Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

OYANIN! № 4, 2016

 ÜZ QABIĞINDAKI MÖVZU | VƏRDİŞLƏRİNİZİN AĞASI OLUN

2 Ətrafınıza göz gəzdirin

2 Ətrafınıza göz gəzdirin
  • Yeməyinizə fikir vermək qərarına gəlmisiniz, amma dondurmanı görən kimi əriyirsiniz.

  • Məqsəd qoymusunuz ki, siqareti tərgidəsiniz, ancaq bunu bilən dostunuz sizə yenə də siqaret təklif edir.

  • Bu gün idman etməyi planlaşdırmısınız, ancaq idman ayaqqabısını dolabdan axtarıb tapmaq gözünüzə durduğu üçün bütün həvəsiniz ölür.

Hər üç vəziyyətdə planlaşdırılan işi görməyə bir şey mane olur. Pis vərdişləri tərgidib yaxşı vərdişlərə yiyələnməyimizə ətrafımız, yəni vaxt keçirdiyimiz insanlar və şərait güclü təsir edir.

MÜQƏDDƏS KİTABDAN AYƏ: «Uzaqgörən bəlanı duyub gizlənər, cahil isə qabağa gedib ziyan tapar» (Məsəllər 22:3).

Allahın Kəlamı bizə məsləhət görür ki, hər şeyi əvvəlcədən götür-qoy edək. Əgər belə etsək, məqsədlərimizə çatmağa mane olan vəziyyətlərdən uzaq duracağıq. Üstəlik, bu işdə bizə kömək edə biləcək əlverişli şərait yaradacağıq (2 Timutiyə 2:22). Bir sözlə, yaxşı olar ki, ətrafımıza göz gəzdirək.

Elə edin ki, pis vərdişlərinizi həyata keçirmək çətin, yaxşı vərdişlərə nail olmaq isə asan olsun.

TƏKLİF

  • Elə edin ki, pis vərdişlərinizi həyata keçirmək çətin olsun. Misal üçün, əgər siz öz qida rasionunuzdan zərərli yeməkləri çıxartmaq istəyirsinizsə, onları mətbəxinizdə saxlamayın. Beləcə, tamahınız çəkəndə «yox» demək daha asan olacaq.

  • Elə edin ki, yaxşı vərdişlərə nail olmaq asan olsun. Məsələn, əgər siz yuxudan duran kimi idman etməyi planlaşdırmısınızsa, idman paltarınızı axşamdan hazır qoyun. Çətini başlamaqdır, davamı özü gələcək.

  • Dost seçiminə ciddi yanaşın. Biz birgə vaxt keçirdiyimiz insanlara bənzəməyə meyilliyik (1 Korinflilərə 15:33). Buna görə də pis vərdişlərinizi tərgitməyə mane olan insanlardan uzaq durun. Çalışın ətrafınızda sizə yaxşı vərdişlər aşılayan insanlar olsun.