Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

OYANIN! № 1, 2016

Yehovanın Şahidləri haqda nə bilirsiniz?

Yehovanın Şahidləri haqda nə bilirsiniz?

Yəqin bizi insanlarla Müqəddəs Kitab haqqında söhbət edən zaman görmüsünüz. Ola bilsin, bizim barəmizdə qəzetlərdə oxumusunuz, ya da başqalarından eşitmisiniz. Bəs Yehovanın Şahidlərini nə dərəcədə yaxşı tanıyırsınız?

BİLİYİNİZİ YOXLAYIN

Cavabların düz və ya səhv olduğunu qeyd edin.

DÜZ SƏHV

  1. Yehovanın Şahidləri məsihidirlər.

  2. Yehovanın Şahidləri kreasionistdirlər.

  3. Yehovanın Şahidləri müalicə qəbul etmirlər.

  4. Yehovanın Şahidləri Tövratı da, İncili də qəbul edirlər.

  5. Yehovanın Şahidləri yalnız öz Müqəddəs Kitablarından istifadə edirlər.

  6. Yehovanın Şahidləri Müqəddəs Kitabı özlərinə sərf edən şəkildə dəyişiblər.

  7. Yehovanın Şahidləri ictimai-faydalı fəaliyyətdə iştirak etmirlər.

  8. Yehovanın Şahidləri başqa dindən olanlara yuxarıdan aşağı baxırlar.

Növbəti səhifədə düzgün cavabları görə bilərsiniz.

  1.  1 DÜZDÜR. Biz İsa peyğəmbərin təlimlərinə uyğun yaşamağa və onun yolu ilə getməyə çalışırıq (1 Butrus 2:21). Amma xristian aləminə aid deyilik. Məsələn, Müqəddəs Kitabda yazılanları əsas tutaraq Üç üqnum təlimini qəbul etmirik, çünki Allah təkdir (Mark 12:29). Müqəddəs Yazılarda heç bir əsası olmadığı üçün ölümdən sonra insanın ruhunun bədəndən ayrılaraq yaşamağa davam etməsinə, yaxud Allahın insanlara cəhənnəmdə əbədi əzab verməsinə inanmırıq. Din xadimlərini başqalarından üstün edən titul və adlardan istifadə etmirik (Vaiz 9:5; Hizqiyal 18:4; Mətta 23:8—10).

  2. 2 SƏHVDİR. Yehovanın Şahidləri inanır ki, hər şeyi Allah yaradıb. Bununla belə, biz kreasionist deyilik. Nəyə görə? Çünki kreasionizm tərəfdarlarının bəzi inanc və fikirləri Müqəddəs Kitaba ziddir. Misal üçün, bəzi kreasionistlər iddia edirlər ki, 6 yaradılış gününün hər biri 24 saat davam edib. Ancaq Müqəddəs Kitabda «gün» deyildikdə böyük vaxt kəsiyi də nəzərdə tutula bilər (Yaradılış 2:4; Zəbur 90:4). Bəzi kreasionistlər öyrədir ki, Yer kürəsi cəmi bir neçə min ildir ki mövcuddur. Amma Müqəddəs Kitaba əsasən, bizim planet və kainat 6 yaradılış gününün başlamasından öncə artıq var idi 1 (Yaradılış 1:1).

  3. 3 SƏHVDİR. Yehovanın Şahidləri müalicə qəbul edirlər. Qədim zamanlarda olduğu kimi, müasir dövrdə də Allahın xidmətçiləri arasında həkimlər var (Koloslulara 4:14). Ancaq bəzi müalicə üsulları Allaha məqbul olmadığına görə onlardan imtina edirik. Misal üçün, biz qan köçürmürük, çünki Müqəddəs Kitab qanı daxilə qəbul etməyi qadağan edir (Həvarilərin işləri 15:20, 28, 29).

    Bununla belə, biz özümüz və doğmalarımız üçün ən yaxşı müalicə üsullarını tapmağa çalışırıq. Yehovanın Şahidlərinə kömək etmək məqsədilə icad edilən müalicə üsulları indi digər insanlara da tətbiq edilir. Bir çox ölkələrdə hər bir kəs alternativ üsul seçərək qanla keçən xəstəliklər, immun reaksiyaları və həkim səhvi kimi risklərdən qaça bilər.

  4. 4 DÜZDÜR. Yehovanın Şahidləri üçün Müqəddəs Kitabda yazılan hər kəlmə «Allahdandır və... faydalıdır» (2 Timutiyə 3:16). Müqəddəs Kitaba Əhdi-Ətiq və Əhdi-Cədid daxildir. Adətən, biz Müqəddəs Kitabın bu hissələrinə Tövrat və İncil deyirik. Buna görə də Müqəddəs Kitabın bəzi hissələrinin köhnə və faydasız olduğunu düşünmürük.

