Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

OYANIN! İYUL 2015

Malyariya haqqında nəyi bilməliyik?

Malyariya haqqında nəyi bilməliyik?

Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, 2013-cü ildə təxminən 198 milyon insan malyariyaya yoluxub və onlardan təxminən 584 000-i ölüb. Bu xəstəliyin qurbanı olanların təxminən 5 nəfərdən 4-ü beş yaşa qədər uşaqlar olub. Bu xəstəlik dünya üzrə təxminən yüz ölkə və ərazi üçün təhlükə daşıyır və bu o deməkdir ki, 3,2 milyard insan malyariyaya yoluxma təhlükəsi qarşısındadır.

1 MALYARİYA NƏDİR?

Malyariya parazitlərdən törəyən xəstəlikdir. Malyariyanın simptomlarının sırasına yüksək qızdırma, üşütmə, tərləmə, ürək bulanması, qusma, baş və əzələ ağrılarını aid etmək olar. Bəzən simptomlar parazitin növündən və insanın bu xəstəliyə neçə müddət tutulmasından asılı olaraq, hər 48 saatdan 72 saatadək özünü büruzə verə bilər.

2 MALYARİYA NECƏ ÖTÜRÜLÜR?

  1. Malyariya parazitləri — Plasmodiya adlanan protozoylar Anofeles cinsindən olan dişi ağcaqanadın sancması nəticəsində insan qanına keçir.

  2. Qana keçmiş parazitlər infeksiyaya yoluxmuş insanın qaraciyər toxumasına daxil olur və orada çoxalır.

  3. Qaraciyər toxuması partlayır və parazitlər oradan çıxaraq insanın qırmızı qan hüceyrələrinə nüfuz edir. Orada da çoxalmağa davam edir.

  4. Bir qırmızı qan hüceyrəsi partlayanda parazitlər digər qırmızı qan hüceyrələrinə nüfuz edir.

  5. Parazitlərin qırmızı qan hüceyrələrinə nüfuzu və onları partlatması prosesi dəfələrlə təkrarlanır. Hər dəfə qırmızı qan hüceyrələri partlayanda malyariyanın simptomları bu xəstəliyə yoluxmuş insanda özünü göstərir.

 3 MALYARİYANIN PROFİLAKTİKASI

Əgər siz malyariyanın yayıldığı ərazidə yaşayırsınızsa...

  • Ağcaqanadlardan qoruyan torlardan və ya miçətkəndən istifadə edin. Bu torlar...

    • insektisidlərlə (ağcaqanad dərmanı) işlənmiş torlar olmalıdır;

    • heç bir yırtığı və ya cırığı olmamalıdır;

    • yatağı hər tərəfdən örtməlidir, yan tərəfləri döşəyin altına yaxşıca salınmalıdır.

  • Ağcaqanada qarşı uzunmüddətli təsirə malik spreylərdən istifadə edin.

  • Mümkünsə, qapıları və pəncərələri torla örtün, kondisioneri və ya ventilyatoru qoşun, çünki onlar ağcaqanadların məskunlaşmasına mane olur.

  • Açıqrəngli və bağlı geyimlər geyinin.

  • Mümkün qədər ağcaqanadların qaynaşdığı kolluqlardan və onların yumurta qoyduqları gölməçələrdən uzaq gəzin.

  • Əgər infeksiyaya yoluxmusunuzsa, dərhal müalicə alın.

Əgər siz malyariyanın yayıldığı əraziyə gedəcəksinizsə...

  • Ora getməmişdən öncə son məlumatları əldə edin. Malyariya xəstəliyinin növləri ərazidən asılı olaraq dəyişir. Buna görə də özünüzlə xəstəliyin növünə münasib dərmanlar götürün. Həmçinin həkiminizlə söhbət edin və ondan xəstəlik tarixinizdə qeyd olunan şəxsi məlumatınızı əldə edin.

  • Həmin əraziyə gedərkən bu məqalədə malyariya xəstəliyinin yayıldığı ərazidə yaşayanlar üçün verilən məsləhətlərə əməl edin.

  • Əgər infeksiyaya yoluxmusunuzsa, dərhal müalicə alın. Xəbəriniz olsun ki, malyariyanın simptomları özünü yoluxmadan sonra bir-dörd həftə ərzində büruzə verir.