Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) NOYABR 2013

Ehtiyacı olanlara necə kömək edə bilərik?

Ehtiyacı olanlara necə kömək edə bilərik?

İNKİŞAF etməkdə olan ölkədə yaşayan Fransua adlı ağsaqqal bölüşür: «Seçkilərdən sonra bütün ölkəni bürümüş zorakılıq minlərlə Yehovanın Şahidini evlərindən didərgin salmışdı. Yemək və dərman tapılmırdı, hər şey od qiymətinə idi. Banklar bağlanmışdı, bankomatlarda isə ya pul yox idi, ya da işləmirdi».

Filialdan qardaşlar ölkənin hər yerindəki Padşahlıq zallarına sığınan Şahidlərə vaxt itirmədən pul və zəruri olan şeylər göndərməyə başladılar. Müxalif dəstələr yolu bağlamışdılar, amma hər iki tərəf Şahidlərin qəti şəkildə bitərəf mövqe tutduqlarını bildiklərindən, adətən, filialın göndərdiyi yükü buraxırdılar.

Fransua deyir: «Padşahlıq zallarından birinə gedərkən yolda snayperçilər maşınımıza atəş açdılar. Ancaq güllələr aramızdan keçdi. Əlisilahlı əsgərlərin bizə tərəf qaçdıqlarını görəndə biz dərhal maşının istiqamətini dəyişib filiala qayıtdıq. Sağ qaldığımız üçün Yehovaya minnətdar idik. Növbəti gün 130 qardaş həmin Padşahlıq zalından təhlükəsiz yerə köçürüldü. Onlardan bəziləri filiala yerləşdirildilər və böhran bitənə kimi biz orada onların ruhani və fiziki ehtiyaclarının qayğısına qaldıq».

O əlavə edir: «Sonra filiala ölkənin hər yerindən olan bacı-qardaşlardan dərin minnətdarlıq məktubları gəlməyə başladı. Onlar məktublarında başqa yerlərdən olan bacı-qardaşların onların köməyinə çatmasının Yehovaya etibarlarını möhkəmləndirdiyini bölüşürdülər».

İnsanların törətdiyi vəhşiliklərin və təbii fəlakətlərin qurbanı olan və ehtiyac içində yaşayan bacı-qardaşlarımıza «isinin və qarnınızı doydurun» deyə bilmərik (Yaq. 2:15, 16). Əksinə, biz onların fiziki ehtiyaclarını ödəmək üçün köməyimizi əsirgəmirik. Eynilə, birinci əsrdə aclıqla bağlı xəbərdarlıq alan «şagirdlər qərarlaşdırdılar ki, hər kəs Yəhudeyada yaşayan qardaşlara gücü çatan qədər yardım göstərsin» (Həv. iş. 11:28—30).

Yehovanın xidmətçiləri olan bizlər ehtiyacı olanlara maddi yardım göstəririk. Lakin insanların ruhani tələbatları da var (Mat. 5:3). Onlara bu ehtiyaclarını anlamağa və təmin etməyə kömək etmək üçün İsa davamçılarına şagird hazırlamağı tapşırmışdı (Mat. 28:19, 20). Hər birimiz vaxtımızın, gücümüzün və imkanlarımızın çox hissəsini bu tapşırığı yerinə yetirməyə sərf edirik. Bir təşkilat kimi, biz ianələrin bir qismini maddi yardım üçün istifadə etsək də, ianələr, əsas etibarilə, Padşahlığın maraqlarının inkişafına və xoş xəbərin yayılmasına sərf edilir. Beləcə, biz Allaha və yaxınlarımıza məhəbbətimizi göstərmiş oluruq (Mat. 22:37—39).

Yehovanın Şahidlərinin ümumdünya işini dəstəkləyənlər əmin ola bilərlər ki, onların ianələri düzgün və faydalı işlərə sərf edilir. Siz də ehtiyacı olan bacı-qardaşlara yardım edə bilərsinizmi? Şagird hazırlamaq işini dəstəkləmək istəyirsinizmi? Onda ehtiyacı olan kəslərdən əlinizdən gələn yaxşılığı əsirgəməyin (Sül. məs. 3:27).