Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) OKTYABR 2013

İnsanları xəbərdar etmək üçün daha çox səy göstərin

İnsanları xəbərdar etmək üçün daha çox səy göstərin

XX əsrin əvvəllərində San-Fransiskoda (ABŞ) insanların gündəlik həyatını canlandıran «Market-stritdə gəzinti» adlı maraqlı səssiz film tamaşaçıları heyran edir. Kinonun müəllifləri kameranı tramvayın qarşısına quraşdırmış və istiqamətini izdihamlı küçəyə yönəltmişdilər. Filmdə faytonlu atlar və köhnə model arabalar, həmçinin alış-veriş edənlər və qəzetsatan oğlanlar göstərilir.

Bu filmi daha təsirli edən onun, çox ehtimal ki, 1906-cı ilin aprel ayında — minlərlə insanın həlakına və şəhərin həmin hissəsinin, demək olar ki, tamamilə dağılmasına səbəb olan aprelin 18-də baş vermiş dəhşətli zəlzələ və yanğından, bir az əvvəl, çəkilməsidir. Güman ki, bu filmin kadrlarına düşən bəzi insanlar bundan sonra cəmi bir neçə gün yaşadılar. Filmin müəlliflərindən biri olan Skot Milz bölüşür: «Mən o insanları təzəcə görmüşdüm, onlar başlarına gələcək faciədən xəbərsiz idilər. Adamın onlara yazığı gəlməkdən başqa əlindən heç nə gəlmir».

1906-cı ildə qəfildən baş verən zəlzələ və yanğın nəticəsində San-Fransiskonun mərkəzinin böyük hissəsi məhv oldu

Bir düşünün, yaşadığımız günlər hər an sona çata bilər. Bizim də ətrafımızda olan insanlara yazığımız gəlməkdən başqa əlimizdən heç nə gəlmir. Onlar da bu sistemə və onların həyatına qəflətən son qoyacaq fəlakətdən tamamilə bixəbər şəkildə öz həyatlarını sürürlər. Lakin qəfil baş verən zəlzələdən fərqli olaraq, ətrafımızda yaşayan insanları Yehovanın hökm günündən xəbərdar etməyə, az da olsa, vaxtımız qalıb. Çox ehtimal ki, siz hər həftə evdən-evə təbliğ edirsiniz, bəs insanları xəbərdar etmək üçün daha çox səy göstərə bilərsinizmi?

İSA TƏBLİĞ ETMƏYƏ HƏMİŞƏ HAZIR İDİ

İsanın nümunəsi təqdirəlayiqdir, çünki o, həmişə iş başında idi. O, qarşılaşdığı hər kəsə, istər yoldan keçən vergiyığana, istərsə də nahar vaxtı qarşılaşdığı qadına təbliğ edirdi (Luka 19:1—5; Yəh. 4:5—10, 21—24). Hətta o, dincəlmək üçün ayırdığı vaxtı da başqalarını öyrətməyə sərf edirdi. İnsanlara canı yandığından o, sadəcə şahidlik etməklə kifayətlənmirdi (Mark 6:30—34). Biz də bu gün, İsa kimi, təbliğ işini təxirə salmamaq üçün nə edə bilərik?

ONLAR FÜRSƏTİ ƏLDƏN VERMİRLƏR

Melika adlı bacı güclü mühafizəsi olan binada yaşayır. Onun qonşularının əksəriyyəti heç bir siyahıda olmayan telefon nömrələri işlədən və  adları dəhlizdəki məlumat kitabçasında olmayan əcnəbi tələbələrdir. O, bu sakinlərlə dəhlizdə və liftdə ruhani mövzularda söhbət etmək fürsətini əldən vermir. O deyir: «Mən bura öz sahəm kimi baxıram». Melika özü ilə bir neçə dildə ədəbiyyat götürür və çoxları traktatları və jurnalları qəbul edir. O həmçinin onların diqqətini jw.org veb-saytımıza yönəldir. Melika onların bir neçəsi ilə artıq Müqəddəs Kitab öyrənməsinə başlayıb.

Sonya da bacardığı qədər hər kəsə təbliğ edir. O, klinikada işləyir və qarşısına məqsəd qoyub ki, oranın hər bir işçisinə əsaslı şahidlik versin. Əvvəlcə o, əməkdaşlarının hər birinin tələbatlarını və maraqlarını öyrənməyə çalışır. Sonra nahar vaxtı onların hər biri ilə ayrı-ayrılıqda ruhani mövzularda söhbət edir. Bunun sayəsində Sonya iki Müqəddəs Kitab öyrənməsinə başlayıb. O həmçinin fasilə vaxtı həkimin qəbuluna düşmək üçün növbəsini gözləyən insanlarla da söhbət etməyi planlaşdırır.

FÜRSƏTİ ƏLDƏN VERMƏYİN

1906-cı ildə baş vermiş zəlzələdən sağ çıxmış bir nəfər bu hadisəni «ştatda, yaxud şəhərdə baş vermiş ən dəhşətli faciə» adlandırmışdı. Lakin bütün fəlakətlər tezliklə «Allahı [tanımayanların]» üzərinə gələcək dəhşətli qisas gününün yanında kölgədə qalacaq (2 Salon. 1:8). Yehova ürəkdən istəyir ki, insanlar düşüncə tərzlərini və ürəklərini dəyişsin və Onun Şahidlərinin çatdırdığı xəbərdarlığa hay versin (2 Pet. 3:9; Vəhy 14:6, 7).

Gün ərzində rastlaşdığınız adamlara şahidlik etmək üçün hər fürsətdən istifadə edə bilərsinizmi?

Bu çətin günlərdə hər birimizin insanların gözünü açmaq və onlara öz xudbin istəklərindən dönüb Yehovanı tanımağa kömək etmək imkanı var (Sef. 2:2, 3). Gəlin çalışaq iş yoldaşlarımıza, qonşularımıza, eləcə də hər gün qarşılaşdığımız insanlara şahidlik etmək üçün hər bir fürsətdən istifadə edək. Gəlin insanları xəbərdar etmək üçün daha çox səy göstərək!