Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) SENTYABR 2013

Oxucuların sualları

Oxucuların sualları

Yəhya 11:35 ayəsində təsvir olunduğu kimi, Lazarı diriltməzdən əvvəl İsanın gözlərindən nə üçün yaş axmışdı?

Əzizlərimizdən kimsə öləndə ondan ötrü darıxacağımız üçün ağlamağımız təbiidir. Lazarı sevməsinə baxmayaraq, İsanın ağlamasını səbəbi onun ölümü deyildi. Yəhyanın verdiyi məlumatın kontekstinə əsasən, İsa Lazarın dostlarına və qohumlarına yazığı gəldiyi üçün ağlayırdı (Yəh. 11:36).

İsa Lazarın xəstələndiyini eşidəndə onu sağaltmaq üçün dərhal onun yanına getmədi. Müqəddəs Kitabda deyilir: «[İsa] Lazarın xəstələndiyini eşidəndə iki gün də olduğu yerdə qaldı» (Yəh. 11:6). Nəyə görə tələsmədi? Belə etməkdə onun məqsədi vardı. O dedi: «Bu xəstəlik ölümə aparmır. O, Allaha şöhrət gətirəcək, Allahın Oğlu da bu xəstəlik vasitəsilə şöhrətlənəcək» (Yəh. 11:4). Hansı mənada Lazarın xəstəliyi «ölümə aparmır»dı? İsa Lazarın ölümündən «Allaha şöhrət [gətirmək]» üçün istifadə etmək istəyirdi. Necə? O, əziz dostunu qəbirdən çıxartmaqla təsirli bir möcüzə göstərmək fikrində idi.

İsa şagirdləri ilə bu barədə danışarkən ölümü yuxu ilə müqayisə etdi. Buna görə də İsa onlara dedi ki, «mən... onu oyatmağa gedirəm» (Yəh. 11:11). İsanın Lazarı diriltməsi valideynin övladını yuxudan oyatmasına bənzəyir. Bu səbəbdən İsanın Lazarın ölümünə görə həddən artıq kədərlənməsinə heç bir səbəb yox idi.

Bəs onda İsanı ağlamağa vadar edən nə idi? Yenə də cavabı kontekdən tapmaq olar. İsa Lazarın bacısı Məryəmin və digərlərinin ağladığını görəndə «bərk qəhərləndi və dərindən ah [çəkdi]». Onların kədərini görmək İsanı bərk qəhərləndirdi. Elə buna görə «İsanın gözlərindən yaş axdı». Əziz dostlarını kədər içində görmək İsanı çox məyus etdi (Yəh. 11:33, 35).

Bu hadisə İsanın yeni dünyada ölən əzizlərimizi həyata qaytarmaq və şəfa vermək gücünə və qabiliyyətinə malik olduğunu göstərir. Bu həmçinin İsanın əzizlərini itirən kəslərə canı yandığını göstərir. Bundan əlavə, bu hadisədən əzizlərini itirən kəslərə şəfqət göstərməli olduğumuzu öyrənirik.

İsa Lazarı diriltməyə getdiyini bilirdi. Amma buna baxmayaq, dostlarına olan məhəbbət və şəfqət hissindən irəli gələrək ağladı. Eynilə, şəfqət hissi bizi də «ağlayanlarla [ağlamağa]» təşviq edə bilər (Rom. 12:15). İnsanın bu cür kədərlənməsi onun dirilməyə olan imanının az olduğunu göstərmir. Lazarı dirildəcəyinə baxmayaraq, İsanın onun yaxınlarına şəfqət göstərərək ürəkdən ağlaması əsil təqlid ediləsi nümunədir.