Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) APREL 2013

Onlar özlərini könüllü olaraq təqdim edirlər. Meksikada

Onlar özlərini könüllü olaraq təqdim edirlər. Meksikada

ÇOXSAYLI gənc məsihçilərin öz həyatlarını sadələşdirib xidmətlərini genişləndirdiklərini görmək insanın ürəyini riqqətə gətirir (Mat. 6:22). Onlar hansı dəyişikliklər edirlər? Bəs hansı maneələrlə üzləşirlər? Bunu bilmək üçün gəlin hal-hazırda Meksikada xidmət edən bəzi bacı-qardaşlarla tanış olaq.

«DƏYİŞİKLİKLƏR ETMƏLİYİK»

Dastin və Cesa

Birləşmiş Ştatlardan olan Dastin Cesa 2007-ci ilin yanvarında ailə həyatı qurdular. Bundan qısa müddət sonra onlar çoxdankı arzularını — özlərinə yelkənli qayıq almaq və orada yaşamaq arzularını həyata keçirdilər. Onların qayığı Sakit okeana yaxın, dağlıq meşələrlə və başı qarlı dağlarla əhatə olunmuş gözəl bir şəhər olan Astorianın (Oreqon ştatı, ABŞ) yaxınlığında lövbər saldı. Dastin deyir: «Ətrafdakı mənzərə insanı valeh edirdi». Bu cütlük Yehovaya bel bağlayaraq sadə həyat sürdüklərini düşünürdülər. Onlar fikirləşirdilər: «Biz uzunluğu 7,9 metr olan qayıqda yaşayır, yarım gün işləyir, əcnəbidilli yığıncaqda iştirak edir, üstəlik vaxtaşırı olaraq köməkçi pioner kimi xidmət edirik». Amma bir müddətdən sonra onlar özlərini aldatdıqlarını başa düşdülər. Dastin deyir: «Vaxtımızın çox hissəsi yığıncağı dəstəkləmək əvəzinə, qayığın təmirinə gedirdi. Anlayırdıq ki,  əgər, həqiqətən də, Yehovanı həyatımızda birinci yerə qoymaq istəyiriksə, dəyişikliklər etməliyik».

Cesa əlavə edir: «Ailə qurmazdan əvvəl mən Meksikada yaşayırdım və ingilisdilli yığıncaqda iştirak edirdim. Oradakı xidmət mənə sevinc verirdi və ora qayıtmağı çox istəyirdim». Təbliğçilərə tələbat olan ərazilərdə xidmət etmək istəklərini artırmaq üçün Dastin və Cesa ailəvi ibadət zamanı biçinə hazır olan sahələrə köçən bacı-qardaşların həyat hekayələrini araşdırırdılar (Yəh. 4:35). Dastin qeyd edir: «Biz də bu cür sevinc hissi duymaq istəyirdik». Meksikadakı dostlarından yeni yaranan qrupun köməyə ehtiyacı olduğunu eşidəndə onlar qərar qəbul etdilər. Dastin və Cesa işdən çıxdılar, qayıqlarını satdılar və Meksikaya köçdülər.

«ÇOX SEVİNİRİK»

Dastin və Cesa Sakit okeanın yaxınlığında və Astoriyadan 4345 kilometr cənubda yerləşən Tekoman şəhərinə köçdülər. Dastin deyir: «Sərin mehdən və dağ mənzərəsindən fərqli olaraq, bura həddən artıq istidir və hara baxsan limon ağacları görmək mümkündür». Onlar əvvəl-əvvəl iş tapa bilmirdilər. Maddi cəhətdən korluq çəkdikləri üçün həftələrlə gündə iki dəfə düyü və lobya yeyirdilər. Cesa deyir: «Vəziyyətimiz dözülməz olduğunu düşünəndə Müqəddəs Kitabı öyrətdiyimiz insanlar bizə manqo, banan, papaya və sözsüz ki, ağzına kimi limonla dolu torbalar verirdilər». Bir müddətdən sonra onlar iş tapdılar: İnternet vasitəsilə Tayvanda dil kursları keçirirdilər. İndi bu işdən aldıqları məvacib onların gündəlik tələbatlarını ödəyir.

Dastin və Cesa yeni şəraitdə özlərini necə hiss edirlər? Onlar deyir: «Bu əraziyə köçdüyümüz üçün çox sevinirik. Heç təsəvvür edə bilməzdik ki, Yehovaya və bir-birimizə olan münasibətimiz belə möhkəm ola bilər! Hər gün birlikdə bir çox işlər görürük: xidmətə çıxırıq, Müqəddəs Kitabı öyrətdiyimiz insanlara necə kömək edə biləcəyimizi müzakirə edirik və görüşlərə hazırlaşırıq. Üstəlik, əvvəllər hiss etdiyimiz gərginlikdən azadıq. Biz əvvəllər tam başa düşmədiyimiz Məzmur 34:8 ayəsində yazılmış: “Dadın, görün Rəbb nə qədər şirindir”, — sözlərinin həqiqiliyini indi anlayırıq».

