Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Oyanın!  |  № 1, 2016

 ÖLKƏLƏR VƏ XALQLAR | LİXTENŞTEYN

Lixtenşteynə səyahət

Lixtenşteynə səyahət

LİXTENŞTEYN cırtdan dövlətlərdən biridir. Alp dağlarında yerləşən bu ölkə İsveçrə və Avstriya ilə həmsərhəddir. Bu ərazidə əsrlər boyu keltlər, retilər, romalılar, alamanlar məskən salıb. Bu gün Lixtenşteyn əhalisinin üçdə ikisi təxminən 1500 il öncə burada məskunlaşmış Alaman tayfasının törəməsidir.

Lixtenşteyndə dövlət dili alman dilidir. Amma hər kəndin öz ləhcəsi var. Lixtenşteynin ənənəvi xörəkləri sırasında qarğıdalıdan hazırlanmış xüsusi yemək olan tüarka-rebelin və pendirli makaron kəsnöpflenin adını çəkmək olar.

Kəsnöpfle

Rəngli milli geyim

Bu ölkəyə gələn turistlər başıqarlı dağları, yaşıl vadiləri, üzüm bağlarını və zəngin bitki örtüyünü görə bilərlər. Məsələn, Alp dağlarında yerləşən bu cırtdan dövlətdə haradasa 50 növ yabanı səhləb bitkisinə rast gəlinir. Burada həmçinin muzeylər, teatrlar və şərab zavodları var. Bu səbəbdən ölkədə yay-qış turistlər olur.

 Yehovanın Şahidləri 1920-ci ildən bəri Lixtenşteyndə fəaliyyət göstərirlər. Hal-hazırda təxminən 90 Yehovanın Şahidi yerli əhaliyə və turistlərə ilahi müjdəni çatdırır.