Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Oyanın!  |  № 1, 2016

 TƏKAMÜL, YOXSA YARADILIŞ MÖCÜZƏSİ?

Cilddən cildə girən mürəkkəb ilbizi

Cilddən cildə girən mürəkkəb ilbizi

MÜRƏKKƏB İLBİZİ (karakatisa) rəngini dəyişib sezilə bilməyəcək dərəcədə özünü kamuflyaj edə bilir. Bir məlumata əsasən, mürəkkəb ilbizi «müxtəlif bədən formaları ala bilir və bunu bir göz qırpımında edir». O, bunu nəyin sayəsində bacarır?

Məlumat. Mürəkkəb ilbizi dərisinin altında yerləşən xromatofor hüceyrəsi sayəsində rəngini dəyişə bilir. Xromatoforlarda rəngli piqmentlərlə dolu kisəciklər yerləşir və onlar kiçik əzələlərlə əhatə olunub. Mürəkkəb ilbizi maskalanmaq istəyəndə beynindən kisəciklərin ətrafındakı əzələlərə siqnal ötürülür. Sonra isə kisəciklər və içindəki piqment genişlənir. Beləcə, mürəkkəb ilbizi bir anın içində rəngini və formasını dəyişir. O, bu bacarığından təkcə özünü gizlətmək məqsədilə yox, həmçinin potensial tərəfdaşında təəssürat oyatmaq və ehtimal ki, ünsiyyət qurmaq üçün istifadə edir.

İngiltərənin Bristol Universitetinin mühəndisləri süni mürəkkəb ilbizi dərisini hazırlayıblar. Onlar mürəkkəb ilbizinin əzələsi kimi fəaliyyət göstərən kiçik qurğuların arasına qara rezin disklər yerləşdiriblər. Tədqiqatçılar süni dəriyə cərəyan ötürəndə qurğular qara diskləri hamarlaşdırıb genişləndirdi. Nəticədə, süni dəri tündləşərək rəngini dəyişdi.

Mühəndis Conatan Rositerin sözlərinə görə, mürəkkəb ilbizinin əzələlərinin — «təbiət möcüzəsi olan yumşaq qurğunun» üzərində aparılan tədqiqatlar sayəsində bir an içində rəngini dəyişən paltar hazırlamaq mümkündür. Rositer bildirir ki, mürəkkəb ilbizinin dərisinə bənzər paltarı həm maskalanmaq üçün, həm də sadəcə dəb üçün geyinmək olar.

Necə fikirləşirsiniz? Mürəkkəb ilbizinin rəngini dəyişib cilddən cildə girməsi təkamülün nəticəsidir, yoxsa yaradılış möcüzəsi?

Əlavə məlumat

KİTAB VƏ BROŞÜRLƏR

Həyat necə yaranıb?