Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

OYANIN! OKTYABR 2015

 MÜQƏDDƏS KİTABIN BAXIŞI

Təkamül

Təkamül

Bəzi insanlar düşünürlər ki, həyat təkamül edib. Başqaları isə Allahın yaratmağa başladığını sonra isə hər şeyi təkamül prosesinə buraxdığını hesab edirlər. Bəs Müqəddəs Kitabda nə deyilir?

Müqəddəs Kitabda yaradılış barədə deyilənlər Kainatın böyük partlayış nəticəsində yarandığı fikrini təkzib edirmi?

Allahın Kəlamında deyilir: «Başlanğıcda Allah göyü və yeri yaratdı» (Yaradılış 1:1). Amma orada Allahın hər şeyi necə yaratdığı izah olunmur. Tutalım, Kainatımız kosmik partlayış nəticəsində yaranıb. Bu fikir Müqəddəs Kitabda deyilənlərə zidd getmir. Bəs onda böyük partlayış Kim tərəfindən olub? Yaradılış 1:1 ayəsi bu suala cavab verir.

Bir çox alimlər əmindirlər ki, bu böyük partlayış öz-özünə olub və bunun nəticəsində yaranan materiya hissəcikləri zaman keçdikcə ulduzlara və planetlərə çevrilib. Allahın Kəlamı bu fikirlə razı deyil. Orada deyilir ki, Kainatı Allah yaradıb. Ola bilsin, bunun üçün O, kosmik partlayışdan, yaxud digər üsuldan istifadə edib.

«Başlanğıcda Allah göyü və yeri yaratdı» (Yaradılış 1:1).

Canlıların vaxt keçdikcə dəyişə biləcəyi fikri Müqəddəs Kitabda yazılanlara zidd deyil ki?

Xeyr. Kəlamda deyilir ki, Allah canlıları növünə və cinsinə görə yaradıb (Yaradılış 1:11, 12, 21, 24, 25). Bəs növdaxili və ya cinsdaxili dəyişiklik ola bilər? Bəli, ola bilər. Ancaq bu proses təkamülə uğrayıb yeni növ yaranacağını sübut etmir.

Gəlin bir nümunəyə baxaq: 1970-ci illərdə tədqiqatçılar Qalapaqos adalarında yaşayan hörücü quşları tədqiq etmişlər. Onlar gördülər ki, iqlim dəyişərkən dimdiyi nisbətən uzun olan hörücü quşlar daha uzunömürlü olur. Bəziləri bunu təkamülün sübutu kimi qəbul etdi. Bəs əslində bu, təkamüldür, yoxsa sadəcə uyğunlaşma prosesi? İllər sonra balacadimdikli hörücülər yenidən çoxluq təşkil etdi. Bu tədqiqatın nəticəsində antropologiya elminin professoru Cefri Şvarts belə bir qənaətə gəldi ki, əgər bir cins dəyişilən şəraitə uyğunlaşırsa, bu o demək deyil ki, həmin cinsdən başqa bir cins yaranır.

 Müqəddəs Kitabla təkamül nəzəriyyəsi üst-üstə düşürmü?

Müqəddəs Kitabda deyilir ki, «hər şeyin yaradanı [Allahdır]» (Vəhy 4:11). O, yaradılış işini qurtarmayınca istirahət etməyib (Yaradılış 2:2). Aydın olur ki, Allah bir sadə canlı yaradıb sonra əlini əlinin üstünə qoyaraq milyon illər ərzində həmin canlının növ-növ balığa, meymuna və insana çevrilməsini gözləməyib *. «Makrotəkamül» adlanan bu proses «göyləri, yeri, dənizi və onlarda olan hər şeyi» Yaradanı inkar edir (Çıxış 20:11; Vəhy 10:6).

«Allahımız Yehova, Sən şana, şərəfə, qüdrətə layiqsən! Çünki hər şeyin yaradanı Sənsən» (Vəhy 4:11).

Məlumat üçün: Müqəddəs Kitabda deyilir ki, Allahın «gözəgörünməz keyfiyyətləri... dünya yaranandan bəri aydın görünür, yaradılmış şeylər vasitəsilə dərk edilir» (Romalılara 1:20). Yaradan haqda öyrənmək həyatımıza məna qatır. Çünki Allahın Onu cidd-cəhdlə axtaranlara dair gözəl niyyəti var (Vaiz 12:13; İbranilərə 11:6). Ətraflı məlumat üçün www.jw.org/az-latn saytına daxil olun və ya Yehovanın Şahidləri ilə əlaqə saxlayın. MÜQƏDDƏS YAZILARIN TƏLİMLƏRİ > MÜQƏDDƏS YAZILARA AİD SUALLARA CAVAB bölməsinə baxın.

^ abz. 12 Kreasionistlər iddia edirlər ki, Allah hər şeyi 24 saatdan ibarət altı günə yaradıb, lakin bu fikir Müqəddəs Kitabda öz təsdiqini tapmır. Ətraflı məlumat üçün Yehovanın Şahidlərinin dərc etdiyi «Həyat necə yaranıb?» broşürünün 24—27 səhifələrinə baxın. Onu www.jw.org/az-latn saytından yükləyə bilərsiniz.

Əlavə məlumat

KİTAB VƏ BROŞÜRLƏR

Həyat necə yaranıb?