Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ № 6, 2016

 ÜZ QABIĞINDAKI MÖVZU | QEYB ALƏMİNİN SİRLƏRİ

Qeyb aləminin sirləri

Qeyb aləminin sirləri

Qeyb aləmi! Ora haradır? Kimlərin məskənidir? Bu suallar minilliklər boyu milyonlarla insanı maraqlandırıb. İndiyə kimi qeyb aləmi ilə bağlı müxtəlif fərziyyələr irəli sürülüb. Bəziləri inanır ki, qeyb aləmi ulu əcdadlarımızın öləndən sonra yaşadığı yerdir. Digərləri fərz edir ki, qeyb aləmi mələklərin və ölən insanların ruhunun yaşadığı cənnətdir. Bir başqalarının fikrincə isə, qeyb aləmi ilah və ilahələrin evidir.

Çox adam deyir ki, orada nələrin baş verdiyini heç kim dəqiq deyə bilməz, çünki oradan heç kim gəlməyib. Əslində, bu cür iddialar əsassızdır. Çünki qeybə çəkilən İsa Məsih yer üzünə gəlməzdən öncə göydə yaşamışdı. O, birinci əsrdə yaşamış din xadimlərinə açıq-aşkar demişdi: «Mən özümün yox, məni göndərənin iradəsini yerinə yetirmək üçün göydən gəlmişəm». İsa Məsih göydən gəldiyi üçün şagirdlərinə qeyb aləmi ilə bağlı bu məlumatı vermişdi: «[Allahın] evində qalmağa yer çoxdur» (Yəhya 6:38; 14:2).

Göylər Yehova * Allahın evidir (Zəbur 83:18). Ona görə də göydə nələrin baş verdiyi haqda ən dəqiq məlumatı Yehova Allahdan və İsa Məsihdən yaxşı heç kim verə bilməz. Onlar sadiq bəndələrinə vəhylər verməklə qeyb aləminin sirlərini açmışlar.

Növbəti məqalədə söhbət bu vəhylərdən gedəcək. Bu haqda oxuyarkən unutmayın ki, qeyb aləmi əllə toxunan və gözlə görülə bilən bir məkan deyil. Yehova Allah qeyb aləminin necə bir yer olduğunu təsəvvür edə bilməyimiz üçün aydın olan sözlərdən və terminlərdən istifadə edib. Bu vəhylərin sayəsində yuxarıdakı sualların cavabını tapacaqsınız.

^ abz. 5 Müqəddəs Kitaba əsasən, Allahın adı.