Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

OYANIN! № 1, 2017

«Onların məhəbbəti bizə dərin təsir bağışladı»

«Onların məhəbbəti bizə dərin təsir bağışladı»

2015-ci il 25 aprel tarixində Hindistanın şimalında yerləşən böyük dağlıq ərazidə, Nepalda 7,8 bal gücündə zəlzələ oldu. Zəlzələ paytaxt Katmandudan 80 kilometr şimal-qərbdə baş vermişdi. 8500 nəfərdən çox insanın həyatına son qoyan bu zəlzələ Nepalın tarixində ən çox insan tələfatına səbəb olan təbii fəlakət kimi qeydə alındı. Fəlakət zamanı yarım milyondan çox ev yararsız hala düşdü. Nepalda olan 2200 Yehovanın Şahidinin əksəriyyəti zərər çəkmiş ərazidə yaşayırdı. Təəssüflər olsun ki, bir Yehovanın Şahidi iki uşağı ilə birgə həlak oldu.

Mişel adlı bir Yehovanın Şahidi deyir: «Zəlzələ baş verən zaman Yehovanın Şahidləri ibadət evlərində öz görüşlərini keçirirdilər. Əgər həmin vaxt əksəriyyət evdə olsaydı, şübhəsiz, daha çox insan tələfatı olardı». Necə oldu ki, ibadət görüşündə olanlar sağ qaldı? İbadət evinin tikilişi böyük rol oynamışdı.

«XEYRİNİ İNDİ GÖRÜRÜK!»

Nepaldakı ibadət evləri zəlzələyə davamlı şəkildə tikilib. İbadət evlərinin tikintisində iştirak etmiş Man Bahadur deyir: «Bizdən tez-tez soruşurdular ki, belə balaca tikililərin bünövrəsini niyə bu qədər möhkəm edirsiniz? Biz bunun xeyrini indi görürük!» Fəlakətdən sonra ibadət evlərini sığınacaq kimi istifadə etməyə icazə verildi. Zəlzələdən sonrakı titrəmələrə rəğmən həm Yehovanın Şahidləri, həm də qonşular özlərini orada təhlükəsizlikdə hiss edirdilər.

Yehovanın Şahidləri və qonşular ibadət evinə sığınıblar

Məsul qardaşlar tez bir zamanda itkin düşmüş yığıncaq üzvlərini axtarmağa başladılar. Babita adlı Yehovanın Şahidi deyir: «Yığıncaqdakı ağsaqqallar bacı-qardaşların rifahını özlərinkindən üstün tuturdular. Onların məhəbbəti bizə dərin təsir bağışladı». Zəlzələdən bir gün sonra Yehovanın Şahidlərinin Nepaldakı filialından üç qardaş, həmçinin səyyar xidmətçilər yığıncaqların tələbatını müəyyən etmək və yığıncağın ağsaqqallarına dəstək olmaq üçün həmin əraziyə gəldilər.

Baş idarədən gələn Qari Bro qardaş zərərçəkənlərə baş çəkir

Zəlzələdən altı gün sonra Yehovanın Şahidlərinin baş idarəsindən Qari Bro və həyat yoldaşı Rubi Nepala gəldilər. Nepaldakı filialdan gəlmiş qardaşlardan biri olan Ruben deyir: «Katmanduda baş verən qarışıqlığa, həmçinin yeraltı təkanlar görə Qari qardaşın bura gələ biləcəyinə əmin deyildik. Ancaq o, bura gəlməyə qəti qərarlı idi və gəldi də. Orada yaşayan Yehovanın Şahidləri bu qardaşın onları ziyarət etdiyinə görə çox sevindilər».

«BİR-BİRİMİZƏ DAHA YAXIN OLDUQ»

Nepaldakı ofisdə işləyən Silas adlı Yehovanın Şahidi deyir: «Telefonlarımız təmir olunandan sonra gecə-gündüz zənglər gəlirdi! Dünyanın hər yerindən olan iman bacı-qardaşlarımız bizə görə çox narahat idilər. Bəzilərinin dillərini başa düşməsək də, hiss edirdik ki, onlar bizi sevir və bizə kömək etmək istəyirlər».

Avropadan gələn tibbi heyət zərərçəkənlərə yardım edir

 Zəlzələdən bir neçə gün sonra Nepalın digər ərazilərində yaşayan Yehovanın Şahidləri zərərçəkmişlər üçün ibadət evlərinə azuqə gətirdilər. Həmçinin Təbii fəlakətdən zərər çəkənlərə yardım komitəsi təşkil olundu və tezliklə Banqladeşdən, Hindistandan, Yaponiyadan və digər ərazilərdən yardım gəlməyə başladı. Bir neçə günün içində Avropadan Yehovanın Şahidlərindən ibarət tibb heyəti gəldi və ibadət evlərinin birində onlar üçün şərait yaradıldı. Onlar dərhal işə başladılar. Bu heyət zəlzələdən zərərçəkənlərə təkcə fiziki yardım göstərmirdilər, həmçinin emosional cəhətdən dəstək olurdular.

Əksəriyyətinin keçirdiyi hissləri keçirən Uttara adlı bir qadın deyir: «Zəlzələ olduqca qorxunc idi. Amma bundan sonra bir-birimizə daha yaxın olduq». Bəli, zəlzələ Yehovanın xalqının nə bir-birinə, nə də Ona olan məhəbbətini sarsıda bilmədi.

Əlavə məlumat

Yehovanın Şahidləri təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında iştirak edirmi?

Həmimanlılarımıza, eləcə də başqa adamlara təbii fəlakət zamanı necə kömək etdiyimiz haqda oxuyun.