Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) İYUL 2013

Rəhbərlik Şurasının yeni üzvü

Rəhbərlik Şurasının yeni üzvü

2012-ci il sentyabrın 5-i çərşənbə günü səhər Birləşmiş Ştatlardakı və Kanadadakı Bet-El ailəsinin üzvləri Yehovanın Şahidlərinin Rəhbərlik Şurasına yeni üzv qəbul olunması ilə bağlı elan eşitdilər. Mark Sanderson qardaş 2012-ci il sentyabrın 1-dən bu təyinat üzrə xidmətə başladı.

Sanderson qardaş Kaliforniya ştatının San-Diyeqo şəhərində (ABŞ) məsihçi ailəsində böyüyüb boya-başa çatıb və 1975-ci il fevralın 9-da vəftiz olunub. 1983-cü il sentyabrın 1-dən Kanadanın Saskaçevan əyalətində pioner xidmətinə başlayıb. 1990-cı ilin dekabr ayında Birləşmiş Ştatlarda Xidməti Təkmilləşdirmə Məktəbinin (indi Subay Qardaşlar üçün Müqəddəs Kitab Məktəbi adlanır) 7-ci sinfini bitirib. 1991-ci ilin aprelində Kanadanın Nyufaundlend adasına xüsusi pioner təyin olunub. Rayon nəzarətçisinin köməkçisi kimi xidmət etdikdən sonra o, 1997-ci ilin fevralında Kanadadakı Bet-Elə dəvət alır. 2000-ci ilin noyabrında onu Birləşmiş Ştatlardakı filiala təyin edirlər. Orada o, Xəstəxana məlumat xidməti şöbəsində, sonradan isə xidmət şöbəsində işləyir.

2008-ci ilin sentyabrında Sanderson qardaş Filial Komitələrinin üzvləri üçün Məktəbdə təlim alır və bundan sonra Filippin filialının komitə üzvü təyin olunur. 2010-cu ilin sentyabrında onu yenidən Birləşmiş Ştatlara dəvət edirlər və o, orada Rəhbərlik Şurasının Xidmət Komitəsində köməkçi kimi işləyir.