Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi (təlim nəşri)  |  fevral 2013

O, Kayafanın qohumu idi

O, Kayafanın qohumu idi

Vaxtaşırı olaraq arxeoloji tapıntılar Müqəddəs Kitabda adları çəkilən insanların, həqiqətən də, mövcud olduqlarını birbaşa və ya dolayı yolla sübut edir. Misal üçün, 2011-ci ildə İsrail alimləri məhz belə bir tapıntı ilə bağlı məlumat nəşr etmişlər. Bu, 2000 illik tarixi olan dəfn urnası — ölən insanın bədəni çürüdükdən sonra sümüklərinin qoyulduğu bəzənmiş əhəngdaşından olan sandıqçadır.

Bu xüsusi urnanın üzərində belə bir yazı var: «Bet İmridən olan Maazya nəslindən baş kahin Kayafa oğlu Yeşua qızı Məryəm». İsanın məhkəməsində və edamında iştirak edən yəhudi baş kahini həmin Kayafa idi (Yəh. 11:48—50). Tarixçi İosif Flavi onun haqqında «Kayafa adlanan İosif» kimi danışır. Görünür, bu urna onun qohumlarından birinə məxsus idi. Bir müddət əvvəl tapılmış bu urnanın üzərindəki yazı onun özünü Yehosef bar Kayafa, yəni Kayafa oğlu İosif * adlandıran adama məxsus olduğunu göstərdiyi üçün belə qənaətə gəlmək olar ki, Məryəmin Kayafa ilə hansısa qohumluq əlaqələri vardı.

Bir mənbənin verdiyi məlumata əsasən, Məryəmin sümüklərinin saxlanıldığı sandıqça qədim sərdabələri qarət edən oğrular tərəfindən ələ keçirilmişdir. Bu əşyanın və üzərindəki yazının analiz edilməsi nəticəsində onun həqiqiliyi sübuta yetirilmişdir («Israel Antiquities Authority»).

Bu urnanın sayəsində yeni şeylər də öyrənirik. Bu göstərir ki, «Maazya» Yerusəlimdəki məbəddə xidmət edən 24 qrupa bölünmüş kahin növbətçiliyində sonuncu idi (1 Saln. 24:18). Yuxarıda gətirilən mənbədə deyildiyi kimi, urna üzərindəki yazı «Kayafanın ailəsinin Maazyanın qrupuna məxsus olduğunu» göstərir.

Eyni zamanda həmin yazıda Bet İmri adı da çəkilir. Yazının bu hissəsini iki cür izah etmək mümkündür. Həmin mənbədə deyilir: «İlk izahat ondan ibarətdir ki, Bet İmri kahin ailəsinin — Maazya qrupunun üzvlərinin də daxil olduğu İmmer oğullarının (Ezra 2:36, 37; Neh. 7:39—42) adıdır. İkinci izahat isə belədir ki, [Bet İmri] mərhumun, yaxud onun ailəsinin doğulduğu yerdir». Hər halda Məryəmin sümüklərinin yandırıldığı urna Müqəddəs Kitabda gerçək ailələrə məxsus olan gerçək insanlardan danışılır.

^ abz. 3 Kayafa urnası ilə əlaqədar «Gözətçi qülləsi» jurnalının 2006-cı il 15 yanvar sayının 10-dan 13-dək səhifələrində yerləşən «İsanı ölümə məhkum edən kahin» adlı məqaləyə (rus.) baxın.