Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

OYANIN! OKTYABR 2015

 AİLƏLƏRƏ KÖMƏK | GƏNCLƏR

Əlac yoxdur evə qayıtmalısan?

Əlac yoxdur evə qayıtmalısan?

ÇƏTİNLİK

«Bumeranq nəsil» — evi tərk edib sərbəst yaşamağa çalışan, lakin maddi çətinliklərlə üzləşib evə qayıdan gənclər. Səni bu nəslə aid etmək olar?

Ata-ananı sevsən belə, evə qayıtmaq sənə çətin gələ bilər. Məsələn, Sara * adlı bir qız bölüşür: «Valideynlərimdən ayrı yaşamaq özümə əminliyimi artırdı. Çünki heç kimdən asılı deyildim. Lakin evə qayıdanda özümü yenidən uşaq kimi hiss elədim». Renat adlı gənc oğlan da eyni hissləri keçirirdi: «Evə qayıtmaq istəmirdim, ancaq özümü dolandıra da bilmirdim. Fikirləşirdim: “Gör nə gündəyəm”».

Əgər sən də oxşar vəziyyətdəsənsə, onda bu məqalə sənə yenidən öz ayaqların üstdə durmağa kömək edəcək.

SƏBƏBLƏR

Pulsuzluq. Gənclərin çoxu öz xərclərini təkbaşına ödəməyin nə qədər çətin olduğunu görəndə anlayırlar ki, yaşamaq heç də ucuz deyil. Bayaq adı çəkilən Renat deyir: «Özümü dolandırmaq üçün yığdığım pulları qəpiyinə kimi xərcləməli oldum». Eyni şey Şəbnəmin də başına gəlib. O, 24 yaşında evi tərk edib və il yarımdan sonra geri qayıdıb. Şəbnəm bölüşür: «Evdən əliboş çıxıb borc içində geri qayıtdım. Halbuki pul məsələsində daha ağıllı davrana bilərdim» *.

İşsizlik. Şəbnəm gördü ki, sərbəst yaşamaq üçün hər şeyi götür-qoy etsən də, işi itirmək bütün planları alt-üst edir. O deyir: «Mən tibb üzrə təhsil aldıqdan sonra məşğulluq agentliyinin köməyilə iş tapdım. Ancaq işimi itirəndə çarəsiz qaldım. Kənd yerində qaldığım üçün peşəmə uyğun bir iş tapa bilmirdim».

Xəyallar. Bəzi gənclər pul qazanmağın nə demək olduğunu bilməyə-bilməyə işləməyə başlayırlar. Çox vaxt onların işi gözlədiklərindən ağır olur. Sən demə, can atdıqları müstəqil həyat düşündükləri kimi gözəl deyilmiş. Onların heç ağlına belə gəlmirdi ki, böyüyəndə bu qədər çətinliklərlə üzləşəcəklər.

 NƏ EDƏ BİLƏRSƏN?

Valideynlərinlə evə qayıtmaq istəyin barədə danış. Bəzi şeyləri müzakirə edin. Məsələn, nə qədər qalacaqsan? Evin hansı xərcini sən ödəyəcəksən? Evdə hansı işləri görəcəksən? Yenidən öz ayaqların üstə durmaq üçün nə edəcəksən? Yadda saxla ki, sən valideynlərinin evinə qayıdırsan və yaşından asılı olmayaraq, onların tələblərinə tabe olmalısan. (Müqəddəs Kitab prinsipi: Çıxış 20:12.)

Pulu sağa-sola xərcləmə. Bir kitabda qeyd olunur: «Pul məsələsində səriştəli olub-olmayacağın onu necə xərcləməyindən asılıdır... Bir şeyi anla: pulu lazım olmayan şeylərə xərcləməyə dəyməz» («The Complete Guide to Personal Finance: For Teenagers and College Students»). (Müqəddəs Kitab prinsipi: Luka 14:28.)

Məsləhəti qulaqardına vurma. Valideynlərin və ya digər yetkin insanlar sənə bankla bağlı işləri, büdcə tərtib etməyi və ödəniş aparmağı öyrədə bilərlər. Mehri adlı bir gənc bölüşür: «Hər şeyə sıfırdan başlamalı idim. Rəfiqəm mənə lazımlı və lazımsız xərclərin siyahısını tutmağa kömək etdi. Sən demə, pulun çoxu tamamilə lazımsız şeylərə gedirmiş! Bundan əlavə, müstəqil həyat üçün vacib olan bir şeyi — özümə “yox” deməyi öyrəndim». (Müqəddəs Kitab prinsipi: Məsəllər 13:10.)

Hansı işlə məşğul olursan ol, əsas odur, gördüyün işin ustası ol

İş axtar. Buna lazımi qədər vaxt ayır. Hesab et ki, həmin vaxtı işə sərf edirsən. Bəzi insanlar səni arzuladığın karyeranı qurmağa təşviq edəcəklər. Ancaq diqqətli ol, xəyallarındakı karyeranı qurmaq istəsən, gözünün qabağındakı iş imkanlarını görməyə bilərsən. Hansısa konkret bir işi axtarmaq əvəzinə, müxtəlif təkliflərə nəzər sal. Yadda saxla ki, hansı işlə məşğul olursan ol, əsas odur, gördüyün işin ustası ol. Əslində, təcrübə göstərir ki, işçi öz işini nə qədər yaxşı bilsə, işindən bir o qədər məmnun olacaq. İşini sevmək üçün sevdiyin işlə məşğul olmaq şərt deyil.

^ abz. 5 Bu məqalədəki adlar şərtidir.

^ abz. 8 Birləşmiş Ştatlarda tələbələr bu vəziyyətlə tez-tez üzləşirlər. «Uoll-strit cornel» qəzetinin hesabatına əsasən, bəzi tələbələr təhsil haqqını ödəmək üçün dövlətdən kredit götürür. Buna görə də məzun olarkən dövlətə orta hesabla 33 000 ABŞ dolları borclu olur.

Əlavə məlumat

OYANIN!

Müqəddəs Kitabın işə baxışı

Hansı işdə işləməyinizin fərqi var?