Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Oyanın!  |  № 4, 2016

Homoseksualizm. Allahın Kəlamında bu haqda nə deyilir?

Homoseksualizm. Allahın Kəlamında bu haqda nə deyilir?

HAL-HAZIRDA geylərin nikahı bir çox ölkələrdə mübahisəli bir məsələdir. 2015-ci ildə ABŞ-ın Ali Məhkəməsi bütün ştatlarda eynicinsli nikahı qanuni elan etdi. Bundan sonra internetdə bu mövzuda axtarışların sayı sürətlə artdı. Ən çox axtarılan suallardan biri isə bu idi: «Geylərin nikahına dair Allahın Kəlamında nə deyilir?»

Allahın Kəlamında eynicinsli insanların nikaha daxil olmaq hüququnun olub-olmaması ilə bağlı konkret heç nə açıqlanmır. Bəs ümumiyyətlə, orada homoseksualizmlə bağlı nə deyilir?

Çoxları bu sualın cavabını bildiyini deyir. Amma Müqəddəs Kitabı dərindən araşdırmadıqları üçün onların cavabları bir-birindən fərqlənir. Bəziləri deyir ki, Müqəddəs Kitab homoseksualizmi qadağan edir; digərləri isə deyir ki, orada «başqasını özünü sevdiyin kimi sev» yazıldığı üçün Allah istənilən cinsi münasibətlərə icazə verir (Romalılara 13:9).

ALLAHIN KƏLAMINDA NƏ DEYİLİR?

Sizcə, bu fikirlərdən hansı doğrudur?

  1. Müqəddəs Kitab homoseksualizmi mühakimə edir.

  2. Müqəddəs Kitab homoseksualizmə qarşı deyil.

  3. Müqəddəs Kitab homoseksuallara nifrəti və qərəzli münasibəti aşılayır.

CAVABLAR

  1. DOĞRU. Müqəddəs Kitabda yazılıb: «Nə kişi fahişələr, nə kişibazlar... Allahın Padşahlığına girməyəcəklər» (1 Korinflilərə 6:9, 10). Eyni şeyi qadınlar barədə də demək olar (Romalılara 1:26).

  2. SƏHV. Müqəddəs Kitabda yazılıb ki, cinsi münasibətlər yalnız bir-biri ilə evli olan kişi və qadın arasında olmalıdır (Yaradılış 1:27, 28; Məsəllər 5:18, 19).

  3. SƏHV. Müqəddəs Kitab homoseksualizmi mühakimə etsə də, homoseksuallara qərəzli yanaşmağı, onlara qarşı cinayət törətməyi və digər düşmən münasibəti təlqin etmir (Romalılara 12:18) [1]

 Yehovanın Şahidlərinin tutduğu mövqe

Yehovanın Şahidləri inanırlar ki, ən gözəl əxlaq normaları Müqəddəs Kitabdadır. Buna görə də onlar orada yazılanlara uyğun yaşayırlar (Əşiya 48:17) [2]. Bu o deməkdir ki, Yehovanın Şahidləri, homoseksualizm də daxil olmaqla, istənilən qeyri-təbii cinsi münasibətdən uzaq dururlar (1 Korinflilərə 6:18) [3]. Bu, Yehovanın Şahidlərinin tutduğu mövqedir və onların buna tamamilə ixtiyarı çatır.

Yehovanın Şahidləri çalışırlar ki, özlərinə qarşı gözlədikləri münasibəti başqalarına göstərsinlər

Bununla belə, Yehovanın Şahidləri «hamıyla sülhdə olmağa» çalışırlar (İbranilərə 12:14). Onlar homoseksualizmdən uzaq dursalar da, öz fikirlərini başqalarına yeritmirlər, homoseksuallara qarşı cinayətdə iştirak etmir, hətta belə şeylərə görə sevinmirlər. Yehovanın Şahidləri çalışırlar ki, özlərinə qarşı gözlədikləri münasibəti başqalarına göstərsinlər (Mətta 7:12).

Müqəddəs Kitab qərəzli münasibətə səsləyir?