MİNLƏRLƏ KÖNÜLLÜLƏRİ NƏ TƏŞVİQ EDİR?

Əksəriyyəti 20—30 yaşlarında olan 2900-dən çox evli və subay bacı-qardaşlar Meksikada Padşahlığın təbliğçilərinə hələ də ehtiyac olan ərazilərə köçmüşlər. Nəyə görə bu şahidlər üzərlərinə belə çətin iş götürüblər? Onlardan bəziləri bu sualı cavablandırarkən üç vacib amili qeyd etmişdi. Bunlar hansılardır?

Letisya və Hermilo

 Yehovaya və insanlara məhəbbət göstərmək. 18 yaşında vəftiz olunan Letisya deyir: «Özümü Yehovaya həsr edəndə anlayırdım ki, bütün qəlbimlə, ürəkdən Ona xidmət etməliyəm. Beləcə, Yehovanı bütün ürəyimlə sevdiyimi göstərmək üçün vaxtımın və gücümün çox hissəsini Ona xidmətə həsr etmək istəyirdim» (Mark 12:30). Letisyanın həyat yoldaşı Hermilo 20 yaşlarında olarkən Padşahlığın təbliğçilərinə tələbat olan əraziyə köçərək orada xidmət edirdi. O qeyd edir: «Mən başa düşürdüm ki, insanların ruhani tələbatlarını ödəmək yaxınımı sevdiyimi göstərməyimin ən yaxşı üsuludur» (Mark 12:31). Nəticədə o, bankda işlədiyi və rahat həyatdan zövq aldığı inkişaf etmiş Monterrey şəhərini tərk edib balaca bir şəhərciyə köçdü.

Esli

Əsil və tükənməyən sevinc əldə etmək. Vəftiz olunduqdan qısa müddət sonra Letisya təcrübəli pioner bacı ilə birgə təbliğ etmək üçün bir aylıq uzaq şəhərə gedir. O xatırlayır: «Mən məəttəl qalmışdım. İnsanlara təbliğ edərkən onların Padşahlıq haqda xoş xəbərə ürəkdən hay verdiklərini görmək məni çox sevindirdi. Həmin ayın sonunda mən öz-özümə dedim: “Bu, mənim arzuladığım həyatdır”». 20 yaşlarında olan subay bacı Esli də xidmətin bu növünün gətirdiyi sevinci müşahidə edib və onda təbliğçilərə tələbat olan ərazilərdə xidmət etmək istəyi yaranıb. Yuxarı siniflərdə oxuyarkən o, təbliğçilərə ehtiyac olan ərazilərdə xidmət edən bir neçə səyli bacı-qardaşlarla görüşmüşdü. O deyir: «Bu bacı-qardaşların üzlərindəki sevinci görəndə onlar kimi yaşamaq istəyirdim». Bir çox bacılar Eslinin hisslərinə şərikdirlər. Hal-hazırda Meksikada 680-dən çox subay bacı təbliğçilərə ehtiyac olan ərazilərdə xidmət edir. Gənclər və yaşlılar üçün onlar gözəl nümunədirlər.

Məqsədyönlü və həzz verən həyat yaşamaq. Orta məktəbi bitirmək üzrə olanda Esliyə ödənişsiz ali təhsil almağı təklif etdilər. Həmyaşıdları onu bu təklifi qəbul edib «normal həyat» sürməyə — universitetə daxil olmağa, karyera qurmağa, maşın almağa və səyahətə çıxmağa təşviq edirdilər. Lakin o, bu məsləhətlərin heç birinə qulaq asmadı. Esli deyir: «Bir neçə məsihçi dostlarım bu kimi şeylərin ardınca getdilər və mən diqqət yetirdim ki, onlar üçün rahat həyat ruhani şeylərdən üstündür. Həmçinin gördüm ki, bu dünyanın işləri ilə daha çox məşğul olduqca üzləşdikləri problemlərin öhdəsindən gələ bilmirdilər. Amma mən gənclik illərimi tam şəkildə Yehovaya xidmətə həsr etmək istəyirdim».

Rakel və Filip

 Pioner kimi xidmət etmək və maddi tələbatlarını ödəmək üçün iş tapsın deyə Esli məktəbi bitirdikdən sonra bəzi kurslara getdi. Sonral ar o, Padşahlığın təbliğçilərinə tələbat olan əraziyə köçdü. O, burada yerli dil olan otomilərin və tlapaneklərin dilini öyrənmək kimi çətinliklə üzləşdi. Ucqar ərazidə xidmət etdiyi üç ilə nəzər salarkən Esli belə deyir: «Təbliğçilərə tələbat olan ərazilərdə xidmət etmək mənə məmnunluq gətirdi və həyatıma məna qatdı. Ən vacibi isə Yehova ilə münasibətlərimi möhkəmləndirdi». Birləşmiş Ştatlardan 30 yaşlarında olan Filip Rakel də eyni fikirdədirlər. «Dünyanın vəziyyəti tez-tez dəyişdiyi üçün bir çoxları həyatlarının qeyri-sabit olduğunu hiss edirlər. Ancaq Müqəddəs Kitabdakı xəbərə hay verən insanların yaşadığı yerdə xidmət etmək həyatımıza rəng qatır. Bu əsil məmnunluq gətirir!»

