Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

OYANIN! № 4, 2016

 TƏKAMÜL, YOXSA YARADILIŞ MÖCÜZƏSİ?

Dövri cırcıramanın həyat dövriyyəsi

Dövri cırcıramanın həyat dövriyyəsi

CIRCIRAMA görünüşcə çəyirtkəni xatırladan həşərat növüdür. Ona Antarktidadan başqa bütün qitələrdə rast gəlmək mümkündür. Cırcıramaların xüsusi növü olan dövri cırcıramaların isə vətəni Şimali Amerikadır. Onlar uzun illərdir ki, bioloqları heyran qoyur.

Məlumat. Yazda qəflətən milyonlarla dövri cırcıramalar peyda olur, onların ömrü bir neçə həftə davam edir. Bu qısa vaxt ərzində onlar dərilərini dəyişir, qulaqbatırıcı tərzdə «cırıldayır», uçur, törəyir, sonra isə ölürlər. Maraqlıdır ki, növbəti nəsil, növündən asılı olaraq, 13 və ya 17 il sonra peyda olur. Bəs bu vaxt ərzində bu həşəratlarla nə baş verir?

Bu suala cavab tapmaq üçün dövri cırcıramanın qeyri-adi həyat dövriyyəsini bilmək lazımdır. Peyda olandan təxminən bir həftə sonra yetkin həşəratlar cütləşir və dişi həşərat ağac budaqlarında 400—600 ədəd yumurta qoyur. Bundan sonra həmin həşəratlar ölür. Növbəti bir neçə həftə ərzində bu yumurtalardan çıxan yeni sürfələr budaqdan yerə düşür, torpaqda yuva qazır və beləcə onların yeraltı həyatları başlayır. Onlar neçə illər ərzində burada kol bitkilərinin və ağacların köklərindəki mayeləri sormaqla yaşayırlar. 13 və ya 17 ildən sonra yetkinləşən yeni nəsil yerin altından çıxır və bu prosesi təkrarlayır.

«Təbiət» adlı jurnaldakı bir məqalədə deyilir ki, bu cırcıramaların mürəkkəb həyat dövriyyəsi «əsirlərdir ki, alimləri çaşbaş qoyub... Hətta indi də, entomoloqlar bu həşəratların qeyri-adi həyat dövriyyəsinin necə inkişaf etdiyini anlamağa çalışırlar» («Nature»). Heyvanat aləmində bu, sirr olaraq qalır.

Necə fikirləşirsiniz? Dövri cırcıramaların həyat dövriyyəsi təkamül nəticəsidir, yoxsa yaradılış möcüzəsi?

Əlavə məlumat

KİTAB VƏ BROŞÜRLƏR

Həyat necə yaranıb?