  5.  5 SƏHVDİR. Yehovanın Şahidləri Müqəddəs Kitabı mütaliə edərkən başqa tərcümələrdən də istifadə edirlər. Lakin əgər hansısa dildə Müqəddəs Yazıların «Yeni Dünya Tərcüməsi» varsa, biz ona üstünlük veririk, çünki orada Allahın adı istifadə olunur; o, dəqiq və aydındır. Götürək Allahın adının istifadə edilməsini. Müqəddəs Kitabın bir tərcüməsində onun ərsəyə gəlməsinə az-çox töhfə verən 79-dan çox adamın adı sadalandığı halda, kitabın Müəllifinin adı — Yehova adı bircə dəfə də olsun çəkilmir! Belə tərcümələrdən fərqli olaraq, «Yeni Dünya Tərcüməsi» orijinal mətndə min dəfələrlə rast gəlinən bu müqəddəs adı mətnə qaytarıb. 2

  6. 6 SƏHVDİR. Hansısa təlimimizin Allahın Kəlamına tam uyğun gəlmədiyini görəndə həmin təlimə düzəliş vermişik. 1950-ci ildə Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi» çıxmamışdan çox-çox əvvəl biz həmin vaxtlar əlimizdə olan tərcümələrdən istifadə edirdik və etiqadlarımızı orada deyilənlərə görə formalaşdırırdıq.

  7. 7 SƏHVDİR. Təşkilatımız cəmiyyətə çoxlu töhfə verib. Biz insanların əksəriyyətinə narkotik və sərxoşluq kimi zərərli vərdişlərdən xilas olmağa kömək etmişik. Dünyanın dörd bir guşəsində bilik kurslarımız sayəsində minlərlə insan oxuyub-yazmağı öyrənir. Təbii fəlakətlər zamanı nə iman bacı-qardaşlarımızdan, nə də başqa adamlardan köməyimizi əsirgəmirik. Üstəlik, çalışırıq ki, zərərçəkənlərə ehtiyac duyduqları mənəvi dəstəyi verib Allahın Kəlamındakı sözlərlə ovuduraq. 3

  8. 8 SƏHVDİR. Dini mənsubiyyətindən asılı olmayaraq, Allahın Kəlamında məsləhət görüldüyü kimi, «hər cür insana» hörmət etməyə çalışırıq (1 Butrus 2:17). Məsələn, bəzi ölkələrdə sayımız yüz minlərlə olsa da, başqa dini qrupların fəaliyyətinə məhdudiyyət və ya qadağa qoyulması üçün siyasətçilərə və qanunvericilərə təzyiq göstərmirik. Eləcə də, öz dini və əxlaqi baxışlarımızın cəmiyyətdə tətbiq olunması məqsədilə hansısa qanunların qəbul edilməsi üzrə təbliğatlar aparmırıq. Əksinə, özümüzə qarşı gözlədiyimiz hörməti başqalarına göstəririk (Mətta 7:12).

Məqalədəki bəzi məlumatlar rəsmi saytımızdan (jw.org) götürülüb. Əlavə məlumat üçün HAQQIMIZDA > TEZ-TEZ VERİLƏN SUALLAR bölməsinə daxil olun.

^ 1. Bəzi etibarlı elmi tədqiqatlara əsasən, Yer kürəsinin milyardlarla il yaşı ola bilər. Biz, alimlərin gəldiyi bu nəticəni təkzib etmirik.

^ 2. «Yeni Dünya Tərcüməsi»ni fərqləndirən daha bir cəhət odur ki, o, pulsuz paylanır. Bunun sayəsində milyonlarla insan onu öz ana dilində oxuya bilir. Hal-hazırda «Yeni Dünya Tərcüməsi» 130 dildə nəşr olunub. Siz Müqəddəs Kitabı hətta www.jw.org/az-latn saytından da oxuya bilərsiniz.

^ 3. Yehovanın Şahidləri ianələrdən həmçinin təbii fəlakət qurbanlarına kömək üçün istifadə edirlər (Həvarilərin işləri 11:27—30). Bu iş maaş almayan könüllülər tərəfindən həyata keçirildiyi üçün buna ayrılan ianələr təşkilatın işlərinə yox, birbaşa zərərçəkənlərə sərf olunur.

Əlavə məlumat

İbadət görüşlərimiz necə keçirilir?

Gəlin, öz gözünüzlə görün.

Müqəddəs Kitab dərsləri necə keçirilir?

Dünyanın hər yerində Yehovanın Şahidləri pulsuz Müqəddəs Kitab dərsləri keçirlər. Bu dərslərin necə keçirildiyinə baxın.

«Yehovanın Şahidləri». Bu ad haradandır?

Consider three reasons why we adopted this name.