Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) MAY 2013

 Arxvmzdən

Onlar «sınaq vaxtı» sarsılmaz qaldılar

Onlar «sınaq vaxtı» sarsılmaz qaldılar

BİRİNCİ Dünya müharibəsi zamanı 1914–cü ildə Müqəddəs Kitab Tədqiqatçılarının bitərəf mövqe tutmaları dünyanın diqqətini cəlb etdi (Yeşaya 2:2—4; Yəh. 18:36; Efes. 6:12). Bəs Böyük Britaniyadakı Allahın xidmətçilərinin aqibəti necə oldu?

Henri Hadson

1916-cı ildə Böyük Britaniyada Hərbi xidmət haqqında qəbul olunan qanunda qeyd olunurdu ki, 18 yaşından 40 yaşına kimi olan subay kişilər hərbi xidmətə çağırılsın. Qanuna əsasən, dini əqidələrinə görə hərbi xidmətdən imtina edən kəslər azad olunurdular. Hökumət kimə və nə dərəcədə azadlıq verib-verməyəcəyini müəyyən etmək üçün məhkəmə təsis etdi.

Belə bir qanunun qəbul edilməsinə baxmayaraq, qısa müddətdən sonra təxminən 40 nəfər Müqəddəs Kitab Tədqiqatçısı hərbi həbsxanaya atıldı, 8 nəfər isə Fransanın cəbhə xəttinə göndərildi. Bu ədalətsizlikdən təngə gələn Böyük Britaniyadakı qardaşlar baş nazir Herbert Asquitə 5500 insanın imzaladığı ərizə ilə birlikdə etiraz məktubu göndərdilər. Onlar bu məktubda azadlıqdan məhrum olan qardaşlar üçün öz etirazlarını bildirirdilər.

Sonradan məlum oldu ki, Fransaya göndərilən səkkiz nəfərə hərbi xidmətdən imtina etdikləri üçün güllələnmə hökmü çıxarılıb. Amma qardaşlar güllələnmək üçün cərgəyə düzüləndə bu hökm dəyişdirilərək onillik katorqa cəzası (həbsxanada və sürgün yerlərində cəza çəkən dustaqlar üçün çox ağır icbari işlər) ilə əvəz olundu. Onlar İngiltərəyə geri göndərilərək hökm müddətini mülki həbsxanada keçirdilər.

Ceyms Frederik Skot

Müharibə uzandıqca evli kişiləri də hərbi xidmətə çağırmağa başladılar. Mançesterdə (İngiltərə) təsis edilən presedent (keçmişdə baş vermiş və sonra olan oxşar tipli hadisələr üçün nümunə ola biləcək vəziyyət) zamanı həkim və Müqəddəs Kitab tədqiqatçısı Henri Hadson ittiham olundu. 1916-cı il avqustun 3-də məhkəmə onu məsuliyyətini yerinə yetirməməkdə günahlandırdı, cərimə kəsdi və onu hərbi xidmətə göndərdi. Həmin vaxt Edinburqda da (Şotlandiya) oxşar presedent quruldu. 25 yaşlı kitabpaylayan Ceyms Frederik Skotun günahsız olduğu təsdiq olundu. Dövlət bu işi apellyasiyaya təqdim etsə də, sonradan diqqətini Londondakı məhkəmə işinə cəmləmək üçün bundan imtina etdi. Bu dəfə Herbert Kips adlı qardaş təqsirkar çıxarılaraq cərimələndi və orduya təslim edildi.

1916-cı ilin sentyabrına kimi 264 qardaş hərbi xidmətdən azad olunmaları üçün ərizə yazmışdı. Bu qardaşlardan 5-i azadlığa buraxıldı, 154-ü qeyri-sıravi olaraq dövlət əhəmiyyətli işlərdə işləməyə, 23-ü döyüşdə iştirak etməmək şərti ilə hərbi hissədə xidmət etməyə göndərildi, 82 nəfəri orduya təslim edildi; təslim olunanlardan bəziləri isə əmrlərə tabe  olmadıqları üçün həbs olundu. Xalq bu insanlara qarşı edilən amansız rəftara öz etirazını bildirdiyi üçün dövlət onları hərbi həbsxanadan mülki əmək düşərgələrinə göndərdi.

Prays Hyuz

Sonradan Britaniyada filialın nəzarətçisi kimi xidmət edən qardaşlar — Edqar Kley və Prays Hyuz Uelsdə bənd çəkmə işində işləyirdi. Digər tərəfdən, Fransadan geri göndərilmiş səkkiz nəfərdən biri — Herbert Sinyor Yorkşirdə yerləşən Ueykfild həbsxanasına göndərildi. Digərləri isə Darmur həbsxanasında katorqaya məhkum edildilər və onlar orada hərbi xidmətdən imtina edən insanlardan ibarət böyük qrup yaratdılar.

Müqəddəs Kitab Tədqiqatçısı olan və qeyri-sıravi hərbi qulluğu qəbul edən Frank Plat ön cəbhəyə getməkdən imtina edəndə uzun müddət şiddətli təqiblərə məruz qaldı. Könüllü olaraq əsgərliyə yazıldıqdan dərhal sonra həqiqəti öyrənən Atkinson Pacet də döyüşdə iştirak etməkdən imtina etdiyi üçün amansız rəftara məruz qaldı.

Herbet Sinyor

Hərçənd təxminən yüz il bundan öncə, qardaşlarımız məsihçi bitərəfliyinin məğzini tam başa düşmürdülər, bununla belə, onlar Yehova Allahı razı salmağa can atırdılar. Bu məlumatda adları çəkilən qardaşlar, xüsusilə də ağır «sınaq vaxtı»nda bitərəflik mövqeyini qoruyub saxlamağa dair gözəl nümunə qoymuşlar (Vəhy 3:10). (Böyük Britaniyadakı arxivimizdən.)

 

Əlavə məlumat

Nəyə görə Yehovanın Şahidləri siyasətə qarışmırlar?

Şahidlər dövlət üçün təhlükəlidir?