Bəzi insanlar deyir: «Müqəddəs Kitab homoseksuallara qərəzli münasibət bəsləyir və orada yazılanlara əməl edənlər homoseksuallara pis baxır. Müqəddəs Kitabın yazıldığı dövrdə insanlar dardüşüncəli olub. Müasir zəmanədə isə biz irqindən, millətindən və cinsi orientasiyasından asılı olmayaraq, bütün insanları qəbul edirik». Belə insanların zənnincə, homoseksualizmi rədd etməklə dərisinin rənginə görə fərqlənən insanı rədd etmək eyni şeydir. Bəs bu, həqiqətən belədir? Xeyr. Niyə?

Çünki homoseksualizmi rədd etməklə homoseksualı rədd etmək arasında böyük fərq var. Müqəddəs Kitab Allahın xidmətçilərini «hər cür insana» hörmət etməyi buyurur (1 Butrus 2:17) [4]. Ancaq bu o demək deyil ki, onlar hər cür davranışı qəbul etməlidirlər.

Belə bir nümunənin üzərində düşünün. Təsəvvür edin ki, iş yoldaşınız siqaret çəkir. Siz isə siqareti zərərli hesab edirsiniz, hətta bu haqda fikirləşəndə ürəyiniz bulanır. Buna görə iş yoldaşınız sizə dardüşüncəli insan kimi baxacaq? Yaxud siqaretə pis yanaşmağınız, o deməkdirmi ki, siqaret çəkən iş yoldaşınıza da pis yanaşacaqsınız? Bəs əgər iş yoldaşınız sizə siqareti güclə sevdirməyə çalışsa, onda necə? Bu, onun dardüşüncəli olduğunu göstərməyəcək?

Yehovanın Şahidləri Müqəddəs Kitabda yazılan əxlaq normalarına uyğun yaşamağa üstünlük verirlər. Onlar Müqəddəs Kitabın mühakimə etdiyi işləri bəyənmirlər, amma bununla belə, bu cür işlərlə məşğul olan insanlara nə pis yanaşır, nə də onları ələ salırlar.

Müqəddəs Kitabın mövqeyi sərtdir?

Homoseksuallığa meyli olan insanlar haqda nə demək olar? Onlar bu cür doğulublar? Əgər belədirsə, onda bu istəklərinin səhv olduğunu demək onlara qarşı qəddarlıq olmazdı?

Müqəddəs Kitabda homoseksualizmin yaranma səbəbi haqda heç nə yazılmasa da, bəzi xüsusiyyətlərin insanda dərin kök saldığı deyilir. Orada yazılıb ki, Allahı razı salmaq istəyiriksə, homoseksual davranışlar da daxil olmaqla, müəyyən davranış tərzlərindən uzaq durmalıyıq (2 Korinflilərə 10:4, 5).

Kimsə düşünə bilər ki, Müqəddəs Kitab bu mövzu ilə bağlı sərt mövqe tutur. Belə insanların fikrincə, insan öz istəklərinə uyğun hərəkət etməlidir. Onlar düşünürlər ki, cinsi istəklər çox vacib olduğuna görə onlara nəzarət etmək olmaz və bu, heç mümkün də deyil. Amma Müqəddəs Kitab hər bir kəsi nalayiq cinsi arzularını boğa biləcəyinə əmin edərək insan ləyaqətini ucaldır. Heyvanlardan fərqli olaraq, insan öz istəklərinin ağası ola bilər (Koloslulara 3:5) [5].

Belə bir nümunənin üzərində düşünün. Mütəxəssislərin fikrincə, bəzi xüsusiyyətlər,  məsələn, qəzəb insanın genində ola bilər. Müqəddəs Kitabda bu haqda heç nə deyilməsə də, bəzilərinin «hirsli», «özündən tez çıxan» olduğu deyilir (Məsəllər 22:24; 29:22). Bununla belə, Müqəddəs Kitab insanlara: «Qəzəbi burax, hiddətdən çəkin», — deyə məsləhət görür (Zəbur 37:8; Efeslilərə 4:31).

Yəqin heç kim bu məsləhətin yersiz, ya da qəzəbli insanlara qarşı qəddarlıq olduğunu deməz. Qəzəbin insanın genetikasından qaynaqlandığını deyən mütəxəssislər belə, insanlara bununla mübarizə aparmağa kömək etmək üçün əllərindən gələni edirlər.

