Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

OYANIN! № 2, 2016

 DÜNYADAN XƏBƏRLƏR | MÜNASİBƏTLƏR

Münasibətlər diqqət mərkəzində

Münasibətlər diqqət mərkəzində

Münasibətlərlə bağlı məsləhət lazım olsaydı, nə edərdiniz? Dərhal Müqəddəs Kitaba üz tutardınız, yoxsa əliniz hər şeydən üzüləndən sonra əlacsız qalıb Müqəddəs Kitaba müraciət edərdiniz? Gəlin görək oradakı qədim hikmət müasir araşdırmalarla necə uzlaşır.

HİNDİSTAN

2014-cü ildə keçirilən sorğuya əsasən, 18—25 yaşlarında olan gənclərin 61 faizi düşünür ki, nikahdan qabaq cinsi yaxınlıq «Hindistanda artıq normal qarşılanır». Mumbay əsilli bir həkim «Hindistan tayms» qəzetində öz fikrini belə açıqlayıb: «Gənclər münasibətlərə başlayanda bunu evlənmək niyyəti ilə etmirlər. Buna görə də istər bir gecəlik, istər təsadüfi münasibət olsun, istərsə də bir yerdə yaşamaq, fərqi yoxdur, burada məsuliyyətdən söhbət gedə bilməz».

DÜŞÜNÜN: Cinsi yolla ötürülən xəstəliklər və emosional yaralar daha çox nikahdan öncə qurulan cinsi münasibətlər ucbatından yaranır, yoxsa nikahdan sonra? (1 Korinflilərə 6:18).

DANİMARKA

Ailə üzvləri ilə tez-tez mübahisələri olan insanların orta yaşda ölmək riski iki qat artır. Kopenhagen Universitetində tədqiqatçılar təxminən 11 il ərzində 10 000-ə yaxın ortayaşlı insanları müşahidə etdikdən sonra aşkar etdilər ki, yaxınları ilə tez-tez mübahisə edən iştirakçıların vaxtından tez ölmək riski nadir hallarda mübahisə edən iştirakçılardan daha çox olur. Araşdırma aparan müəllifin sözlərinə görə, qayğıların öhdəsindən gəlmək, üzərinə düşən məsuliyyətləri icra etmək, habelə münaqişələri yoluna qoymaq «vaxtından əvvəl ölüm riskini azaldan vacib amillərdir».

MÜQƏDDƏS KİTABDA DEYİLİR: «Çox bilən az danışar, ağıllı adam təmkinini pozmaz» (Məsəllər 17:27).

BİRLƏŞMİŞ ŞTATLAR

Luizianada yeni ailə quran 564 ər-arvad arasında aparılan son araşdırmalara əsasən, «dövrü cütlüklər»in, yəni görüşən müddətdə ayrılıb yenidən birləşən cütlüklərin evliliklərinin ilk beş ili ərzində ayrılmaq ehtimalı daha çox olur. Belə cütlüklər daha çox mübahisə edir və nikahlarından artıq məmnunluq duymurlar.

MÜQƏDDƏS KİTABDA DEYİLİR: «Allahın bir boyunduruqda birləşdirdiyini qoy heç kəs ayırmasın» (Mətta 19:6).

Əlavə məlumat

Ailənizin xoşbəxtliyi üçün Allahın Kəlamına müraciət edin

İki sadə sual nikahınızı yaxşılaşdırmağa kömək edə bilər.