danışmağa başladı. Mən həmin uşaqlar barədə düşünərək gecələri oturub ağlayırdım. Onlara Cənnətdən, dirilmə ümidindən danışmaq istəyirdim, amma heyf ki, onlar mənim dilimi başa düşmürdülər. O vaxt hələ uşaq olsam da, sinif yoldaşlarıma Yehova haqqında danışmaq üçün Kamboca dilini öyrənmək qərarına gəldim. Onda bu qərarımın gələcəyimə necə təsir edəcəyini heç ağlıma belə gətirə bilməzdim.

Kamboca dilini öyrənmək çətin idi. Düz iki dəfə təslim olmaq istədim, ancaq Yehova valideynlərim vasitəsilə məni ruhlandırırdı. Bir müddət sonra müəllimlərim və sinif yoldaşlarım məni karyera qurmağa təşviq etməyə başladılar. Ancaq mən pioner olmaq istəyirdim, buna görə də məqsədimə çatmağa kömək edəcək yarımgünlük iş tapmaq üçün kurslara getmək qərarına gəldim. Dərsdən sonra pionerlərlə xidmətə gedirdim. Mən həmçinin şagirdlərə ingilis dilini öyrənməyə kömək etmək qərarına gəldim. Bu qərarımın da sonralar mənə böyük köməyi dəydi.

16 yaşım olanda mən Kaliforniya ştatının Lonq-Biç şəhərində (ABŞ) kambocadilli qrupun olduğunu öyrəndim. Mən həmin qrupa getdim və Kamboca dilində oxumağı öyrəndim. Məktəbi bitirən kimi pioner xidmətinə başladım və evimizin yaxınlığında Kamboca dilində danışan insanlara təbliğ etməyə davam etdim. 18 yaşım olanda Kambocaya köçmək barədə fikirləşirdim. Ora hələ də təhlükəli idi, ancaq mən bilirdim ki, orada yaşayan on milyon insandan çox az adam Padşahlıq haqqında xoş xəbəri eşidib. Həmin vaxt ölkədə 13 təbliğçidən ibarət cəmi bir yığıncaq var idi. Kambocaya ilk dəfə 19 yaşım olanda getmişdim. İki ildən sonra isə köçüb orada yaşamaq qərarına gəldim. Xidmət edə bilmək üçün həm yarım gün tərcüməçi işləyir, həm də ingilis dili öyrədirdim. Daha sonra məqsədləri mənimki ilə üst-üstə düşən bir məsihçi bacı ilə evləndim. Biz birlikdə böyük sevinclə bir çox kambocalıların özlərini Allaha həsr etmələrinə kömək etmişik.

Yehova məni «[ürəyimin] istəklərinə» çatdırdı (Məz. 37:4). Dünyada şagird hazırlamaqdan gözəl iş yoxdur. Kambocada olduğum bu 16 il ərzində 13 nəfərdən ibarət balaca yığıncaq böyüyüb 12 yığıncaq və uzaq ərazidə yerləşən 4 qrup olub! (Nəql etdi: Ceyson Bləkuel.)