SINAQLARA NECƏ TAB GƏTİRƏ BİLƏRİK?

Veronika

Düzdür, Padşahlığın təbliğçilərinə ehtiyac olan ərazilərdə xidmət etməyin öz çətinlikləri var. Onlardan biri özünü maddi cəhətdən təmin etməkdir. Öz ehtiyaclarını ödəmək üçün sən yerli şəraitə uyğunlaşmalısan. Təcrübəli pioner bacı Veronika deyir: «Xidmət etdiyim ərazilərin birində mən ucuz ayaqüstü yeməklər hazırlayıb satırdım. Başqa bir ərazidə isə paltar satır və saç kəsirdim. Hal-hazırda evlərdə təmizlik işi ilə məşğul oluram və yeni valideynlərə uşaqları ilə ünsiyyət qurmağa kömək etmək üçün sinif açmışam».

Uzaq ərazidə yerli xalqın arasında yaşayarkən başqa mədəniyyətə və müxtəlif adətlərə uyğunlaşmaq xüsusilə çətin ola bilər. Məhz bu vəziyyətlə nauatldilli ərazidə xidmət edən Filip və Rakel də üzləşmişdi. Filip deyir: «Mədəniyyətlər arasındakı müxtəliflik çox böyükdür». Bəs buna uyğunlaşmağa onlara nə kömək etdi? Rakel əlavə edir: «Biz diqqətimizi nauatl xalqının müsbət cəhətlərinə — ailəcanlı olmalarına, bir-birlərinə qarşı səmimi davranmalarına və səxavətlilik göstərmələrinə cəmləyirdik. Burada yaşayaraq və yerli bacı-qardaşlarımızla çiyin-çiyinə xidmət edərək çox şey öyrəndik».

ÖZÜNÜ NECƏ HAZIRLAYA BİLƏRSƏN?

Əgər sən tələbat olan ərazidə xidmət etmək istəyirsənsə, indidən özünü necə hazırlaya bilərsən? Xidmətin bu növündə iştirak edən bacı-qardaşlar deyirlər ki, başqa əraziyə köçməzdən əvvəl həyatını sadələşdir və qane olmağı öyrən (Filip. 4:11, 12). Daha nə etməlisən? Letisya danışır: «Müvəqqəti iş axtarırdım ki, istənilən vaxt tələbat olan əraziyə köçə bilim». Hermilo deyir: «Mən yemək bişirməyi, paltar yumağı və ütüləməyi öyrəndim». Veronika qeyd edir: «Valideynlərimlə və doğma bacı-qardaşlarımla bir evdə yaşayarkən təmizlik etməyi və ucuz, amma doyumlu yeməklər hazırlamağı, üstəlik, qənaətcil olmağı öyrəndim».

Ameliya və Levi,

Birləşmiş Ştatlardan olan və səkkiz ildir ki, ailə quran Levi Ameliya konkret duanın Meksikada xidmət etməyə hazırlaşmaq üçün onlara necə kömək etdiyi barədə danışırlar. Levi deyir: «İl ərzində başqa ölkədə xidmət etmək üçün nə qədər pul lazım olacağını hesabladıq və həmin məbləği qazana bilməyimiz üçün duada Yehovadan kömək istədik». Onlar bir neçə ay ərzində bu məbləği topladılar və təxirə salmadan yola düşdülər. Levi qeyd edir: «Yehova bizim konkret duamıza cavab verdi. İndi isə növbə bizdə idi». Ameliya əlavə edir: «Biz burada yalnız bir il qala biləcəyimizi düşünürdük, ancaq indi yeddi ildir ki, burada xidmət edirik və getmək fikrimiz yoxdur. Burada yaşamaq bizə Yehovanın köməyini öz üzərimizdə hiss etməyə imkan yaradır. Hər gün Onun xeyirxahlığının şahidiyik».

Edam və Cenifer

Meksikada ingilisdilli yığıncaqda xidmət edən Birləşmiş Ştatlardan olan Edam Ceniferin həyatında da dua vacib rol oynamışdı. «Yaxşı şərait gözləmə. Başqa ölkədə xidmət etmək arzunu duada bildir və duana uyğun davran. Həyatını sadələşdir, xidmət etmək istədiyin ölkənin filialına məktub yaz, sonra nə qədər xərc çıxacağını hesabla və köç», — deyə onlar məsləhət görür *. Əgər belə etsən, səni mənalı və ruhən zəngin bir həyat gözləyir.

^ abz. 21 Daha çox məlumat almaq üçün «Bizim Padşahlıq Xidmətimiz» vərəqəsinin 2011-ci il avqust sayındakı «Nə olar, Makedoniyaya gəl» məqaləsinə bax.

Əlavə məlumat

YEHOVA ALLAHIN MÜASİR XALQI

Öncüllər üçün məktəblər

Vaxtının çox hissəsini xoş xəbərin təbliği işinə həsr edən öncüllər üçün hansı xüsusi məktəblər var?