Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) AVQUST 2013

Bir-birimizə qarşı diqqətcil olaq və bir-birimizi ruhlandıraq

Bir-birimizə qarşı diqqətcil olaq və bir-birimizi ruhlandıraq

«Gəlin bir-birimizə qarşı diqqətcil olub bir-birimizi məhəbbətə və xeyirxah işlərə təşviq edək» (İBR. 10:24).

1, 2. İkinci Dünya müharibəsinin sonunda 230 nəfər Yehovanın Şahidinə ölüm marşından sağ çıxmağa nə kömək etdi?

İKİNCİ Dünya müharibəsinin sonunda nasist rejimi dağıldığı üçün həbs düşərgələrində qalan minlərlə insanı qırmaq əmri verilmişdi. Zaksenxauzen həbs düşərgəsindəki məhbuslar limana aparılmalı və gəmilərə doldurulub batırılmalı idi. Bu, sonradan ölüm marşları kimi tanınan strategiyanın bir hissəsi idi.

2 Zaksenxauzen həbs düşərgəsindən otuz üç min məhbus Almaniyanın liman şəhəri olan Lübekə qədər 250 kilometrlik yolu addımlamalı idi. Onların arasında altı ölkədən 230 nəfər Yehovanın Şahidi var idi. Onlara birgə addımlamağa icazə verilmişdi. Aclıq və xəstəlik hamını əldən salmışdı. Bəs qardaşlarımız buna necə tab gətirdilər? «Biz təslim olmamaq üçün bir-birimizi durmadan ruhlandırırdıq», — deyə onlardan biri bölüşür. Allahın verdiyi «insan gücündən üstün olan qüdrətin» və bir-birlərinə olan məhəbbətin sayəsində onlar bu ağır sınaqdan sağ çıxdılar (2 Kor. 4:7).

3. Nə üçün biz bir-birimizi ruhlandırmalıyıq?

3 Bu gün biz bu cür ölüm marşında addımlamasaq da, çoxlu çətinliklərlə üzləşirik. 1914-cü ildə Allahın Padşahlığı qurulduqdan sonra Şeytan göydən yerin hüdudlarına atıldı və «vaxtının az olduğunu bilərək, böyük [qəzəb]» içindədir (Vəhy 12:7—9, 12). Har-Magedonun yaxınlaşdığı bir vaxtda Şeytan ruhaniliyimizi zəiflətmək üçün təqiblərdən və təzyiqlərdən istifadə edir. Üstəlik, həyatın qayğıları vəziyyəti daha da ağırlaşdırır (Əyyub 14:1; Vaiz 2:23). Bəzən çətinliklər o qədər üst-üstə yığıla bilər ki, emosional və ruhani cəhətdən nə qədər möhkəm olsaq da, məyusluğa qapıla bilərik. Misal üçün, bir qardaş uzun illər ərzində xeyli adama ruhani cəhətdən kömək edib.  İndi o yaşlanıb. Üstəlik, həyat yoldaşı da, o da xəstəlikdən əziyyət çəkirlər, buna görə qardaş çox məyus olur. Bu qardaş kimi, hər birimiz Yehovanın «insan gücündən üstün olan qüdrətin»ə, o cümlədən bir-birimizi ruhlandırmağa ehtiyac duyuruq.

4. Başqalarını ruhlandırmaq üçün həvari Pavelin hansı göstərişinə riayət etməliyik?

4 Əgər biz başqalarını ruhlandırmaq istəyiriksə, həvari Pavelin ibrani məsihçilərə ünvanladığı çağırışa ürəkdən hay verməliyik. O demişdi: «Gəlin bir-birimizə qarşı diqqətcil olub bir-birimizi məhəbbətə və xeyirxah işlərə təşviq edək, bəzilərinin vərdiş etdiyi kimi, yığıncaqlarımızdan qalmayaq, əksinə, o günün yaxınlaşdığını gördükcə bir-birimizi daha çox ruhlandıraq» (İbr. 10:24, 25). Bu dərin mənalı sözləri necə tətbiq edə bilərik?

