Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

OYANIN! APREL 2015

 MÜQƏDDƏS KİTABIN BAXIŞI

Heyvanlar

Heyvanlar

Elə insan yoxdur ki, onun həyatında heyvanlarla bağlı nəsə olmasın. Biz heyvanlarla necə davranmalıyıq? Buna görə məsuliyyət daşıyırıq?

Biz heyvanlarla necə rəftar etməliyik?

CAMAAT NƏ DEYİR?

Bəzilərinin fikrincə, heyvanlarla istədiyimiz kimi rəftar etmək olar. Digərləri isə düşünür ki, heyvanlar insanlarla eyni hüquqa malikdir.

  • Heyvan hüquqlarının məşhur bir müdafiəçisinin fikrinə görə, heyvanların belə bir elementar hüququ olmalıdır: «Onlarla sırf resurs, yaxud ticari məhsul kimi rəftar edilməməlidir». O əlavə edir: «Biz onlardan şəxsi əmlakımız kimi istifadə etməyə son qoymalıyıq».

  • Leona Helmsley adlı bir milyarder itinə 12 milyon dollar pul miras saxlayıb. O, iti öləndən sonra onun qəbrinin yanında basdırılmasını vəsiyyət etmişdir. Çoxlarının fikrincə, bu, ifrata varan bir hərəkət idi.

Düşünün: «Heyvanlara necə münasibət bəsləmək lazımdır?»

ALLAHIN KƏLAMINDA NƏ DEYİLİR?

Həyatın Banisi Yehova Allah ilk insanlara buyurmuşdu: «Dənizdəki balıqların, göydəki qanadlı məxluqların və yerdəki digər canlıların üzərində hökmranlıq edin» (Yaradılış 1:28). Bu, onu göstərir ki, Allahın gözündə insan heyvandan üstündür.

Bundan əvvəlki ayəyə baxsaq, bu fikrin doğruluğunun təsdiqini tapacağıq. Orada yazılıb: «Allah insanı Öz bənzərində, Özünə oxşar yaratdı, onları kişi və qadın olaraq yaratdı» (Yaradılış 1:27).

İnsanlar Allahın bənzərində yaradıldığı üçün müdriklik, ədalət və məhəbbət kimi ilahi xüsusiyyətləri heyrətamiz şəkildə təzahür etdirə bilirlər. Həmçinin insanların anadangəlmə mənəvi və ruhani dəyərlərə malik olmaları da bunun bariz sübutudur. Heyvanlar Allahın bənzərində yaradılmayıblar, buna görə də onlarda bu xüsusiyyətlər yoxdur. Onlar insanlardan aşağı olduğu üçün insanlarla eyni səviyyədə tutulmamalıdırlar.

Bəs bu, o deməkdirmi ki, heyvanlarla necə gəldi rəftar etmək olar? Xeyr!

«Nə işiniz varsa, altı gün ərzində görün, yeddinci gün isə heç bir iş görməyin. Qoyun öküzünüz, eşşəyiniz dincəlsin, qul-qarabaşınız və yurdunuzdakı yadelli istirahət etsin» (Çıxış 23:12).

 Heyvanları öldürmək olar?

CAMAAT NƏ DEYİR?

Ovçular və balıqçılar heyvanları idman məqsədilə, ovlamaq üçün və ya rəqabətdən vəcdə gələrək öldürürlər. Rus yazıçısı Lev Tolstoy heyvanların öldürülməsini və yeyilməsini «birbaşa ədəbsizlik» adlandırmışdı. Yəqin ki, bir qrup insan onun dediklərinə şərikdirlər.

ALLAHIN KƏLAMINDA NƏ DEYİLİR?

Geyim və ya insan həyatı üçün təhlükə yaradanda özünü qorumaq məqsədilə heyvanları öldürmək Allahın gözündə günah sayılmır (Çıxış 21:28; Mark 1:6). Müqəddəs Yazılarda yazılıb ki, heyvanları həmçinin qida üçün öldürmək olar. Yaradılış 9:3 ayəsində deyilir: «Yerdə yaşayan bütün heyvanları yeyə bilərsiniz». Hətta İsa peyğəmbər də yemək üçün balıq tutmağa şagirdlərinə kömək etmişdi (Yəhya 21:4—13).

Amma bununla belə, Müqəddəs Kitabda yazılıb ki, Allah «zorakılığı sevənlərə nifrət edir» (Zəbur 11:5). Deməli, Allah istəmir ki, idman məqsədilə və ya həzz almaq üçün heyvanları öldürək və ya onlara xəsarət yetirək.

Allahın Kəlamından görmək olar ki, heyvanların həyatı Allahın gözündə dəyərlidir.

  • Tövratda dünyanın yaradılması haqda deyilir: «Allah cinsinə görə vəhşi heyvanları, cinsinə görə ev heyvanlarını və cinsinə görə sürünən heyvanları yaratdı. Allah gördü ki, bu, yaxşıdır» (Yaradılış 1:25).

  • Zəbur 147:9 ayəsində deyilir ki, Yehova «heyvanları... yedizdirir». Heyvanlar bolluca qida və sığınacaq tapsınlar deyə Allah ekosistemi yaradıb.

  • İsrail padşahı Davud belə dua edirdi: «Ey Yehova, insanı da, heyvanı da Sənsən qoruyan» (Zəbur 36:6). Məsələn, Yehova Böyük Daşqın zamanı pis insanları məhv edəndə səkkiz adamı və bütün növ heyvanları qurtarmışdı (Yaradılış 6:19).

Aydın məsələdir ki, Yehova Allah heyvanları yaratdığına görə məmnundur və O, insanları heyvanlarla layiqincə davranmasını istəyir.

«Saleh adam heyvanlarının da qayğısına qalar» (Məsəllər 12:10).

Əlavə məlumat

Yaradan insana Cənnət bəxş edir

Müqəddəs Kitab insanların yaradılışını necə təsvir edir? Allah ilk insan cütünə hansı əmrləri verdi?

Allahın bəşəriyyət üçün niyyəti

Müqəddəs Kitabda Allahın yeri nə üçün yaratdığı, əzabların nə vaxt bitəcəyi, gələcəkdə yer üzündə olacaq dəyişikliklər və orada yaşayacaq insanlar haqda bəhs olunur.