Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

OYANIN! APREL 2015

 TƏKAMÜL, YOXSA YARADILIŞ MÖCÜZƏSİ?

Pişikdir bu, bığı da var

Pişikdir bu, bığı da var

EV PİŞİKLƏRİ əsas etibarilə gecə heyvanlarıdır. Onlara yaxınlıqdakı obyektləri müəyyənləşdirməyə və xüsusilə də, qaranlıqda şikarını tutmağa bığları kömək edir.

Məlumat. Pişiyin bığları çoxlu sinir ucları olan toxumalara birləşib. Bu sinir ucları o qədər həssasdır ki, havanın yüngül tərpənişini hiss edə bilir. Buna görə də pişiklər hətta görmədikləri obyektləri də müəyyən edə bilirlər. Görünür, qaranlıqda bu, onların üstünlüyüdür.

Bığları həssas olduğu üçün pişiklər onların köməyi ilə şikarlarının yerini və hərəkətini öyrənə bilirlər. Onlar haradansa keçmək istəyəndə bığları ilə həmin yeri ölçüb keçib-keçə bilməyəcəklərini müəyyən edirlər. Bir ensiklopediyada deyilir ki, «bığların (vibrissae) funksiyası haqda tam məlumat olmasa da, bir o məlumdur ki, onlar kəsilsə, pişik müvəqqəti olaraq qabiliyyətini itirəcək» («Encyclopædia Britannica»).

Alimlər pişik bığlarına bənzər sensorları olan robotlar yaradıblar. Bu sensorlar «elektron bığ» adlanır. Onların sayəsində robotlar maneələr olan yerdə sərbəst hərəkət edə bilirlər. Kaliforniya (Berkli) universitetinin alimi Əli Caviyenin fikrincə, «elektron bığlar robototexnikada, “insan-maşın” interfeysində və biotexnoloji məsəllərdə geniş istifadə oluna bilər».

Necə fikirləşirsiniz?  Pişik bığlarının belə xüsusiyyətlərə malik olması təkamülün nəticəsidir, yoxsa yaradılış möcüzəsi?

Əlavə məlumat