Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

OYANIN! APREL 2015

Rəqəmsal texnologiyalardan düzgün istifadə edin

Rəqəmsal texnologiyalardan düzgün istifadə edin

Elektron oyunlarına dadanan Ceni adlı bir qadın deyir: «Mən gündə səkkiz saat oyun oynayıram və bu, həqiqətən də, real problemə çevrilib».

Denis adlı bir kişi özünə söz vermişdi ki, yeddi gün ərzində elektron cihazlarına əl dəyməyəcək və İnternetə girməyəcək. Amma o, 40 saatdan artıq dözə bilmədi.

Ceni ilə Denis heç də yeniyetmə deyillər. Ceninin 40 yaşı var və o, dörd uşaq anasıdır. Denisin isə 49 yaşı var.

BƏS siz rəqəmsal texnologiyadan istifadə edirsiniz? * Çoxlarınız «hə» deyə cavab verəcəksiniz və aydındır nəyə görə. Çünki rəqəmsal texnologiya iş və sosial həyatda, eləcə də əyləncədə ümdə yer tutur.

Lakin Ceni ilə Denis kimi bir çoxları elektron cihazlardan qopa bilmirlər. Məsələn, 20 yaşlı Nikol deyir: «Düzdür, bunu deməkdən zəhləm gedir, amma telefonum mənim ən yaxın dostumdur. Bütün günü mənimlədir. Telefon tutmayan yerdə olanda dəli oluram. Yarım saatdan sonra mesajları yoxlaya bilməsəm ürəyim partlayar. Bəli, bu, bir az gülünc səslənir!»

Bəziləri hətta bütün gecəni mesaj gəlib-gəlmədiyini, habelə yeniliklərin olub-olmadığını yoxlayırlar. Onlar cihazlarından ayrı düşəndə, özlərinə yer tapa bilmirlər. Bəzi alimlər bu cür davranışı asılılıq adlandırır.  Bu asılılıq onlarda ya bütün rəqəmsal texnologiyaya, ya sırf İnternetə, ya da smartfon kimi cihazlara yaranır. Digərləri isə bunu «asılılıq» adlandırmağa tərəddüd edirlər və bu cür davranışı problematik və vərdiş kimi sözlərlə izah edirlər.

Buna nə ad verilir verilsin, rəqəmsal texnologiyalardan düzgün istifadə etməyəndə başa bəla olur. Bəzi hallarda isə bu, ailə üzvləri arasında sədd yaradır. Məsələn, 20 yaşlı qız şikayətlənir: «Atam həyatımda nələrin baş verdiyindən bixəbərdir. O, qonaq otağında oturur və mənimlə danışa-danışa e-maildə yazışır. Telefonu bir dəqiqə də olsun əlindən yerə qoymur. Atam yəqin ki, mənim üçün narahat olur, amma bəzən bu, heç də hiss olunmur».

Bu dərdin müalicəsi

Elektron cihazlara asılılıqdan yaxa qurtarmaq üçün Çində, Şimali Koreyada, Birləşmiş Krallıqda və Birləşmiş Ştatlarda müalicə mərkəzləri açılıb. Orada müalicə alan şəxslər bir neçə gün İnternetdən və elektron cihazlardan təcrid olunurlar. Gəlin Bred adlı cavan bir oğlanın nümunəsinə baxaq. Bir vaxtlar Bred günün düz 16 saatını onlayn oyun oynayırdı. O bölüşür: «İnternetdə olanda mən, sanki, yüksək dozalı dərmanın təsiri altında olurdum». Bred müalicə mərkəzinə yoxlanmağa gedən vaxt onun artıq nə işi, nə də dostları var idi, təmizliyinə də fikir vermirdi. Bəs bu səviyyəyə gəlib çatmamaq üçün nə etmək olar?

KOMPÜTER TEXNOLOGİYASINDAN SİZ NƏ QƏDƏR İSTİFADƏ EDİRSİNİZ? Texnologiyanın sizin həyatınıza nə dərəcədə təsir etdiyini müəyyənləşdirin. Növbəti sualları özünüzə verin.

  • İnternetə girə bilməyəndə və ya elektron cihazımdan müəyyən səbəblərə görə istifadə edə bilməyəndə həddən artıq narahat olub hətta özümdən çıxıram?

  • İnternetdən və ya elektron cihazlardan qoyduğum vaxtdan artıq istifadə edirəm?

  • Gələn mesajları oxumaq üçün yuxuma haram qatıram?

  • Texnologiya ucbatından ailəmdən soyumuşam? Bəs ailə üzvlərim bu suala verdiyim cavabla razılaşacaqlar?

Əgər kompüter ucbatından daha vacib şeylərə, o cümlədən ailənizə və digər məsuliyyətlərinizə başdansovdu yanaşırsınızsa, onda dəyişiklik etməyin tam vaxtıdır (Filippililərə 1:10). Bəs bunu necə etmək olar?

KONKRET VAXT QOYUN. Ən xeyirli şeyin də ifratı ziyan gətirir. Beləcə, kompüter texnologiyasını iş və ya əyləncə üçün istifadə edəndə nə qədər istifadə edəcəyinizə dair vaxt qoyun, sonra isə buna riayət edin.

Tövsiyə. Ailə üzvünüzdən və ya dostunuzdan yardım istəyin. Allahın Kəlamında yazılıb: «İki nəfər bir nəfərdən yaxşıdır... Əgər biri yıxılsa, digəri yoldaşını qaldıracaq» (Vaiz 4:9, 10).

Yol verməyin ki, maraq «asılılığa» keçsin

Yeni cihazlar sayəsində məlumatı asanlıqla və vaxt itirmədən əldə edib ötürmək mümkün olduqca onları düzgün istifadə etməyənlərin sayı da artacaq. Yol verməyin ki, maraq «asılılığa» keçsin. Vaxtımızın qədrini bilsək, kompüter texnologiyasından səhv istifadə etməyəcəyik (Efeslilərə 5:16).

^ abz. 5 Bu məqalədə «rəqəmsal texnologiya» deyildikdə informasiyanı, o cümlədən e-mailləri, telefon zənglərini, SMS-ləri, videoları, musiqiləri, oyunları və şəkilləri qəbul edib ötürən elektron cihazlar nəzərdə tutulur.

Əlavə məlumat

Mesajlaşarkən etika qaydalarına əməl edirsən?

Nəzakətsizlik nədir: dostunla söhbəti kəsib mesajı oxumaq, yoxsa mesaja əhəmiyyət verməyib söhbətə davam etmək?