BİR-BİRİMİZƏ QARŞI DİQQƏTCİL OLAQ

5. Bir-birimizə qarşı diqqətcil olmaq nə deməkdir və biz bunu necə edə bilərik?

5 «Bir-birimizə qarşı diqqətcil [olmaq]» «başqalarının ehtiyaclarını nəzərə almaq və onlar barədə fikirləşmək» deməkdir. Ünsiyyətimiz Padşahlıq zalında qısaca salamlaşmaqdan ibarətdirsə, yaxud həmişə boş şeylər haqda söhbət ediriksə, başqalarının tələbatlarına qarşı necə diqqətcil ola bilərik?! Düzdür, biz ehtiyatlı olmalıyıq ki, başqalarının işinə qarışmayaq (1 Salon. 4:11; 1 Tim. 5:13). Bununla belə, həmimanlılarımızı ruhlandırmaq istəyiriksə, onları yaxşı tanımalıyıq — həyat şəraitlərini, xasiyyətlərini, ruhani vəziyyətlərini, güclü və zəif yönlərini bilməliyik. Onlar bizi öz dostları hesab etməli və onları sevdiyimizə əmin olmalıdırlar. Bunun üçün onlara vaxt ayırmaq lazımdır — bunu təkcə onlar problemlərlə üzləşəndə və ruhdan düşəndə yox, başqa vaxtlarda da etmək lazımdır (Rom. 12:13).

6. Yığıncaqdakılara qarşı diqqətcil olmağa ağsaqqallara nə kömək edər?

6 Yığıncağın ağsaqqalları Allahın onlara əmanət etdiyi sürünü otarmalıdırlar, onlar bunu könül xoşluğu və canla-başla etməlidirlər (1 Pet. 5:1—3). Onlar qayğısına qalmalı olduqları adamı yaxşı tanımasalar, onun qeydinə lazımi tərzdə necə qala bilərlər? (Süleymanın məsəlləri 27:23 ayəsini oxu.) Əgər ağsaqqallar həmimanlıları üçün əlçatan olsalar və sevinclə onlara vaxt ayırsalar, onda yığıncaq üzvlərinə onlardan kömək istəmək daha asan olacaq. Bacı-qardaşlar da, öz növbəsində, hisslərini və narahatçılıqlarını hər zaman onlara kömək etməyə hazır olan diqqətcil ağsaqqallara bildirməyə daha həvəsli olacaqlar.

7. Ruhdan düşmüş insanın düşünmədən dediyi sözlərə necə yanaşmalıyıq?

7 Salonikidəki yığıncağa məktubunda Pavel demişdi: «Zəiflərə dayaq olun». (1 Saloniklilərə 5:14 ayəsini oxu.) «Qəmginlər» zəif, müəyyən mənada, ruhdan düşmüş kəslərdir. Süleymanın məsəlləri 24:10 ayəsində deyilir: «Dar gündə taqətdən düşsən, necə də zəif adamsan!» Həddən artıq ruhdan düşmüş adam düşünmədən danışa bilər (Əyyub 6:2, 3). Bu cür insana diqqət göstərərkən yadda saxlamalıyıq ki, onun dediyi sözlər, əslində, ürəyində olanları əks etdirməyə bilər. Anası ağır depressiya keçirən Raşel buna öz təcrübəsindən əmin olub. O deyir: «Çox vaxt anam dilinə ağır sözlər gətirərdi. Belə vəziyyətlərdə özümə anamın əslində necə insan olduğunu — məhəbbətli, qayğıkeş və xeyirxah olduğunu xatırlatmağa çalışırdım. Anladım ki, depressiyada olanlar çox vaxt nəzərdə tutmadıqları şeyləri deyə bilərlər. Ən pisi isə, belə insana pis sözlərlə və ya  hərəkətlərlə qarşılıq verməkdir». Süleymanın məsəlləri 19:11 ayəsində deyilir: «İnsanın ağlı hiddəti ləngidər, başqasının günahını bağışlamaq ona şərəf gətirər».

8. Biz xüsusilə kimləri məhəbbətimizə inandırmalıyıq və nə üçün?

8 Özündə düzəlişlər etməsinə baxmayaraq, keçmişdə etdiyi hərəkətlərə görə hələ də utanan və kədərlənən insana qarşı biz necə diqqətcil ola bilərik? Pavel Korinfdəki tövbə edən günahkar barəsində yazmışdı: «Siz onu ürəkdən bağışlayın və ona təsəlli verin ki, o, həddən ziyadə kədərlənib üzülməsin. Sizdən rica edirəm, onu sevdiyinizə inandırın» (2 Kor. 2:7, 8). Bir lüğətə əsasən, «inandırmaq» sözü «təsdiqləmək, etiraf etmək, öz üzərinə hüquqi məsuliyyət götürmək» mənalarını daşıyır. Biz əlimizi-əlimizin üstünə qoyub həmin insanın bizim məhəbbətimizi və onun qeydinə qaldığımızı başa düşəcəyinə ümid edə bilmərik. Bunu ona hərəkətlərimizlə və münasibətimizlə göstərməliyik.

«MƏHƏBBƏTƏ VƏ XEYİRXAH İŞLƏRƏ TƏŞVİQ EDƏK»

9. «Məhəbbətə və xeyirxah işlərə» təşviq etmək hansı mənanı daşıyır?

