Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) İYUN 2013

Yadınızdadırmı?

Yadınızdadırmı?

«Gözətçi qülləsi»nin son saylarını diqqətlə oxumusunuz? Elə isə aşağıdakı suallara cavab verməyə çalışın.

Müqəddəs Kitabla fala baxmaq nə deməkdir və məsihçilər buna necə yanaşmalıdırlar?

Müqəddəs Kitabla fala baxmaq ehtiyac duyduğu köməyi alacağına ümid edərək Müqəddəs Kitabı gözəyarı açıb qarşısına çıxan ilk məlumatı oxumaq deməkdir. Həqiqi məsihçilər falçılıqla məşğul olmurlar. Bunun əksinə olaraq, onlar dəqiq bilik əldə etmək və Allahdan rəhbərlik almaq üçün Müqəddəs Kitabı araşdırırlar (15/12, səhifə 3).

«Dünya» keçib gedir deyildikdə nə nəzərdə tutulur?

«Dünya» keçib gedir deyildikdə Yer kürəsi yox, Allahın iradəsinə zidd həyat tərzi sürən bu dünyanın adamları nəzərdə tutulur (1 Yəh. 2:17). Yer kürəsi və sadiq insanlar dünyanın sonundan sağ çıxacaq (1/1, səhifə 5—7).

Habil ölsə də, indiyədək bizimlə necə danışır? (İbr. 11:4)

O, bunu imanı sayəsində edir. Biz ondan ibrət götürə və imanını təqlid edə bilərik. Onun nümunəsi indiyədək öz təsirini itirməyib və bizim üçün canlı örnəkdir (1/1, səhifə 12).

Hansı sahələrdə diqqətli olmalıyıq ki, özümüzü Allahdan uzaqlaşdırmayaq?

Bəzi sahələr bunlardır: iş və ya karyera, seçdiyimiz istirahət və əyləncə, yığıncaqdan kənar edilən qohumlarımızla ünsiyyət, müasir texnologiyadan istifadə, sağlamlığımızın qayğısına qalmaq, pula səhv yanaşma tərzi, özümüz haqda həddən artıq yüksək fikirdə olmaq (1/15, səhifə 12—21).

Musa peyğəmbərin təvazökarlığından nə öyrənə bilərik?

Musa peyğəmbərə hakimiyyət veriləndə o, qürrələnmədi, əksinə, özünə yox, Yehovaya güvəndi. Hakimiyyət, səlahiyyət və ya bacarıqlarımızın bizi qürurlu etməsinə yol verməməliyik, əksinə, biz Yehovaya güvənməliyik (Sül. məs. 3:5, 6) (1/4, səhifə 5).

İsraillilərin «ürəyi sünnətsizdir» sözlərinin mənası nədir? (Yer. 9:26)

Bu xalqın ürəyi üsyankar və inadkar idi. Onlar ürəklərini hissiyatsız edən şeylərdən — Allahın əmrlərinə zidd gedən fikirlərdən, arzu və niyyətlərdən azad olmalı idilər (Yer. 5:23, 24) (15/3, səhifə 9, 10).

Allahın təşkilatının yerüzü hissəsinə nələr daxildir?

Yehovanın təşkilatının yerüzü hissəsinə Rəhbərlik Şurası, filial komitələri, səyyar nəzarətçilər, ağsaqqal şuraları, yığıncaqlar və təbliğçilər daxildir (15/4, səhifə 29).

İsraillilər cəza tədbiri olaraq cinayətkarları dirəkdən asırdılarmı?

Qədimdə bir çox xalqlar belə etsə də, israillilər belə davranmırdılar. İbranicə Müqəddəs Yazıların qələmə alındığı dövrdə ölümə məhkum edilən insan əvvəlcə öldürülür, sonra dirəkdən və ya ağacdan asılırdı (Lev. 20:2, 27). İnsanın cəsədinin dirəkdən və ya ağacdan bu cür asılması başqaları üçün ibrət idi (15/5, səhifə 13).