Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

OYANIN! İYUL 2015

 ÜZ QABIĞINDAKI MÖVZU

Həyat sizin əlinizdədir, yoxsa siz həyatın?

Həyat sizin əlinizdədir, yoxsa siz həyatın?

GƏNC ikən hansı məqsədləriniz var idi? Ola bilsin, ailə qurmaq, hansısa bacarığınızı təkmilləşdirmək və ya karyera qurmaq istəmisiniz. Amma, heyif ki, hər şey istədiyimiz kimi olmur. Gözlənilməz problemlər planlarımızı alt-üst edə bilər. Bu cür vəziyyətlə Anya, Delina və Qreqori də üzləşib.

  • Almaniyada yaşayan Anyanın 21 yaşı olanda ona xərçəng diaqnozu qoyulmuşdu. İndi o demək olar ki, evdən çölə çıxa bilmir.

  • Birləşmiş Ştatlarda yaşayan Delina distoniya adlanan sinir-əzələ pozuntusundan əziyyət çəkir. Bundan əlavə, o, özündən yaşca böyük üç əlil qardaşına baxır.

  • Kanadada yaşayan Qreqori təşviş pozuntusu xəstəliyi ilə mübarizə aparır.

Çətinliklərə rəğmən, Anya, Delina və Qreqori həyatlarını öz əllərində saxlaya bilirlər. Onlar bunu necə bacarırlar?

Müqəddəs Kitabda belə bir məsəl var: «Dar gündə ruhdan düşsən, gücün tükənər» (Məsəllər 24:10). Bəli, hər şey insanın baxışından asılıdır. Necə deyərlər, bədbin insan vəziyyətin qulu, nikbin insan isə ağasıdır.

Anya, Delina və Qreqori bunun doğruluğuna öz təcrübələrindən əmin olublar. Gəlin görək necə.