9 «Gəlin... bir-birimizi məhəbbətə və xeyirxah işlərə təşviq edək», — deyə Pavel yazmışdı. Biz həmimanlılarımızı məhəbbət təzahür etdirməyə və xeyirxah işlər görməyə təşviq etməliyik. Məsələn, sönmək üzrə olan ocağa odun atır və yelləyirik ki, yenidən alovlansın (2 Tim. 1:6). Eynilə, biz qayğıkeşliklə bacı-qardaşlarımızı Allaha və yaxınlarına məhəbbətlərini təzahür etdirməyə təşviq edə bilərik. Yerinə düşən tərif sözləri başqalarını xeyirxah işlərə təşviq etməkdə olduqca vacibdir.

Başqaları ilə xidmətə çıx

10, 11. a) Kimlər tərifə ehtiyac duyur? b) Tərif sözlərinin «səhv bir iş» görən adama necə kömək edə biləcəyini göstərən nümunə çək.

10 Ruhdan düşüb-düşməməyimizdən asılı olmayaraq, hər birimizin tərifə ehtiyacı var. Bir ağsaqqal yazır: «Atam bir dəfə də olsun məni tərifləməyib. Buna görə də məndə heç vaxt əminlik hissi olmayıb... Artıq 50 yaşım olsa da, ağsaqqal  kimi gördüyüm yaxşı işlərə görə dostlarımdan tərif sözləri eşitmək mənim üçün indi də çox qiymətlidir». Pionerlər, yaşlılar və ruhdan düşənlər də daxil olmaqla, tərif hər kəsi ruhlandırır (Rom. 12:10).

11 Səhv bir iş görmüş adama düzəliş etməyə çalışan ağsaqqalın məhəbbətlə verdiyi məsləhət və səmimi tərif sözləri onu yenidən xeyirxah işlər görməyə təşviq edə bilər (Qalat. 6:1). Bunun həqiqət olduğunu Miriam adlı bir bacının hadisəsindən görmək olar. Bacı deyir: «Yaxın dostlarımdan bəzilərinin yığıncağı tərk etməsi, eyni zamanda atamda beyindaxili qanaxmanın baş verməsi mənim üçün çox ağır oldu. Güclü depressiyaya düşdüm. Depressiyadan çıxmaq üçün dünyəvi oğlanla görüşməyə başladım». Buna görə o, Yehovanın məhəbbətini itirdiyini hiss edərək həqiqətdən getmək qərarına gəldi. Ağsaqqal əvvəllər sədaqətlə xidmət etdiyini onun yadına salanda bu, onun ürəyinə təsir etdi. Ağsaqqalların köməyi sayəsində bacı Yehovanın onu sevdiyinə əmin oldu. Nəticədə, onun məhəbbəti yenidən alovlandı. O, imanda olmayan oğlanla əlaqəni kəsdi və Yehovaya xidmət etməyə davam etdi.

Məhəbbətə və xeyirli işlərə təşviq et

12. Həmimanlılarımızı başqaları ilə müqayisə etmək, tənqid etmək, yaxud özlərini günahkar hiss etmələrinə səbəb olmaq nə ilə nəticələnə bilər?

12 Biz bacı-qardaşları Allaha xidmətdə səyli olmağa necə təşviq etdiyimizə diqqət yetirməliyik. Onları nə başqaları ilə müqayisə etməli, nə özümüzün təsis etdiyimiz qaydalar əsasında tənqid etməli, nə də ki, daha çox şey edə bilmədikləri üçün özlərini günahkar hiss etmələrinə səbəb olmalıyıq. Çünki bu, onları müvəqqəti olaraq yaxşı işlər görməyə təşviq edəcək. Ancaq həmimanlılarımızı tərifləməyin və onlarda Allaha məhəbbət oyatmağın uzunmüddətli və müsbət təsiri olacaq. (Filipililərə 2:1—4 ayələrini oxu.)

BİR-BİRİMİZİ RUHLANDIRAQ

13. Başqalarını ruhlandırmaq özünə nəyi daxil edir? (Məqalənin əvvəlindəki şəklə bax.)

13 Biz «o günün yaxınlaşdığını gördükcə bir-birimizi daha çox [ruhlandırmalıyıq]». Başqalarını ruhlandırmaq onları Allaha xidmətdə səylərini qorumağa təşviq etmək deməkdir. Məhəbbətə və xeyirxah işlərə təşviq etməyi sönmək üzrə olan ocağı yelləməyə, başqalarını ruhlandırmağı isə, daim yanması, yaxud alovlanması üçün ocağa odun atmağa bənzətmək olar. Ruhlandırmaq ruhdan düşənləri möhkəmləndirmək və onlara təsəlli vermək deməkdir. Belə insanı ruhlandırmaq fürsətimiz yarananda biz mehriban və mülayim danışmalıyıq (Sül. məs. 12:18). Bundan əlavə, «eşitməyə hazır [olmalı], danışmağa» tələsməməliyik (Yaq. 1:19). Əgər biz həmimanlımızın halına yanaraq onu dinləsək, onun nə üçün ruhdan düşdüyünü başa düşə bilər və belə vəziyyətin öhdəsindən gəlməyə kömək edən münasib söz söyləyə bilərik.

