Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

OYANIN! № 4, 2016

 ÜZ QABIĞINDAKI MÖVZU

Vərdişlərinizin ağası olun

Vərdişlərinizin ağası olun
  • AUSTİN şirin yuxuda olduğu vaxt birdən zəngli saatı çalır. O, dərhal yatağından qalxır, axşamdan hazır qoyduğu idman paltarını geyinir və qaçmağa gedir. Austin artıq bir ildir ki, həftədə üç dəfə idman edir.

  • Lauri əri ilə dalaşıb. O, əsəbindən dərhal mətbəxə keçir və orada olan şokaladların hamısını yeyir. Qanıqara olanda o, həmişə belə edir.

Bu iki insan arasında hansı oxşar cəhət var? İstər fərqinə varsınlar, istərsə də yox, hər ikisi bunu qeyri-iradi olaraq edir. Bu, onlarda vərdişdir.

Bəs siz? İstəyərdiniz yaxşı vərdişləriniz olsun? Ola bilsin, siz idmanla məşğul olmaq, kifayət qədər yatmaq və ya yaxınlarınıza daha çox vaxt ayırmaq istəyirsiniz.

Bəlkə də, siz siqaret çəkmək, zərərli yeməklər yemək və ya internetə çoxlu vaxt sərf etmək kimi pis vərdişlərdən azad olmaq arzusundasınız.

Soyuq havada isti yorğanın altından çıxmaq əsl işgəncə olduğu kimi, pis vərdişlərdən də yaxa qurtarmaq hələm-hələm asan iş deyil!

Bəs necə edə bilərik ki, vərdişlərimizin ağası olaq və onların bizə xeyri dəysin? Növbəti üç məsləhətə diqqət yetirin. Bu məsləhətlər Müqəddəs Kitaba əsaslanıb.