Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

OYANIN! № 2, 2016

 MÜSAHİBƏ | YAN-DE-KSÜ

Embrioloq imanı haqda danışır

Embrioloq imanı haqda danışır

TAYVANIN Elm və Texnika üzrə Milli Pindun Universitetinin professoru Yan-De-Ksü rüşeym üzərində aparılan tədqiqatlara rəhbərlik edir. Əvvəllər o, təkamül nəzəriyyəsinə inanırdı, lakin elmi tədqiqatçı olandan sonra fikrini dəyişdi. Bunun səbəbini o, «Oyanın!» jurnalına danışır.

Özünüz haqda bir az məlumat verin.

Mən 1966-cı ildə Tayvanda doğulub boya-başa çatmışam. Valideynlərim daosistlər və buddistlər kimi ibadət edirdi. Biz əcdadlarımıza ibadət edib surətlərə dua edirdik. Ancaq heç vaxt fikirləşmirdik ki, hər şeyi yaradan bir Allah var.

Niyə məhz biologiya elmi?

Uşaq ikən ev heyvanlarının qayğısına qalmağı xoşlayırdım. Xəstə insanları və heyvanları sağaltmaq istəyirdim. Bir ara baytarlığı öyrənirdim. Sonra isə embriologiyaya üz tutdum. Ümid edirdim ki, bu, mənə həyatın necə yarandığını başa düşməyə kömək edəcək.

Əvvəllər təkamülə inanırdınız. Buna səbəb nə idi?

Universitetdə professorlar təkamülü öyrədirdilər və deyirdilər ki, buna dair əsaslı dəlillər var. Mən də onlara inanırdım.

Nəyə görə Müqəddəs Kitabı oxumağa başladınız?

Bunun iki səbəbi var idi. Birincisi, fikirləşirdim ki, insanların ibadət etdiyi allahlar arasında biri digərlərindən üstün olmalıdır. Buna görə də məndə sual yaranmışdı: «Bəs görəsən o hansı allahdır?» İkincisi, insanların Müqəddəs Kitaba böyük dəyər verməsi idi. Elə bu iki səbəbə görə Müqəddəs Kitabı öyrənmək istədim.

1992-ci ildə Belçikanın Löven Katolik Universitetində oxumağa başladım. Həmin vaxt bir katolik kilsəsinə gedib keşişdən xahiş etdim ki, mənə Müqəddəs Kitabı başa salsın. Ancaq o imtina etdi.

Bəs suallarınıza necə cavab tapdınız?

İki il sonra Belçikada elmi tədqiqat apardığım zaman Rut adlı polşalı bir qadınla tanış oldum. O, Yehovanın Şahidi idi. Rut Allah haqda öyrənmək istəyən tələbələrə kömək etmək üçün çin dilini öyrənmişdi. Onunla tanış olduğuma şad idim, çünki çoxdan idi bu cür kömək axtarırdım.

Rut mənə göstərdi ki, Müqəddəs Kitab elmi kitab olmasa da, onunla uzlaşır. Məsələn, orada Davud peyğəmbər Allaha dua edərək deyir: «Gözlərin rüşeymimi görmüşdü. Hələ heç biri yox ikən bədənimin bütün hissələri, onların əmələ gələcəyi günlər Sənin kitabında yazılmışdı» (Zəbur 139:16). Davud poetik dildən istifadə etsə də, tamamilə haqlı idi. Bədən üzvləri əvvəlcədən müəyyən olunmuş plan əsasında formalaşır. Müqəddəs Kitabdakı dəqiqlik məni əmin etdi ki, o, Allahın Kəlamıdır. Həmçinin təkcə Yehovanın yeganə həqiqi Allah olduğunu başa düşdüm. 1

 Həyatın Allah tərəfindən yaradıldığına sizi nə əmin etdi?

Elmi tədqiqatların məqsədi qəbul olunmuş fikirləri dəstəkləmək yox, həqiqəti tapmaqdır. Rüşeymin inkişafını öyrənməyim məni əmin etdi ki, həyat özbaşına yaranmayıb. Bunu başa düşmək üçün yığım konveyerinə baxmaq olar. Mühəndislər onu elə yaradır ki, o, lazım olan hissələri düzgün vaxtda və düzgün tərzdə bir-birinə birləşdirsin. Rüşeymin inkişafı da bunun kimidir, ancaq daha mürəkkəbdir.

Bütün proses mayalanmış hüceyrədən başlayır?

Bəli. Mayalanmış mikroskopik hüceyrə bölünür və bununla da hüceyrələrin bölünməsi prosesi başlayır. Bir müddət hüceyrələrin sayı hər 12—24 saat ərzində ikiqat artır. Bu prosesin əvvəlində hüceyrələr kök hüceyrələr adlanır. 2 Kök hüceyrələr bədənin formalaşması üçün qan, sümük, sinir hüceyrələri də daxil olmaqla, təxminən 200 önəmli hüceyrə əmələ gətirir.

Rüşeymin inkişafını öyrənməyim məni əmin etdi ki, həyat özbaşına yaranmayıb

Lazım olan hüceyrələr lazımi vaxtda və lazımi yerdə əmələ gəlməlidir. Hüceyrə yığımından toxumalar yaranır. Toxumalar isə orqanları və bədən üzvlərini əmələ gətirir. Heç bir mühəndis bu cür proses yaratmağı xəyalına belə gətirə bilməz! Halbuki rüşeymin inkişafı haqqında məlumat mükəmməl şəkildə DNT-də yazılıb. Bütün bunların üzərində düşünəndə həyatın Allah tərəfindən yaradıldığına əmin oluram.

Niyə Yehovanın Şahidi oldunuz?

Bir sözlə desək, məhəbbətə görə. İsa peyğəmbər demişdi: «Aranızda məhəbbət olsa, hamı biləcək ki, siz mənim şagirdimsiniz» (Yəhya 13:35). Bu cür məhəbbətə insanın nə milliyyəti, nə mədəniyyəti, nə də ki dərisinin rəngi təsir edir. Mən Yehovanın Şahidləri ilə bir yerdə olanda belə məhəbbəti həm görür, həm də üzərimdə hiss edirdim.

^ 2. Məsihi vicdanına görə professor Yan-De-Ksü insan rüşeyminin kök hüceyrələri üzərində tədqiqat aparmır.

Əlavə məlumat