Təravətləndirici ünsiyyət qur

Ruhlanmağa ehtiyacı olanlara səbirlə qulaq as (14, 15-ci abzaslara bax)

14. Ruhdan düşmüş qardaşa necə kömək edildi?

 14 Gəlin qayğıkeş bir ağsaqqalın bir neçə il qeyri-fəal olmuş qardaşa necə kömək etdiyinə nəzər salaq. Ağsaqqal onu dinlədikdən sonra başa düşdü ki, qardaş hələ də Yehovanı çox sevir. Əvvəllər qardaş «Gözətçi qülləsi» jurnalının hər sayını dərindən araşdırır və yığıncaq görüşlərində müntəzəm iştirak edirdi. Ancaq yığıncağın bəzi üzvlərinin hərəkətləri onu məyus etmiş və yaralamışdı. Ağsaqqal mühakimə etmədən səmimi-qəlbdən onu dinlədi, ailəsinə və ona məhəbbətlə köməklik göstərdi. Tədricən qardaş başa düşdü ki, o, əvvəllər baş vermiş xoşagəlməz hadisələrin onu sevdiyi Allaha xidmətdən uzaqlaşdırmasına yol verib. Ağsaqqal onu xidmətə dəvət etdi. Göstərilən köməyin sayəsində qardaş xidmətini bərpa etdi və sonradan yenə ağsaqqal kimi xidmətini davam etdirdi.

15. Ruhdan düşənləri ruhlandırmağa dair Yehovadan nə öyrənə bilərik?

15 Ola bilsin, ruhdan düşmüş insan özünü dərhal yaxşı hiss etməsin və ya köməyimizə tez hay verməsin. Belə halda ona bir müddət dayaq olmaq lazım gələ bilər. Pavel demişdi: «Zəiflərə dayaq olun və hamıya qarşı səbir göstərin» (1 Salon. 5:14). Zəifdən dərhal əlimizi üzmək əvəzinə, gəlin ona dayaq olmağa davam edək. Keçmişdə Yehova xidmətçiləri arabir ruhdan düşəndə onlarla səbirlə rəftar edirdi. Məsələn, Allah İlyasın hisslərini nəzərə alaraq ona həddən artıq mərhəmət göstərmişdi. Yehova peyğəmbərə xidmətini davam etdirə bilməsi üçün ehtiyac duyduğu hər şeyi vermişdi (1 Pad. 19:1—18). Davud ürəkdən peşman olduğu üçün Yehova mərhəmət göstərərək onu bağışlamışdı (Məz. 51:7, 17). Allah həmçinin Ona xidmət etməkdən yorulmuş 73-cü məzmurun yazıçısına da kömək etmişdi (Məz. 73:13, 16, 17). Yehova bizə qarşı da mərhəmətli və qayğıkeşdir, xüsusilə də biz məyus olanda və ruhdan düşəndə (Çıx. 34:6). Onun mərhəməti «tükənməzdir» və «hər səhər... təzələnir» (Mərs. 3:22, 23). Yehova istəyir ki, biz də, Onun kimi, depressiyada olanlara qarşı nəvazişlə davranaq.

HƏYAT YOLUNDA QALMAQ ÜÇÜN BİR-BİRİMİZİ RUHLANDIRAQ

16, 17. Bu sistemin sonu yaxınlaşdığı üçün biz nə etməyə qətiyyətli olmalıyıq və nə üçün?

16 Zaksenxauzen düşərgəsində olan 33 000 məhbusdan minlərləsi qırıldı. Lakin həbs düşərgəsindən yola çıxan 230 nəfər Yehovanın Şahidinin hamısı, ağır sınaqlara baxmayaraq, sağ qaldı. Onların bir-birini ruhlandırması və bir-birinə dəstək olması sayəsində ölüm marşı xilas marşına çevrildi.

17 Bu gün biz «həyata aparan... yol»la gedirik (Mat. 7:14). Tezliklə Yehovanın bütün xidmətçiləri salehliyin hökm sürəcəyi yeni dünyaya birlikdə daxil olacaqlar (2 Pet. 3:13). Ona görə də gəlin əbədi həyata aparan yolda qalmaq üçün bir-birimizə kömək etməyə qətiyyətli olaq.