Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

OYANIN! № 4, 2016

 AİLƏLƏRƏ KÖMƏK | GƏNCLƏR

Dəyişikliklərə uyğunlaş

Dəyişikliklərə uyğunlaş

PROBLEM

  • Atanın işinə görə başqa yerə köçməlisiniz.

  • Dostun başqa əraziyə köçür.

  • Böyük bacın və ya qardaşın ailə qurub evdən ayrılır.

Sən bu cür vəziyyətlərə necə uyğunlaşa bilərsən?

Küləyin istiqamətinə sarı əyilə bilən ağac fırtınaya qarşı daha dözümlü olur. Bunun kimi, sən də səndən asılı olmadan baş verən dəyişikliklərə uyğunlaşmağı öyrənə bilərsən. Necə? Bu suala cavab verməzdən qabaq dəyişikliklərlə bağlı bəzi şeyləri bilməlisən.

NƏYİ BİLMƏLİSƏN?

Dəyişikliklər qaçılmazdır. Allahın Kəlamında insanlar haqda danılmaz bir həqiqət yazılıb: «Hamısının qabağına vaxt və təsadüf çıxır» (Vaiz 9:11). Gec-tez hamımız gözlənilməz hadisələrlə üzləşirik. Baş verən hadisələrin hamısı pis olmur. Bəzən isə ilk baxışdan pis görünən hadisə sonradan xeyrimizə olur. Bununla belə, yaxşı və ya pis olmasından asılı olmayaraq, dəyişikliklərə uyğunlaşmaq əksər insanlar üçün çətindir.

Dəyişikliklər xüsusilə yeniyetmələrə zərbə vurur. Niyə? Ayxan * adlı bir oğlan bu suala belə cavab verir: «Çünki yeniyetməlik dövründə insanın daxilində onsuz da dəyişikliklər baş verir. Ətrafında baş verən dəyişikliklər isə vəziyyəti daha da gərginləşdirir».

Digər səbəb isə budur: böyüklərin həyat təcrübəsi var və onların həyatında nə isə dəyişəndə bu təcrübələrindən yararlana bilirlər. Gənclərin isə belə bir təcrübələri yoxdur.

Vəziyyətə uyğunlaşmağı öyrən. Dözüm uğursuzluqlara qatlaşmaq, dəyişikliklərə uyğunlaşmaq qabiliyyətidir. Dözümlü insan yeni vəziyyətinə tab gətirməklə yanaşı, yaranan çətinliyin onun üçün açdığı yeni imkanları da görməyi bacarır. Dözümlü yeniyetmələr nadir hallarda vəziyyətdən çıxış yolu kimi içkiyə və ya narkotikə üz tutur.

 NƏ EDƏ BİLƏRSƏN?

Vəziyyəti qəbul elə. Yəqin istəyərdin ki, həyatın tamamilə sənin əlində olsun. Ancaq bu, mümkün deyil. Sən istəsən də, istəməsən də, nə vaxtsa dostların başqa yerə köçəcək; bacı-qardaşların böyüyüb ailə həyatı quracaq; ailən hansısa səbəbdən başqa yerə köçməli olduğuna görə dost-tanışlarından uzaq düşəcəksən. Mənfi fikirlərin səni üstələməsinə yol verməkdənsə, yaxşı olardı ki, yaranmış vəziyyəti qəbul edəsən (Müqəddəs Kitab prinsipi: Vaiz 7:10).

Gözün arxada qalmasın. Fikrini keçmişə cəmləmək maşını sürərkən gözünü yan güzgüyə zilləməyə bənzəyir. Bu güzgüyə baxmaq lazımdır, lakin əsas diqqətin yolda olmalıdır. Eynilə, həyatında dəyişikliklər baş verəndə keçmişə yox, irəliyə bax (Məsəllər 4:25). Misal üçün, gələn ay və ya növbəti altı ay ərzində qarşına hansı məqsədi qoya bilərsən?

Müsbət şeyləri gör. Leyla adlı bir qız deyir: «Dözümlü olmaq məsələyə münasibətdən asılıdır. Hal-hazırda olduğun vəziyyətin müsbət tərəflərini görməyə çalış». İndiki vəziyyətinin ən azı bir üstünlüyünü vurğulaya bilərsən? (Müqəddəs Kitab prinsipi: Vaiz 6:9).

Vəfa adlı bir qız yeniyetmə yaşlarında olarkən dostları başqa yerə köçmüşdü. O bölüşür: «Özümü çox tənha hiss edirdim. Fikirləşirdim kaş hər şey olduğu kimi qalardı. Ancaq indi düşünürəm ki, mən məhz o vaxt böyüməyə başladım. Dəyişikliklər olmadan insan böyüyə bilməz. Yalnız bundan sonra ətrafımda dostlaşa biləcəyim başqa insanların da olduğunu gördüm» (Müqəddəs Kitab prinsipi: Məsəllər 27:10).

Fikrini keçmişə cəmləmək maşını sürərkən gözünü yan güzgüyə zilləməyə bənzəyir

Başqaları üçün nə isə et. Allahın Kəlamında deyilir: «Təkcə özünüzü fikirləşməyin, başqalarını da fikirləşin» (Filippililərə 2:4). Şəxsi problemlərin öhdəsindən gəlməyin ən yaxşı yolu başqalarına kömək etməkdir. 17 yaşlı Səadət deyir: «Böyüdükcə başa düşdüm ki, mənimlə eyni və ya daha betər vəziyyətdə olan insana kömək etməyin böyük xeyri var imiş».

^ abz. 11 Bu məqalədə bəzi adlar şərtidir.