Yehovanın Şahidləri də Müqəddəs Kitabdakı qayda-qanunlara zidd gedən istənilən davranışa qarşı bu cür mövqe tuturlar. Bura nikahda olmayan qadınla kişi arasındakı cinsi münasibət də daxildir. Belə hallarda Müqəddəs Kitabın bu məsləhətinə əməl etmək lazımdır: «Qoy hər kəs öz bədənini paklıqla və şərəflə idarə etməyi bacarsın,.. acgöz şəhvətin əsiri olmasın» (1 Salonikililərə 4:4, 5).

«Sizlərdən də bəziləri belə idi»

Birinci əsrdə məsihi olmaq istəyənlər müxtəlif mənşədən idilər. Hərəsi müxtəlif həyat tərzi sürürdü, amma sonradan onların əksəriyyəti həyatında köklü dəyişikliklər etdi. Məsələn, Müqəddəs Kitab bir zaman əxlaqsız, bütpərəst, zinakar, kişi fahişəsi və kişibaz olan bəzi insanların dəyişdiyini vurğulayaraq deyir: «Sizlərdən də bəziləri belə idi» (1 Korinflilərə 6:9—11).

«Sizlərdən də bəziləri belə idi» ifadəsi nəyi bildirir? Homoseksualizmdən yaxa qurtaran insanlarda bu cür cinsi istəklər daha heç vaxt baş qaldırmadı? Çətin ki baş qaldırmasın. Çünki Müqəddəs Kitabda belə bir məsləhət verilir: «Ruhun göstərdiyi yolla gedin, onda əsla cismani istəkləri icra etməzsiniz» (Qalatiyalılara 5:16).

Diqqət yetirdinizsə, burada qeyd olunur ki, insanda nalayiq istəklər ola bilər, ancaq o istəsə, bu istəkləri həyata keçirməz. Allahın xidmətçiləri bu cür istəkləri nəzarətdə saxlamaq üçün bu barədə düşünməməyə çalışırlar (Yaqub 1:14, 15) [6].

Beləcə, Müqəddəs Kitaba əsasən, istək əməl arasında fərq var (Romalılara 7:16—25). Qəzəbə, zinaya və tamahkarlığa olan meyilləri nəzarətdə saxlamaq mümkün olduğu kimi, homoseksuallığa olan meyli də bu haqda düşünməməklə nəzarətdə saxlamaq olar (1 Korinflilərə 9:27; 2 Butrus 2:14, 15).

Yehovanın Şahidləri Müqəddəs Kitabda yerləşən əxlaq normalarına əməl etməyə çalışırlar. Lakin öz mövqelərini başqalarına yeritmirlər. Yehovanın Şahidləri həmçinin onlardan fərqli həyat tərzi sürən insanların hüquqlarını qoruyan qanunları dəyişdirməyə çalışmırlar. Onlar bütün insanlara xoş xəbər çatdırırlar (Həvarilərin işləri 20:20).

^ 1. Romalılara 12:18: «Hamı ilə sülhdə olmağa çalışın».

^ 2. Əşiya 48:17: «Mən sənin Allahın Yehovayam, Mən sənin xeyrinə səni öyrədirəm».

^ 3. 1 Korinflilərə 6:18: «Əxlaqsızlıqdan qaçın».

^ 4. 1 Butrus 2:17: «Hər cür insana hörmət edin».

^ 5. Koloslulara 3:5: «Buna görə də yerdəki bədəninizin üzvlərində olan meyilləri — əxlaqsızlığa, natəmizliyə, şəhvətə, nəfsə [olan] meyilləri öldürün».

^ 6. Yaqub 1:14, 15: «Hər kəs öz nəfsi ilə tovlanıb aldanaraq sınanır. Sonra nəfs boylu qalıb günah doğur».

Əlavə məlumat

MÜQƏDDƏS YAZILARA AİD SUALLARA CAVAB

Müqəddəs Yazılarda eynicinsli insanların nikahı barədə nəsə deyilirmi?

Nikahın Banisi ailənin möhkəm və xoşbəxt olması üçün nə lazım olduğunu bilir.