Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

OYANIN! OKTYABR 2015

Xivədə İçən qalanın divarları

 ÖLKƏLƏR VƏ XALQLAR

Özbəkistana səyahət

Özbəkistana səyahət

TRANSOKSİANA, İkiçayarası, Tartari, Türküstan. Bunlar indi «Özbəklər diyarı» kimi tanıdığımız Özbəkistanın daxil olduğu əraziyə verilən adlar idi. Hələ 15-ci əsrdə tacirlər Çinlə Aralıq dənizini birləşdirən Böyük ipək yolu ilə səyahət edəndə Özbəkistanın şəhərlərindən keçirdilər. Hal-hazırda pambıq Özbəkistanın tekstil ticarətində əsas yeri tutur. Burada həmçinin pambıqdan, yundan və ipəkdən toxunan gözoxşayan xalçalar satılır.

Özbək mədəniyyəti bir çox xalqların təsiri altında formalaşıb. Tanınmış istilaçılar və onların güclü orduları Özbəkistanın dağlarından, səhralarından keçirdilər. Bu istilaçıların arasında Roksana adlı sevgilisi ilə burada tanış olan Böyük İsgəndər, Monqol hökmdarı Çingiz xan və tarixdə ən böyük imperiyalardan birinin yerli hökmdarı Teymur (Teymurləng kimi də tanınır) olub.

Milli geyim

Özbəkistan qübbəsi mavi kirəmitlə örtülmüş rəngli və gözəl abidələr məskənidir. Bu binaların çoxu məktəb kimi fəaliyyət göstərir.

 Böyük ipək yolu. Ta eramızdan əvvəl istifadəsinə başlanan Böyük ipək yolu eramızın 15-ci əsrinin sonuna, Hindistana dəniz yolu kəşf olunana qədər geniş istifadə olunurdu. İndiki Özbəkistan ərazisindən qismən keçən bu yol dünya ticarətində əsas rol oynayırdı.

İpək xalının toxunması

Aral dənizi. Bu dəniz vaxtilə dünyanın dördüncü böyük gölü idi. Lakin suvarma işində istifadə edildiyi üçün o, get-gedə quruyub. Hal-hazırda Özbəkistan digər Mərkəzi Asiya xalqları ilə əl-ələ verib bu məsələni həll etməyə çalışır.

Əlifba. Özbəkistanda müxtəlif dillərdə danışılırdı. Eramızın səkkizinci əsrində İslam dinin yayılması ilə ərəb dili qəbul olundu. Sovet İttifaqının üzvü olandan sonra ilk öncə latın əlifbası istifadə olunurdu, 1930-cu illərin sonlarında isə Kirill əlifbasına keçildi. 1993-cü ildə özbək əlifbasının latın qrafikası əsasında tərtib olunmasına dair yeni qanun qüvvəyə mindi.

Bazarda piştaxta üstündə quru meyvələr